Свобода людям, независимость нациям!

"Rədd olun " bağırtısının yerdəyişməsi

1770 15.12.2022 11:18 Колумнисты A A

 

Dünyanın işinə baxın, indi də fransızlar mərakeşlilərə bağıra-bağıra “ölkəmizdən rədd olun” deyirlər.

65-70 il qabaq tərsinəydi, mərakeşlilər ölkənin iri şəhərlərində - Kasablankada, Rabatda, Marrakeşdə, Fesdə, Tanjerdə yığışır, aksiya keçirir, fransızlara ərəb, fransız və bərbər dilində “rədd olun ölkəmizdən” bağırırdılar.

Dünən gecə yenə bənzər hadisə olub: DÇ-2022-nin yarımfinaında keçirilən Mərakeş - Fransa matçından (0:2) sonra mərakeşli azarkeşlərlə fransız azarkeşlər Fransanın Monpelye şəhərində toqquşublar və həmin sloqan yenidən səslənib.

“Toqquşublar” o söz deyil, əməlli-başlı iğtişaş olub, şillə-təpiyə çıxmaq, bir-birini danaboyun və itsürütməsi eləmək, söyüş-qarğış, nifrət-nalə, hamısı bir-birinə qarışıb. Axırda hind filmlərində olduğu kimi, hadisə yerinə polislər gəlib. Onlar da 65-70 il əvvəl olduğu kimi, yenə mərakeşlilərin üstünə cumublar.

Bax, “Go home” söhbəti o heynədə ortaya çıxıb.

88.JPG (29 KB)

Bu qovğa-mərəkənin cari səbəbi futbol mundialında Mərakeş millisinin Fransa yığmasına uduzması olub. Mərakeşlilər məğlubiyyəti həzm edə bilməyiblər. Amma bu, cari səbəbdir, tarixi səbəb isə Fransanın vaxtilə Mərakeşi işal edərək müstəmləkəyə çevirməsidir.

Əslində “Fransa yığması” deyəndə yekə və yanlış çıxır. O komandaya “yığma-yığışdırma” və ya “Afrika yığması” demək daha doğru olar. Çünki bu komandanın əsas heyətində əslən fransız olan cəmi bir-iki futbolçu var, qalanları Konqodan, Kamerundan, Seneqaldan, Malidən-zaddandır. Hamısı Fransada yaşayırlar, Fransa vətəndaşıdırlar. Ta onların etnik kökəninin söhbətə dəxli yoxdur.

5554.jpeg (67 KB)

Belə şeylərdə fransızlar çox tolerantdırlar. Onlar Fransanın adını qaldıran, bayrağını ucaldan bütün əcnəbiləri çox sevirlər, əl üstündə tuturlar, sevə-sevə “fransız” adlandırırlar, amma başqa sahələrdə başları çönür, deyirlər, bu qaralar gəlib, gül kimi ölkəmizi korlayırlar, onların əlindən metroya minmək olmur. (Brüssel metrosunda özüm görmüşəm, 5-6 mərakeşli gənc turniketdən atlanıb keçəndən sonra nəyə görəsə qızmış ayğır kimi kişnəyirdilər, camaat da durub baxırdı ki, bunlar niyə belə edirlər, niyə belə olmalıdır).

665.jpg (123 KB)

Yəni bir var, başqa ölkələrdən gələnlər Co Dasen, Dalida, Zidan, Benzema, Mbappe kimi olsunlar, bir də var, Lionda, Marseldə, Parisdə, Monpelyedə bir gecənin içində minlərlə avtomobilə od vurub yandıran, itaətsizlik edən xuliqanlar. Əlbəttə, itaət göstərməyənləri dünyanın heç yerində sevmirlər.

İtaətsizliyə dözmək olmur. Fransızların kövrək qəlbi belə şeyləri götürmür. Bu, 70-80 il öncə fransız əsgərlərin Mərakeşdə itaətsizlik göstərən camaatın evlərini (dam örtüyü qamışdan olan daxmalarını) yandırmaq, yazıq bərbərləri bər-bər bəyirtmək hadisəsi deyil ki, fransızlar belə hadisələrə “fransız qalsınlar”. İndi şapalaq özlərinə dəyir deyə, hövllənirlər, üzlərini Fransa şəhərlərinin küçələrində nadinclik edənlərə tutub qışqırırlar: “Rədd olun evinizə”.

77554.jpg (58 KB)

Onların evləri isə artıq üçüncü nəsildir ki, Mərakeşdə, Əlcəzairdə, Tunisdə deyil, sadəcə, dədə-babaları vaxtilə oralarda yaşayıb, özləri isə Fransada doğulub-böyüyüblər, necə deyərlər, fransızdırlar. Necə olur, Zidan “fransız” ola bilir, onun dədəsinin qardaşının züryətləri hələ də “Əlcəzair əsilli ərəb” qalırlar?

Futbolun belə şeyləri də var, qan yaddaşını oyadır, insanları qızışdırır, ədavəti dərinləşdirir. Yadınızdadırsa, bundan əvvəl mərakeşlilər Belçika millisini udandan sonra Brüsseldə dava salmışdılar. Elə çıxır ki, mərakeşlilər üçün fərqi yoxdur, udanda da dalaşırlar, uduzanda da. Amma elə deyil. Baxaq, görək, Belçikadakı davanın təşəbbüskarı kim olub, birinci şapalağı kim vurub.

Hər şeydən görünür ki, dünyanın arabasının təkərinin geri fırlanan vaxtıdır. Keçmiş müstəmləkələrdən çıxanlar indi metropoliyaların üstünə gedirlər. Dünyanın çox yerində belədir. Postsovet ölkələrindən çıxanlar da Kalininqraddan Kurilə qədər bütün Rusiya ərazisində atamanlıq edirlər. Görünür, bu, tarixi qanunauyğunluqdur.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости