Свобода людям, независимость нациям!

Rus siyasətinin “Uqrozin”i – Dünyaya buynuz göstərən şovinist sağa-sola hədə sovurur

4025 09.05.2022 09:00 Колумнисты A A

Dmitri Oleqoviç Roqozin. Rusiyalı siyasətçidir. 59 yaşı var. Kosmik fəaliyyət üzrə dövlət korporasiyası “Roskosmos”un baş direktorudur. Bundan əvvəl Rusiya hökuməti başçısının müavini olub. Bir ara Rusiya Federasiyasının NATO-dakı daimi nümayəndəsi postunda işləyib. Ondan əvvəl də mühüm dövlət postları tutub. 1997-ci ildən başlayaraq 3 çağırış Rusiya parlamentinin üzvü olub.

Bu günlərdə Roqozin “NATO ölkələrini yarım saata məhv edərik” kimi qalmaqallı açıqlama ilə yenidən gündəmə gəlib. Onun keçmişdə NATO-da daimi nümayəndə olmasını, hazırda “Roskosmos”a rəhbərlik etməsini nəzərə alsaq, bu açıqlama RF-nin strateji siyasi xəttinin ifadəsi hesab oluna bilər.

Ancaq məsələ budur ki, Roqozin bu vaxta qədər bu kimi qalmaqallı, təhdidkar, qeyri-obyektiv və açıqlamalarla çox çıxış edib. Bu barədə bir az sonra.

Олег_Рогозин.jpg (760 KB)

İndilikdə onu deyək ki, Roqozinin bu qədər qəzəbli, rus demişkən, “stroqu” olmasının səbəbi ailədə aldığı tərbiyə ilə bağlı ola bilər. Onun atası Oleq Konstantinoviç Roqozin hərbçi olub, general-leytenant rütbəsinə qədər yüksəlib. Görünür, general oğlu olması, təminatlı ailədə böyüməsi Dimanın həm özgüvənini həmişə taraz saxlayıb, həm də siyasi karyerasının yolunu rəvan edib. Simasından harınlıq yağan bu tipin önü lap gənc yaşlarından siyasi kuluarlara yanaşı, elmi dairələrdə də açıq olub. O, həm fəlsəfə, həm də texnika elmləri doktorudur.

Roqozinin general atası da texnika elmləri doktoru, professordur. Onun babası Nikolay Mitkeviç-Joltok çar dövründə general-mayor olub və 1908-1915-ci illərdə Moskvanın polismeysteri (polis rəisi), 1918-20-ci illərdə Rusiya imperiyasının dövlət mühafizəsi idarəsinin qərargah rəisi işləyib.

Roqozin hərbçilər sülaləsindəndir. Bununla belə, o, ata-babasının hərbi çəkmələrinin ləpirləri ilə getməyib, Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

444.JPG (29 KB)

SSRİ-də yenidənqurma hərəkatı başlayanda komsomol fəalı olan, bu strukturda yüksək vəzifə tutan Roqozin sonradan proses demokratiya uğrunda hərəkata çevriləndə bir çox ambisiyalı gənclər kimi anti-kommunist hərəkata meyllənib, 1991-ci ilin “avqust qiyamı” zamanı Yeltsinin tərəfini tutub. Ancaq onun demokratlığında tezliklə millətçilik xətti üstünlük qazanıb. Roqozin 1996-cı ildə MDU-da “Rus məsələsi və onun milli və beynəlxalq təhlükəsizliyə təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, 3 il sonra “XX1 əsrin astanasında Rusiyanın milli təhlükəsizlik problemləri” mövzusunda elmi iş yazaraq elmlər doktoru olub.

Göründüyü kimi, hələ 23-26 il öncədən bu adam rus millətçisi olaraq Rusiyanın beynəlxalq arenada təhlükəsizlik problemlərini incələyib. Ona görə də onun bu gün Rusiyanı dünya birliyindən ayrı görməsi, eləcə də bütün dünyanın, xüsusilə də NATO-nun ölkəsinə təhlükə yaratdığını düşünməsi təbiidir. Bu kimi fikirləri o, bütün ömrü boyu “Qərb imperialzminə qarşı müharibəyə hazır olan” general atasının söhbətlərindən əxz etmiş olmalıdır.

221.JPG (69 KB)

1992-ci ilin may-iyun aylarında D.Roqozinin Moldovanın bir hissəsinin – Pridnestrovyenin hərbi yolla qoparılması kampaniyasında könüllü döyüşçü olaraq iştirak etməsi barədə qeydlərin onun rəsmi bioqrafiyasına salınması göstərir ki, o, həyatının bu dönəmi ilə fəxr edir və bunu özü üçün üstünlük sayır. O, özünü Baltikyanı ölkələrdə, keçmiş SSRİ respublikalarında, habelə Yuqoslaviya və Krımda yaşayan slavyan xalqlarının müdafiəçisi kimi fəaliyyət göstərib. Belə bir şəxsin Ukraynanın bir hissəsinin işğalına hesablanmış kampaniyada bənzər aqressivliyi heç kəsdə təəccüb doğurmaz.

putn.jpeg (114 KB)

1986-cı ildə SSRİ Ümumittifaq Gənclər Komitəsində işləyən Roqozin DTK-yə keçmək, xaricdə çalışan kəşfiyyatçılardan olmaq istəyib, hətta bu məqsədlə Kubada yarımillik təlim də keçib. Ancaq qayınatası Gennadi Serebryakovun SSRİ DTK-sının 1-ci baş idarəsində (xarici kəşfiyyat) işləməsi ona mane olub. O vaxt belə bir qayda varmış ki, fəaliyyətdə olan vəzifəli şəxslərin yaxın qohumları həmin strukturda işə götürülə bilməzlər.

Dmitry_Medvedev_at_«Army-2015»_2.png (715 KB)

1993-cü ildə ilk dəfə deputat olmaq istəyən və cəmi 5 faiz seçici səsi toplayan Roqozinin bu arzusu 1997-ci ildə reallaşıb. O, 37 faiz səslə deputat mandatı qazanıb. “Böyük Rusiya” partiyasının regional təşkilatının sədri olaraq müxalifətçlik də edib, hətta Dumada prezident Yeltsinin impiçment edilməsi üzrə yaradılmış komissiyanın üzvü də olub. Ancaq sonradan hakimiyyətdən vəzifə təklifləri gəlincə, o, ard-arda həmin təklifləri qəbul edib və artıq 20 ilə yaxındır ki, dövlət xadimi sayılır.

Dmitri Roqozinin aqressiv və şovinist açıqlamaları hələ 8 il öncədən onu bir çox ölkələrin sanksiyasına məruz qoyub. 2014-cü ildə Krım yarımadası RF tərəfindən ilhaq olunandan sonra onun ABŞ-a, Kanadaya, Aİ ölkələrinə, İsveçrə və Avstraliyaya girişinə qadağa qoyulub, eləcə də bu ölkələrdəki bank hesabları dondurulib.

Gözümüzün önündə tipik bir rus millətçisi var. “Forbs” jurnali onu əbəs yerə “Rusiyanın xarici siyasətinin baş qırğısı” adlandırmır. ABŞ prezidenti Obamanın adminstrasiyası isə hələ 2014-cü ildə Roqozini Ukraynanın suverenlyinin və ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan başlıca məmurlardan biri sayırdı.

9 il öncə 9 may tiraspol.jpg (139 KB)

                                          9 il öncə bu gün. Tiraspol

İndi bu adam növbəti dəfə məsuliyyətsiz bəyanat verərək, NATO-nu, əslində isə bütün dünyanı nüvə müharibəsi ilə hədələyir. Onun hikkəsi imkan vermir ki, anlasın: əgər Rusiya NATO ölkələrini yarım saata məhv edərsə, NATO ölkələri də Rusiyanın əsas şəhərlərini 15 dəqiqəyə məhv edər, 1 saatdan sonra isə planet məhv olar.

Bu, əlbəttə, şantajdır. Ancaq dövlət başında bu cür hirs-hikkəli, qırğı-quzğun adamların olması çox qorxuludur. Çünki nüvə raketləri yaylı cib bıçağı deyil ki, “şakk” edib açasan və qaranlıq küçədə önünü kəsənləri qorxudasan. Bir çox rus mənsəblilər məhz elə davranır – küçədə qarşıları kəsilibmiş kimi.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости