Свобода людям, независимость нациям!

Rusiya və Türkiyə Dağlıq Qarabağa dair ilk dəfə rəsmi sənəd imzaladı: Azərbaycan yeni format qurur!

2809 12.11.2020 01:11 Колумнисты A A

Nəhayət, Azərbaycan və Türkiyə Dağlıq Qarabağ məsələsi ətrafında 2+2 formatını qurduqlarına dair açıq işarəni verdilər! 

Erməniləri bir az oyalamaq lazım gəldi.

Bizim bəzi şəkkak soydaşlarımızsa narahat oldular.

Qərəzli olanlar da vardı.

Qarabağ probleminin bitməsi bəzi müxalif liderləri də bitirir axı.

Siyasət yenidən dizayn olunacaq...

Amma nəhayətdə, siyasətin "s" hərfini bilənlər üçün hər şey açıldı!

Türkiyə -Rusiya arasında Qarabağa dair ilk sənəd rəsmən və ictimai qaydada imzalandı!

Bizə elan olunmayan çox böyük anlaşmalar da var!

Çox güman ki...

Müharibə onların əsasında aparıldı!

Görk üçün imzalanan anlaşmalar o böyük anlaşmaların çox kiçik fraqmentləridir!

Çox şey öncədən də bəlli idi!

Bir neçə gün öncə gedişatı görüb, dostlara sormuşdum:

2+2 Qarabağda neçə edər?

Hədəf bu idi!

Sualımın sirri rəqəmlərdə gizli idi!

Buna qədər olan formatda Fransa, ABŞ, Rusiya, Ermənistan Azərbaycana qarşı idi.

3 həmsədr ölkə +Ermənistan...

Tək idik!

İndi Rusiya - Ermənistan, Türkiyə - Azərbaycan!

Tərəflər indi bunlardır.

Həmsədrləri görən varmı, oldumu, bu 45-46 gündə...

Əliyev və Ərdoğan! Sizə halal olsun!

Azərbaycan əsgərinə, Paşalarımıza halal olsun!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Və... Rusiyanı tam olaraq deyəmmərəm, içində Lavrov var...

Amma hörmətli Putin bəyə çox təşəkkür!

44 gün və 45-ci gün üçün!

...44 gün savaşı izləyən adamlar, 45-ci gün Rusiyadan niyə birdən- birə qorxdu, anlamıram.

Rusiyadan yalnız ilk atəşkəsə qədər qorxmaq lazım idi.

10 oktyabracan...

İlk atəşkəsin sabahı günü anlamaq mümkün idi hər şeyi...

...Ola bilsin, erməniləri bəlkə də daha "PUA"larla vurmayacağıq!

Sadəcə, Rus əsgərinin əli və dəyənəyi ilə, döyə-döyə, Kəlbəcərdən, Ağdamdan və Laçından çıxardıb, atacağıq!

Günü sabahdan!

Nə qədər fırlatsalar da, "burcutsalar" da, xeyri yoxdu.

15 noyabrda Kəlbəcərdən çıxacaqlar!

20 noyabrda Ağdamı verəcəklər!

1 dekabra qədər Laçın tam-tamına bizdə olacaq!

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости