Свобода людям, независимость нациям!

Sabirabadın dağ keçiləri

1961 30.12.2022 09:00 Колумнисты A A

Yaxud Rusiya niyə SSRİ-nin varisidir

Ukrayna BMT qarşısında çox yaxşı bir məsələ qaldırıbdır, gərək biz hamımız ona dəstək verək. “Biz” deyərkən keçmiş SSRİ vətəndaşlarını və o cümlədən SSRİ üzvü olan 14 müttəfiq respublikanı nəzərdə tuturam. Ukraynanın tələbi budur ki, Rusiya Federasiyasını BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən qovmaq lazımdır, çünki BMT nizamnaməsində onun yox, SSRİ-nin adı yazılıbdır, SSRİ dağılanda isə Rusiya onun səlahiyyətlərini qanunsuz şəkildə, zor gücünə mənimsəyibdir.

Doğrudan da 1991-ci ilin payızında SSRİ gil nəhəng kimi yıxılıb parça-parça olanda əsl xaos, qarışıqlıq idi, it yiyəsini tanımırdı. Bu zaman Azərbaycana ağzından şorba tökülən Mütəllibov kimilər başçılıq edirdi, elə yerdə qalan “müttəfiq” respublikaların da başı öz hayında idi. Yoxsa məntiqlə SSRİ-ni biz hamımız birlikdə qurmuşduq, dağılanda yerdə qalan əmlakına, gücünə, silahına, vəzifə və səlahiyyətlərinə iddia etmək haqqımız vardı. Məsələn, nəyə görə nüvə silahı ancaq Rusiyada qalmalıydı? Niyə BMT TŞ-nin üzvü Rusiya olmalıydı? Ərazi böyüklüyü amil kimi götürülmüşdüsə, ən azından Ukrayna və Qazaxıstanın buna haqqı çatırdı.

O üzdən, mən Ukraynanın hazırkı təşəbbüsünün nəticəsiz olacağına, necə deyərlər, “artıq qapının örtülüb, qarının şey olunduğu” qənaətinə gələnlərin fikrini bölüşmürəm. Mübarizə aparmalıyıq, Rusiyanın qanunsuz hegemonluğuna birgə qarşı çıxmalıyıq. Hamımız. Azərbaycanlılar, gürcülər, litvalılar, qazaxlar, belaruslar... Hətta ermənilər də. Axı onlar, məncə, artıq başa düşürlər ki, Rusiya ilə dostluğun axırı yaxşı bitmir.

Bu yaxında istefa vermiş Naxçıvan xanı Vasif müəllimin 1990-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirməsi ortaya çıxanda, ekspertlər dövrün rektoru Misir Mərdanovu suçlayanda Misir müəllim gülməli arqument irəli sürmüşdü: “Rektor haradan bilsin ki, diplom verdiyi şəxs gələcəkdə kim olacaq?” Prinsipcə, oxşar arqumenti SSRİ dağılan dövrün siyasətçiləri də irəli sürə bilər. “Haradan biləydik Rusiya axırda vəhşiləşib bizim hamımıza hücum etməyə başlayacaq?” Lakin rektorun və siyasətçinin vəzifələrindən biri elə proqnozlaşdırma, gələcəyi görmə, gələcəyi qurma qabiliyyətləri deyilmi?

Həmçinin sən necə rektorsan ki, təhsil verdiyin adam quldur çıxır? Deməli, təhsilin metodikası düzgün qurulmayıb. Qaratikan əkmisənsə, oradan armud dərə bilməzsən. Şagirdin, tələbənin yolunu azmasında müəllimin, rektorun, direktorun da rolu var və hesab edirəm bu rol heç epizodik deyil.

Əlbəttə, müdriklərdən kimsə deyib ki, insanlar valideynlərindən çox zəmanələrinə bənzəyirlər, bizim düşdüyümüz mühitin suçunu, şələsini ayrı-ayrı adamlara, siyasətçilərə, dövlətlərə yükləmək olmur. Dəfələrlə yazdığım kimi, bu işlərdə coğrafiyanın da rolu var. Biz bəzən hadisələrə qiymət verəndə coğrafiyanı unuduruq.

Bu yaxında Sabirabadda tragikomik əhvalat baş vermişdi. Eşşək Tahir adında bir nəfəri orqanlar yaxalamışdılar, sən demə, o, eşşək kəsib satırmış. Görünür, ləqəbini də bu fəaliyyətlə daimi məşğul olduğu üçün qazanmışdır. Necə deyərlər, igid ölər, adı qalar. Lakin cinayətin bir detalı lap gülməli idi, çünki Tahir müəllim eşşəkləri... dağ keçisi adı ilə satmaq istəyirmiş.

Kimsə deyə bilər burada nə var, Bakıda yabını ceyran adı ilə satırlar. Ancaq diqqətli olun və xəbəri təzədən oxuyun. Sabirabadda dağ keçisi əti satmaq olar, lakin bunu alan adamın ağlı haradadır? Axı Sabirabad elə düzənlik yerdir, vaxtilə Kür çayı, yalan olmasın, on santimetr qalxanda bütün camaat suyun altında qalmışdı. Bu isə Sabirabadda dağ keçisi satır.

Hələlik bu qədər.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости