Свобода людям, независимость нациям!

Qolu qandallı xuntanın "bacı"sı niyə həyəcanlıdır?-Cinayətlər açılacaq!!!

4210 05.10.2023 12:32 Колумнисты A A

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti Qarabağdakı kökləri qazılan xunta rejiminin başçılarından biri Arayik Arutyunyanın qandallanmış kadrlarını yaymaqla ürəyimizdən tikan çıxartdı. Özü də baş terrorçunun saxlanması məhz Gəncə şəhərinin raket atəşinə tutulmasının növbəti ildönümündə baş verdi, həm də ilahi ədalətdir! Arutyunyan “Mənim sərəncamımla “arsax silahlı qüvvələri” yaylım atəş sistemi ilə Gəncə şəhərini vurub”-etirafını etmişdi. Budur, başı aşağı, qolları qandallı, bundan sonra çoxsaylı etirafları olacaq…

Gəncədə yuxuda ikən ballistic raketlərlə qətlə yetirilən insanların ahı tutmalıydı arayikkimilər fəsiləsindən olan caniləri. Amma bu məsələni yalnız gözəgörünməzə bağlasaq, bəlkə daha gec ola bilərdi. Dövlətimizin qüdrəti, qətiyyəti məsələləri tezləşdirdi, budur, bir-birinin ardınca qandallanırlar. Bir azdan 1945-46-cı illərin Nürnberq Məhkəməsinə bənzər Bakı Ali Məhkəməsində bəşəri cinayətlər törətmiş erməni faşistlərinin mühakiməsi keçiriləcək. Adlar çəkiləcək! Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, 2020-ci ilin 9 noyabr bəyannaməsini, AŞ PA-nın Sərsəngin azad edilməsi barədə qətnaməsini təkbaşına icra etdiyi kimi, İnterpol axtarışına verdiyi cinayətkarları da TƏKBAŞINA nəzarət altına almaqdadır! Arayik və onun kimi canilərlə bağlı İnterpola 2020-ci ilin oktyabrında müraciət edilmişdi. Azərbaycan İnterpol təşkilatının da görməli olduğu işləri görür, heç olmasa bundan sonra sözügedən qurum dövlətimizin təqdim etdiyi digər adlarla bağı hərəkətə keçsin…

737832f1-97c1-3d34-9bb0-75b7a538bf78_850.jpg (112 KB)

Çoxlar sual edir: Fransa niyə narahatdır, niyə özünü didib-dağıdır? Səbəblərdən biri də budur: Azərbaycan Ədalət Məhkəməsində Qarabağdakı separatizmi, terrorizmi qidalandıranlar, cinayət əlaqəsinə girənlər, liana zəhər verən kərtənkələlər detallarınadək açıqlanacaq, özü də erməni canilərin, Fransanın “bacı”larının dili ilə! Fransadakı president seçkilərində iştirak edən namizədlər belə, kampaniyalarını Xankəndidən salırdılar, erməni canilərin xeyir-duasını alıb, sonra prosesə başlayırdılar ki, Marsel ermənilərinin səsini qazansınlar. Fransa şirkətləri Qarabağın talanmasında 30 il iştirakçı olub, daha nələr! Bütün bunlar faş olunacaq, dünya Fransanın iç üzünü tanıyacaq və deyəcək, adını demokrat qoyanlar, tfu sizin üzünüzə, uşaq qatilləri!

Azərbaycan Prezidenti Qranada görüşündən imtina etməklə erməniçiliyin növbəti planını pozdu. Görüş ərəfəsində Azərbaycan hərbçisinin şərti sərhəddə snayperlə vurulması artıq danışıqları mənasız edirdi. Amma Avropa İttifaqının rəhbərliyi, Makron Fransası və Çolts Almaniyası çox çalışırdı bu görüş baş tutsun. Səbəb? Təbii ki, hər hansı sülh sazişindən danışmağa dəyməz, Ermənistan rəhbərliyinin sülh nağılları hələ yekun sazişə imza atılacağı anlamına gəlmir. Rəsmi İrəvan hələ 2020-ci ilin 9 noyabr üçtərəfli sənədinə əməl etməyib – Zəngəzur dəhlizi qapalı qalmaqdadır. Azərbaycan üçtərəfli sənədin yerinə yetirilməyən 4-cü maddəsini də təkbaşına icra etdi, Ermənistanın Qarabağdakı qanunsuz hərbi birləşmələrini darmadağın etməklə, bir günlük antiterror tədbiri ilə. Bakı 3 il gözlədi, Paşinyan imzasının arxasından qaçdı, vədinə əməl etmədi. Hansı ki, 44 günlük müharibədən sonra onun üstünə gedən müxalifətə cavabında “əgər üçtərəfli bəyanatı imzalamasaydım, Qarabağdakı 25 min hərbçimiz mühasirəyə düşəcəkdi”-demişdi. Ancaq ötən ay iddia etdi ki, Ermənistanın Qarabağda hərbçisi yoxdur. Bəs, sayını süni şəkildə 100 minə (?!-E.P.) qaldırdıqları kimlər idi, heç şübhəsiz çoban, sürücü, nə bilim süpürgəçi qiyafəsində, cildini dəyişmiş hərbçilər idilər…Ermənistan kommunikasiyaların açılmasından yayınmaqla Azərbaycanı təhrik edir, Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi də təkbaşına icra etsin. Bəlkə də düşünür ki, bu, onun son şansıdır, Azərbaycanın Mehriyə ordu yeritməsindən sonra Fransa və digər haysevərlərin bölgəyə qoşun gətirməsinə nail ola bilər. Bu məkrli siyasət həm Türkiyə, həm də Azərbaycana yaxşı məlumdur, odur ki, Araz çayı üzərindən keçməklə dəhlizin İran ərazisindən tikilməsi variant nəzərdən keçirilir. Ondan sonra Ermənistan bölgədə təcrid vəziyyətində qalmaqda davam edəcək, seçim özünündür!  

Dövlətimiz qüdrətli olduğu qədər də ədalətlidir, düşmən də olsa, Ermənistana şans verir sonadək. Amma düşmən…Elə bu gün – 5 oktyabrda keçirilməli olan görüş misalı…Azərbaycan Almaniya və ya Fransanın iştirakına mane olmadığı halda, Ermənistan və onun hava vuranları Türkiyə liderinin görüşə qatılmasının əleyhinə oldular. Türkiyə dünya gücüdür, regiona təsir imkanları öz yerində, üstəlik də “Yurdda sülh, cahanda sülh” – məramlı dövlətdir. Belə bir dövlətin başçısının üzünə qapını bağlamaq? Qanmırlar ki, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” olaraq həm də hüquq müstəvisində addımlarını qətiləşdiriblər. Sən necə ədalət tərəfdarısan ki, Ermənistana sərhəd qapılarını açmaq istəyən Türkiyəni masadan kənarda saxlayasan? Demək, nə Rusiyanı ermənilərə xəyanət etməkdə ittiham edən Şarl Mişelə, nə terrorçu Ermənistana silah-sursatın ardınca hərbi texnika verəcəyini vəd edən Fransa prezidentinə, nə də illərlə Almaniyanın həmsədr olmasını təklif edən Azərbaycanın ədalətli yanaşmasına çox pis, həm də anormal qarşılıq verən Almaniya Kansleri Şoltsun bölgədə əbədi sülhün təmin olunmasında maraqları yoxdur. Əks təqdirdə, mövqe belə olmalıydı: nəinki cənab Ərdoğan, ümumiyyətlə, sülhə dəstək verən istənilən liderin danışıqlarda iştirakını təqdir edirik. Demədilər, istəmədilər, olsun, bu gün və sabah Ermənistana sülh daha çox lazım olacaq! Belə görünür ermənilərdən “maşa” kimi istifadə edənlər hələ ki, ocağın sönməsini istəmirlər. Budur, Paris Şəhər Şurası yenicə yekdilliklə Qarabağ ermənilərinə “Parisin fəxri vətəndaşlığının verilməsi haqqında” qərar qəbul edib. Bu nədən xəbər verir? Demək istəyirlər ki, “davam edin, arxanızdayıq, mübarizə aparın, təslim olmayın!” Azərbaycan dövlətinin bərabərhüquqlu vətəndaşlıq təklif etdiyi Qarabağ ermənilərinə “fəxri” təklifi şübhəsiz ki, məkrli siyasətin simptomlarındandır. Həm də reinteqrasiyanın qarşısını almaq cəhdidir.

Jerom-Lambert-Jerome-Lambert.jpg (188 KB)

Fransa parlamentinin sabiq üzvü Jerom Lambert AzTV-yə müsahibəsində rəsmi Parisin anti-Azərbaycan siyasətindən bəhs edərkən etiraf etdi.

Sitat: “Həqiqət onları maraqlandırmır.  30 il ərzində Ermənistan Azərbaycan ərazisini işğalda saxladı, amma mən də daxil, bir neçə nəfər istisna olmaqla heç kim Fransada Ermənistanı günahlandırmadı”. Bax, budur, Fransa hakimiyyətinin siması…

Almaniya Kansleri Olaf Şoltsun oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsini zərərin yarısından qayıtmaq cəhdi adlandırmaq olar, əgər sonra yenidən yanlış qərar, yaxud addımlar olmazsa…Kim nasistlərin əlaltısı Qaregin Njdeyə abidə qoyanlarla, faşizmin ənənələrinə sadiq qalanlarla bir yerdə olacaqsa, cavabını sərt şəkildə alacaq!

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости