Свобода людям, независимость нациям!

“Şakaya pul lazımdır”

2524 17.06.2022 09:25 Колумнисты A A

 

Ölkəmizdə sonradan əmələ gəlmiş bir zərbül-məsəl (idiomatika) var, hər gün yüzlərlə adam söz-sözü gətirən kimi deyir: “Şakaya pul lazımdır”.

Bilənlər bilir, bilməyənlər də bilsinlər ki, bu ifadə sovet dövründə ölkənin bütün kinoteatrlarnda anşlaqla göstərilən hind filmlərinin birindən, Şaka adlı baş qəhrəmanın ağzından iqtibas edilib. Bəlkə də gedib Hindistanda bu sözü deyib zarafat eləsən, başa düşməz, key-key baxarlar. Ona görə ki, Hindistanda ildə 400 o cür film istehsal olunurdu, hamısında da baş qəhrəmanlar yekə-yekə danışırdılar, pis adamları eşşək qədər döyürdülər, axırda da hadisə yerinə şortikli polislər gəlirdi.

Bax, bu idiomatika bizə o filmlərdən qalıb. İndi təkcə Hindistanda deyil, ölkəmizdəki şakalara da pul lazımdır. Özü də bizdə Şaka çoxdur.

Məsələn, hazırda sosial şəbəkələrdə hər gün minlərlə gileyli statuslar yazılır ki, nəhayət, ölkənin quru yolları açılmalıdır, qatarlar, avtobuslar işləməlidir, öz maşını ilə ölkədən çıxmaq istəyənlərə yol verilməlidir, camaat təkcə təyyarə ümidinə qalmamalıdır. Çünki hamı milyonçu və ya imkanlı deyil, bunun kasıb-kusubu da var ki, nəsə bir üzrlü səbəbdən başqa ölkəyə getməlidir və təyyarə biletinə pulu çatmır.

Belə yerdə mütləq biri çıxır, həmin giley dolu statusun altına üç kəlmə yazır: “Şakaya pul lazımdır”. Bununla da söhbət bağlanır.

Yaxud, xəbər yayılır ki, Rusiyada avtomobillərin hər il texniki baxışdan keçirilməsi məcburiyyəti ləğv edilib. Dərhal bizdə də yazırlar ki, ruslar düz eləyib, bu lazımsız prosedur idi, pul tələsiydi. Yenə də opponentlər peyda olur, yazırlar ki, özünüzü yormayın, bizdə texniki baxış ləğv olunmayacaq, çünki...

Bəli, “Şakaya pul lazımdır”.

Bir də görürsən, hansısa rayonda İH başçısının göstərişi ilə idarə və müəssisələrin rəhbərlərindən karlı məbləğdə pul yığırlar. Müdirlər də həmin pulu özlərindən aşağı vəzifədə işləyənlərdən qopardır. Onsuz da az maaş alan işçilər şikayətlənəndə müdir barmağı ilə yuxarılara işarə edir, yəni Şakaya pul lazımdır. Bu kontekstdə Şaka İH başçısıdır. Adamın əli aşağıdır, qonaqları gəlib. Heç demə, qonaqlar da özlüyündə hərəsi bir Şakadır və onlara da pul lazımdır.

Bu çoxsaylı nəzarət idarələri var ha, hər əməkdaşının qoltuğunda bir qovluq ticarət, xidmət, iaşə, istehsal müəssisələrini qapı-qapı gəzirlər, guya nəyəsə nəzarət edirlər, qanunçuluğun keşiyini çəkirlər-filan, onların da devizi birdir: “Pul lazımdır”.

Yadınızda olar, Ziya Məmmədovun nəqliyyat naziri olduğu vaxt şərti adları “Ziya Məmmədovun qoçuları” olan nəqliyyat müfəttişləri özlərini gerçək Şaka kimi aparırdılar. Yol keçəndə onda görürdün ki, cantaraq gədələr bir arıq taksi sürücüsünü haqlayıb, maşından düşürüb, çırpırlar. Çünki o sürücü qazandığı 6 manatın 5-ni bunlara verməkdən imtina edirdi. 3-4 ilin içində minlərlə belə hadisə olmuşdu, döyülməyən, söyülməyən və soyulmayan taksist qalmamışdı. Axırda söhbət, türkün sözü, şakalıqdan çıxdı və o şakaları yığışdırdılar.

Cərimə meydançasına maşın daşıyan evakuatorların fır-fır fırlandığı vaxtlar yadınızdadırmı? Boş evakuator görməzdin. Hərəsinin belində bir saz avtomobil cərimə meydançasına şütüyürdü. Orada o maşınların sürücülərindən 40 manat alırdılar – 20 meydançanın Şakasına gedirdi, 20 də daşıyanların Şakasına. Bu sənayenin əlamanları çox ustalaşmışdılar, adam maşından düşüb 11 addım aralanan kimi Zobucuq tülküsü tək sinsi-sinsi yaxınlaşır, avtomobili hop götürürdülər.

Bəli, ölkə acgöz və tamahkar şakalarla doludur. Onlar hər yerdə var, pul-para fırlanan bütün yerlərdə. Əllərindəki səlahiyyətlərdən öz şəxsi varidatlarını artırmaq (bir az da dövlətə vermək) üçün hər yola, hətta ən axırıncılara da ləpir salırlar.

Bu yaxınlarda bir dost belə bir hadisə danışıb. Deməli, şəhərətrafı qəsəbələrdən birində fəaliyyət göstərən mağazanın sahibi olduqca dürüst, qanun-qaydaya dəqiq riayət edən biriymiş və heç bir nəzarət orqanına bəhanə vermirmiş. Bir gün pis nəzarətçilərdən biri kassa aparatının işləməməsi üçün qəsdən işığı söndürtdürüb, sonra bir adamı göndərib ki, bir şüşə su alsın. Mağaza sahibi “ciyəri yanan adam”a suyu əldən verərkən, yəni pulu kassa aparatına mədaxil etmədən satarkən həmin nəzarətçi böyürdən çıxıb və onu cərimələyib. Sonra da bu hadisəni irişə-irişə orda-burda danışırmış ki, neynəyim, Şakaya pul lazım idi.

Kül sənin Şaka başına. Hind filmində Şaka elə əclaflıqlar etmirdi axı.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости