Свобода людям, независимость нациям!

Rusiyanın qürubu çoxmu uzaqdadır?

1445 23.04.2022 11:11 Колумнисты A A

Bir var, optimist olasan, bir də var ki, optimist rolunu oynayasan. Hazırda Rusiyada bir əsl optimist var və o, prezident Vladimir Putindir. Qalanları, o cümlədən əbliğatla məşğul olan jurnalist camiəsi yalnız optimist rolunun ifaçılarıdır.

Bəli, yalnız Putin inanır ki, o, nə edirsə, düz edir. Təkcə o, inanır ki, keçmiş SSRİ-ni nəinki coğrafi cəhətdən, hətta mahiyyətcə də yenidən bərpa etmək olar.

Amma Putin bir məqamı nəzərə almır: Ukraynada baş verənlər iki qonşu dövlət arasındakı müharibə deyil, yeni dünya nizamı uğrundakı savaşdır.

Odur ki, qarşı düşərgədə də məğlubiyyətlə bağlı fikirləri yaxın buraxmır, özlərini yalnız qələbəyə kökləyirlər. Aydındır ki, ən pis halda bu müharibədə qaliblər olmaycaq, hərçənd hamı başa düşür ki, Moskva bu qədər dövlətin təzyiqi qarşısında duruş gətirə bilməz, çünki onların hamısı ən azı iqtisadi planda ondan qat-qat üstündürlər.

Moskvanı yalnız qələbə xilas edə bilər. Məğlubiyyət halında isə Aİ və NATO-nun Şərqə doğru triumfal genişlənməsi baş verəcək. Bu səbəbdən Kreml Ukraynanı və digər Qərb ölkələrini “xüsusi əməliyyatlar”ın yeni mərhələlərilə qorxutmağa çalışır. 9 maya isə sayılı gün qalıb. Artıq aydındır ki, bu tarixə qədər Rusiya nəinki Ukraynanı, hətta onun önəmli hissəsini işğal edə bilməyəcək. Hətta hərbi analizlərdən uzaq adama da aydındır ki, əgər birinci həmlə alınmadısa, sürətli qələbəyə ümid etmək yersizdir, çünki birinci həmlədə bir sıra üstünlüklər var (zaman, məkan, birinci olmaq və s.) və əgər bunlar qələbəyə gətirmədisə, onda ən azı qolları çırmalayıb uzunmüddətli savaşa hazırlaşmaq lazımdır.
Ukrayna müharibəsi artıq bunu diqtə edir. Moskvada yəqin hələ unutmayıblar ki, vaxtilə sovet qoşunları almanları Moskvanın girişində dayandıra bildilər və bundan da almanların, demək olar ki, məğlubiyyəti başladı...

Aparıcı dövlətlərin və təşkilatların liderləri Kiyevə baş çəkməkdə davam edirlər. Bu günlərdə Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel bu şəhərdə oldu. Bunun özü də Rusiyaya yönəlik incə işarədir və mənası da budur ki, Kremlin hərbi planları və niyyətləri doğrulmadı.

Rusiya artıq dünyanın üz döndərdiyi “üzdəniraq dövlət”ə çevirilib. Bu, artıq çox kədərli perspektivdir. O, bu aqibətdən qaça bilərdimi? Mümkün idi. Bir vaxt ona NATO üzvü olmaq təklif olunanda Moskva özü üçün xüsusi status tələb etdi. Bütün ölkələr postsovet ölkələrini yeni və gənc dövlətlər adlandıranda Moskva bu dövlətlərin ərazisində özü üçün xüsusi imtiyaz və hüquqlar istədi, onların hər birində etno-ərazi münaqişələri başlatdı.

Bəli, bundan sonra, nəhayət, anlaşıldı ki, Rusiya ilə də SSRİ kimi davranmaq lazımdır, çünki o, bütün dünya üçün təhlükədir. İnid məhz bu baş verir və politoloq Zbiqnev Bjezinskinin sözləri gerçək olur: yeni dünya nizamı Rusiyaya qarşı, Rusiyanın hesabına və Rusiyanın dağıntıları üzərində qurulmalıdır.
Moskva hətta bilmir ki, hansı aqibətə iddia edir. Bu günlərdə prezident Putin dedi ki, xarici biznesmenlərin Rusiyadan getməsindən qorxmaq lazım deyil, onların yerini yerli biznes adamları tutacaq. Belədirmi? Çox təəssüf ki, yox. Hazırda Rusiya biznes adamlarının, yaxud da Rusiyaya yaxın biznes əhlinin vaxtının çoxu Türkiyədə keçir, nəinki Rusiyada. Bu günlərdə “LUKoyl”un prezidenti Vahid Ələkbərov şirkətin prezidentliyindın isterfa verdi. Çoxu bu istefanı Rusiyanın biznes elitasına qarşı son sanksiyalarla bağlayırlar.

Bir sözlə, Rusiyada indi qürub çağıdır. Bunun ardınca isə dərin və qaranlıq bir gecə gələcək. Bəlkə rusiyalı müəlliflərə - politoloqlara və filosoflara yalan təbliğatı ilə məşğul olmaqdansa, “Rusiyanın qürubu” adlı kitabı yazmağa başlamaq daha düzgün olardı?

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости