Свобода людям, независимость нациям!

Rəqqasədən öyrəndiklərim

1946 12.03.2023 15:16 Колумнисты A A

 

“Oynamaq bilmir, deyir yerim dardır”
(ata sözü)

Universitetlərimizin birində rəqqasə ilə görüş keçirilmişdir, hadisə zəhmətkeşlərin hiddətinə səbəb olmuşdur. Deyirlər nə üçün ora alimləri-zadı çağırmırsınız, tələbələr rəqqasədən nə öyrənəcəkdir və sairə.

Əlbəttə, kökündən yanlış düşüncədir və qəzəbdir. Birincisi, bizim bir düşmənimiz var, o da xarici qara qüvvələrdir, gərək qəzəbimizi onlara yönəldək, daxildə isə yumruq kimi birləşək. İkincisi, yaxşı rəqqas və rəqqasədən öyrənməli şeylər çoxdur.

Məsələn, elə bu yaxında mədəniyyət naziri əvəzi Adil müəllim deputatlarla görüşündə rəqslərin vacibliyini önə çəkmişdi. (Diqqətli oxucular xatırlayar, mən bu temada “Yaxşı rəqqasın yumurtaları” adlı köşə qaralamışdım). Əgər rəqs vacib deyilsə, niyə dövlətimizin prioritetlərindən biridir?

İkincisi, ac alim olmaqdansa, tox rəqqasə olmaq yaxşıdır. Yaxşı yadımdadır, bir dəfə buna oxşar mövzuda manıs Nadir Qafarzadəyə sual vermişdilər, o da demişdi ki, gedin ac yazıçıların da (yanılmıramsa, konkret Seymur Baycanın adını çəkmişdi) soyuducusuna baxın, mənimkinə də. Soyuducusunun ağzınacan təpili-tıxılı olmasıyla fəxr eləmişdi.

Mən özüm şəxsən taksi sürənlər, ofisiantlar, süpürgəçilər, suvaqçılar, dərzilər və sairə xidmət sektorunun nümayəndələri arasında çoxlu sayda ali savadlı mütəxəssisə rast gəlmişəm. Bir dəfə toyda masamıza bildirçin kababı daşıyan oğlandan soruşdum, məlum oldu Türkiyədə aerokosmik mühəndislik ixtisasını oxumuşdur. Qarabağ işğaldan azad ediləndən sonra Füzuli bölgəsinə məni aparan taksinin sürücüsü BDU tarix fakültəsinin bakalavrı, Dövlət İdarəçilik Akademiyasının isə magistri idi. İndi mən sizdən soruşuram, əgər bu gənclərə vaxtında rəqqasələr düzgün yol göstərsə, elə əzablı, çətin yollara düşərdilərmi? Düşməzdilər. Gedirsən toyda-nişanda, ayaqaçdıda-xınayaxdıda, nə bilim, gəlingördü-bəyqırdıda (maşallah, el adət və mərasimlərimiz zəngindir, hamısını da YUNESKO irsinə salmışıq) iki kruq fırlanırsan, göbəyini-filanı oynadırsan, təmiz yerindən minimum 1000 manat hazırdır.

Hələ bəzilərinin ürəyindən keçir ki, guya rəqqasənin yerinə universitetə şair-mair, partiya sədri-zad çağırmalıymışlar. Şairlik indi modda deyil, camaat bir qoyun verib AYB üzvlüyü biletini alır. Partiyaçılar da gənclərə düzgün tərbiyə verə bilməzlər. Hamısı boş-boş danışır, həyatda praktik əhəmiyyəti olmayan geopolitik qırıldatmalar edirlər.

Universitetlərimizin tədris proqram və vəsaitlərinə gələndə, onlar da biabırçı makulaturadan ibarətdir. Məsələn, gedirsən iqtisadiyyat üzrə oxumağa, ötən əsrin 60-cı illərindən qalma bir professor qoltuq cibindən 19-cu əsrə aid konspekti çıxarıb başlayır: “Yazın, cari ildə kapitalizm iqtisadiyyatı tənəzzülə gedir”. Yaxud, Allah heç qoymasa guya pedaqoq olmaq istəyirsən, orda da sənə “Qatığı sarımsaqlamalımı, sarımsaqlamamalımı” cümləsinin sintaktik təhlili öyrədilir. Kimə lazımdır, siz Allah, bu şeylər? İndi, 21-ci əsrdə!? Rəqs – başqa məsələ. Ən azı özün üçün oynayıb ləzzət alarsan. Yoxsa cari ildə... Tfu... Adam dilində də danışmırlar.

Bu yaxında başqa, ancaq oxşar temada da qışqırışma, mənasız vay-şivən qoparmışdılar. Abşeron rayonu, Mehdiabad qəsəbəsində müəllim şagirdə sinifin döşəməsini sildirmişdi. Guya bu pis hərəkətdir, uşağın gələcəyini pozur... Nə qədər savadsız yanaşmadır! Uşaq indidən döşəmə silməyi öyrənməlidir, əks halda böyüyəndə oturduğu yeri də zibilləyən nəsil yetişir. Onsuz dərs keçilmir, barı heç olmasa əməyə öyrəşsinlər, sabah təmizlikçi işləyib pul qazansınlar. Yoxsa bekarçılıqdan hamısı patı-matıya qurşanır, sinifdə qəlyan çəkir.

Başqa yöndən, bu əhvalat mənə keçmiş deputat Hadı müəllimin bir intervüsünü xatırlatdı. Orda Hadı müəllim demişdi ki, əsgərliyə çatan kimi Volodya adlı serjant əmr elədi, mən də döşəməni sildim, çünki komsomolçu idim, əmr və tapşırıqları sözsüz yerinə yetirirdim.

Adam eləcə axırda deputat oldu, xoşbəxtliyə qovuşdu. Bəlkə bu uşaq da böyüyüb deputat olacaq? Hər əski murdar deyil, biləsiniz. Bu mövzuda yaxşı ata sözümüz var, bilənlər bilməyənlərə desin, mən gedim görüm Narxozun diplomunu hara soxmuşam.  

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости