Свобода людям, независимость нациям!

Ramazanda həmişəlik “zəncirlənən” şeytani üçlük

1765 09.04.2022 14:52 Колумнисты A A

Doğrudan da, “Allah gec edər, güc edər”. ATƏT-in Minsk Qrupunun “fatihə”sinin məhz “şeytanların zəncirləndiyi” mübarək Ramazan ayında verilməsi bu xüsusda yerinə düşdü. Bu, ilahi ədalətin bərqərar olması ilə yanaşı, özündə ibrətamiz nüanslar da daşıyır.

Yada salaq, Azərbaycan həmin şeytani üçlük formatında işğalçı Ermənistana 30 ildə nələr təklif eləmədi. Separatçı rejimə dünyada analoqu olmayan, ən yüksək status vəd olunurdu. Yalnızca öz ordusu və pulu olmayacaqdı. Yerdə qalan məsələlərdə faktiki dövlət atributları daşıyacaq, müstəqil, sərbəst olacaqdı. Razılaşmadılar. Rusun əli ilə qazanılmış mifik və haram “qələbə”nin eyforiyası gözlərini elə tutdu ki...

Müdrik atalarımız boşuna “Çox istəyən azdan olar” deməyib. Gəl ki, 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətdən sonra da erməni tərəfi ağla gəlməyib. Yenə bizdən çox şey istəyirlər. Sırtıqlığa bax, hələ də göylə gedir, heç nə olmayıbmış kimi, “öz müqəddəratı təyinetmə haqqı”ndan dəm vururlar. Xankəndində separatçı-quldurbaşı Artaik Arutunyan isə az qala, hər gün özü kimi 3-4 banditi başına yığaraq, “təhlükəsizlik şurası”nın “iclaslarını” keçirir, heyrətamiz həyasızlıqla “dövlətcik” (evcik) oyununa davam edir.

Beləcə, MQ “qatarı”nın, “status” vaqonunun həmişəlik getdiyini fərq və həzm edə bilmir bu xəstə millət. Yaxud istəmir. Çünki bu, onun bizə qarşı öz şeytani xislətlərinin qalması, ərazi iddialarının irəli aparılması üçün son ümid yeridir. Daha dəqiqi, ümid yeri idi...

Əlamətdardır ki, artıq ABŞ-ın İrəvandakı səfiri də Minsk Qrupunun adını çəkmir. Məsələn, dünən Nikol Paşinyanın parlamentdəki “Vətəndaş İttifaqı” fraksiyasının bir qrup üzvü ilə görüşən xanım Linn Treysi bu dəfə yalnız ümumi ifadələrlə kifayətlənib.

Zatən onun şefi - ABŞ dövlət katibi Entoni Blinkenin son Brüssel görüşü ərəfəsində Azərbaycan və Ermənistan liderlərinə elədiyi telefon zəngləri zamanı Vaşinqtonun öz ənənəvi yanaşmasına korrektə eləmək istəyi müşahidə olunmuşdu. Blinken telefon danışığı zamanı məxsusən Paşinyana “indi vəziyyəti gərginləşdirmək zamanı deyil” xəbərdarlığını eləmiş, onu konstruktivliyə səsləmişdi. Bu ərəfədə isə ABŞ Rusiyanın forpostu Ermənistana maliyyə yardımını azaltmış, “artsax”a isə dayandırmışdı. Bunlar Moskva ilə “çaşka-lojka” olan İrəvana axır vaxtlar edilən başqa xəbərdarlıq siqnalları idi...

Rusiya XİN başçısı Lavrovun sözlərindən isə qənaət hasil oldu ki, Qərb, xüsusən də onun lokomotiv dövləti ABŞ Azərbaycan və Ermənistan arasında “yerdə qalan məsələlər”in həllində Moskva ilə əməkdaşlıq eləmək, sülh prosesində onun moderatorluğunu qəbul eləmək niyyətində deyil və Avropa İttifaqı xəttinə, Qərb formatına üstünlük verəcək.

Əlbəttə, Rusiyanın bölgəyə təsir imkanları hələ ki, ciddi olaraq qalır. Fakt budur ki, Cənubi Qafqazın üç ölkəsinin hər üçündə Rusiyanın hərbi qüvvələri var. Onların ikisində - Ermənistan və Azərbaycanda legitim əsasdadır. Ancaq Qərbdə xüsusilə də Ukrayna böhranı fonunda artıq anlayırlar ki, Bakı və İrəvan sülh müqaviləsi imzalayandan sonra bölgədə Rusiya hərbi qüvvələrinə lüzum qalmayacaq.

Bizim üçün isə önəmlisi həm də odur ki, Kreml Bakı ilə imzaladığı sənədlərə, götürdüyü bütün yazılı öhdəliklərə, o sırada 22 fevral Moskva Bəyannaməsinə sadiq qalsın, nəinki MQ qrupu vasitəsi ilə artıq düşmən kəsildiyi Qərblə birləşib Azərbaycana qarşı hansısa ortaq təzyiq rıçaqı formalaşdırsın. Belə planlar var idi. Lakin şimal qonşumuzun bu unikal şansdan məhrum olduğunu deyə bilərik...

Kremlin satelliti Ermənistan isə ümumiyyətlə yas içindədir. Zarafat deyil, Ukraynaya hərbi təcavüz Rusiyanın faktiki ucqar, geridə qalmış quberniyası olan “izqoy” Ermənistana nəinki sosial-iqtisadi sferalarda ağır zərbələr vurub və vurur, üstəgəl, İrəvanın dünənədək tək ümid yeri kimi qalan MQ-ni basdırıb. Hərçənd yenə özlərinə təsəlli verməyə, bədbəxt erməni xalqını aldatmağa çalışırlar, MQ-nin guya hələ işlək olduğu barədə sərsəm fikirlər səsləndirirlər. Burda deyiblər, “İt əl çəkdi, motal əl çəkmədi”.

Əbəs cəhdlərdir. Şeytani maraqlara xidmət edən Minsk Qrupu artıq “zəncirlənib”. Özü də həmişəlik...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости