Свобода людям, независимость нациям!

Rüsvayi-cahan olmuş Paşinyanın əynindəki “paltar”

1713 18.04.2023 14:14 Колумнисты A A

Ermənistan gördü ki, dünənə qədər ona “yel, fel və bel” verən İrandan Azərbaycana yönəlik isti mesajlar bir-birinin ardınca gəlir, dərhal “val”ı dəyişdi, keçdi “sülh moizələri”nə. Nikol Paşinyan qorxur ki, Qərbdən heç bir kömək gəlmədiyi, hətta güvəndikləri Avropa İttifaqının Ermənistandakı patrulları baş verən Dığ döyüşünə “görməmişik, eşitməmişik” şəklində reaksiya verdikləri, Rusiyadan da əllərini birdəfəlik üzdükləri kimi, “cici-bacı” olduqları İran da onlar dar ayaqda qoyar, ona görə də davamlı şəkildə “biz sülh müqaviləsini imzalamağa hazırıq” deyib, yaxasını cırmağa başlayıb.

Təkcə bu da deyil. Ermənistan son bir həftədə iki dəfə özünü bütün dünyanın gözü qarşısında rəzil günə salıb. Birinci halda pis hava şəraiti səbəbindən Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçən əsgərimizə insanlığa - hətta heyvanlığa - sığmayan dəhşətli işgəncə verib, bunu nümayiş etdirən ermənilər hansı xislətin sahibi olduqlarını bir daha yəqinləşdirdilər. Erməniləri hələ yaxşı tanımayanlar indi-indi heyrətlənməyə başlayıblar. Tanısınlar, bilsinlər kim-kimdir və bundan sonra baş-beynimizi aparmasın bəziləri!

Ermənistanı rüsvayi-cahan edən ikinci hadisə, vandallıq Ağır Atletika üzrə Avropa çempionatında baş verdi, həm də Nikol Paşinyanın oturduğu zalın səhnəsində! Təşkilatçılardan birinin nümayişkəranə şəkildə səhnəyə hoppanıb, Azərbaycan bayrağına od vurması dünyada bir çoxlarını heyrətə gətirsə də, biz təəccüblənmədik, tanıyırıq axı bunların nəsil-nəcabətini! Dünyanın hansı millətinin anaları təzə doğulmuş körpəsinə “filankəs sənin düşmənindir” pıçıldayır?! Bu, hay tayfasının ənənəsidir. Amma müxtəlif gedişlər edib, maskalanmağa çalışıblar, “soyqırım” nağılları uydurub, özlərini “fağır”, “yazıq” gəstərməyə cəhd ediblər. Amma son iki fakt göstərdi ki, bunlar ən mundar toplumdurlar. Hətta vandalizmə etiraz olaraq yarışa qatılmaqdan imtina edən Azərbaycanın bayrağını cırıb, asdılar səhnədən. Üstəlik də Türkiyənin! “Türk sənin düşmənindir” deyənlərdən başqa mövqe gözləmirdik təbii ki. Türkiyəli idmançılar qələbələrini “Can Azərbaycana” həsr etməklə ermənilərə od vurdular, həm də buna görəydi...

Bütün bunlar “demokrat” libasını geyinməyə cəhd göstərən Paşinyanın ölkəsində baş verdi, iki insanlığa qarşı nümunədən sonra Ermənistandakıların, dünya erməniçiliyinin maskası yırtıldı, libası töküldü, lüt qaldılar... Bu arada Azərbaycanın evsahibiliyi ilə keçirilən tədbirlərdə erməni idmançıların təhlükəsizliyinin təminatından, dövlət başçımızın erməni idmançının boynuna medal asmasından çox danışıldı. Bu, bir Azərbaycan nümunəsi! Eyni zamanda İrəvanda Türkiyə bayrağına həqarət edilən zaman qardaş ölkədə keçirilən beynəlxalq yarışda iştirak edib, qələbə qazanan erməni idmançı da bayrağı başının üstündə, qələbəsini problemsiz qeyd etdi. Bu da Türkiyə nümunəsi!

Dünyanın xəstə toplumu olan bədnam qonşularımız onlardan maşa kimi istifadə edən gerizəkalılar düşünürlər ki, mayın 14-ündə Türkiyədə hakimiyyət dəyişəcək və ondan sonra onlar Azərbaycana qarşı hansısa məkrli niyyətlərini gerçəkləşdirə biləcəklər. Ermənilər 14 mayı intizarla gözlədiklərini vaxtaşırı yazırlar. Sülh sazişinin imzalanmasını da ona görə uzadırlar ki, “bəlkə də qaytardılar”.

Amma bu bədbəxtlər 105 il əvvəl Osmanlı Türkiyəsinin Azərbaycanın köməyini gəldiyini, ondan üç il öncə azərbaycanlı igidlərin türkiyəli qardaşlarının köməyinə yetişib, Çanaqqalada düşmənə qarşı döyüşdüklərini tez-tez unudurlar. Qanmırlar ki, bu, təkcə liderlərə bağlı birlik, vəhdət deyil, tale məsələsidir, gen yaddaşıdır...Son nümunədə türkiyəli iki idmançı qızın öz qələbəsini Azərbaycana həsr eləməsi, hətta qazandığı qızıl medalı azərbaycanlı idmançı qıza yollaması könüldən-könülə birliyin növbəti təzahürü oldu. Dünən sosial şəbəkələrdə Türkiyədə səfərdə olan azərbaycan Milli Məclisinin üzvləri ilə qardaş ölkənin vətəndaşları arasında söhbətləri izlədim. Sanki bir ölkənin vətəndaşları danışır, “siz”, “biz” söhbəti yoxdur, “bizlər” var! Bu, bir başqa birlik formuludur!

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin “Bir millət, iki dövlət”in taleyində nə qədər böyük rola malik olduqlarını hər birimiz bilirik, bu, iki Türk Lider təkcə iki dövlətin deyil, ümumən Türk Dövlətlər Təşkilatının varlığında, türk ölkələrinin günbəgün artan əlaqələrində önəmli mövqeyə sahibdirlər, bu, yüksək tribunalardan dəfələrlə bəyan edilib.

Bu mənada 14 may seçkilərindən əvvəlki birgə yolçuluğun ondan sonra da davam etdirilməsi təbii ki, arzuolunandır, belə olacağına inanırıq, əminik! Həm də ona görə ki, Türkiyəni 20 ildir yenidən quran, ağlasığmaz layihələri, xəyalları gerçəkləşdkirən, Türkiyəni “sözəbaxan ölkə” statusundan dünyanın SÖZ SAHİBİNƏ çevirən, infrostrukturdakı div layihələrindən, avtomobil sənayesindən tutmuş, hərbi sənayeyə qədər yenilikləri ilə dünyanı heyrətə gətirən, dünyanın gerçəkdən 5-dən böyük olduğunu isbatlayan liderin 6 fevraldakı dəhşətli zəlzələ nəticəsində dağılmış şəhərlərin xarabalıqlarını qoyub, görəvdən getməsi nə insafdan olar, nə də ədalətdən...

Əminik ki, qardaşlarımız hörmətli Rəcəb Tayyib Ərdoğana növbəti dəfə mandat verəcəklər, Türkiyə ilə, Türk dövlətləri ilə bağlı yarımçıq işlərini başa çatdırmaq fürsəti tanıyacaqlar! Yəqin artıq Nikol Paşinyan da anlayıb ki, Türkiyə xalqı artıq seçimini edib, öz yolu ilə davam edəcək, qarşısındakı heç bir “yan” təsirlər ona əngəl ola bilməyəcək, odur ki, “sülhpərvər”ə çevrilib. Görək əynindəki bu “paltar”da nə qədər davam edəcək...

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости