Свобода людям, независимость нациям!

Qarabağ halqasındakı 10 min terrorçu

1351 29.04.2023 10:57 Колумнисты A A

Və mülki ermənilərin başından bir tük əskik olsa... xəbərdarlığı

Bu günlərdə üç HALQAdan bəhs olunur. Birincisi, Azərbaycan Qran Prisi, Formula-1, Bakı şəhər halqasıdır ki, artıq start götürür və sürət həvəskarlarının diqqəti Azərbaycan paytaxtına yönəlib. İkinci halda Avropanın enerji sektorundadır və burada da Azərbaycan aparıcı ölkə statusundadır. Aprelin 25-də Azərbaycandan “Həmrəylik halqası” (STRING) vasitəsilə qaz tədarükünə dair Anlaşma Memorandumu imzalanıb və əminlik var ki, bu anlaşma təkcə imza törəninin baş tutduğu Bolqarıstanın deyil, bütün regionun enerji təhlükəsizliyini gücləndirəcək, enerji təhlükəsizliyinə töhfə verəcək.

Nəhayət, üçüncü halqa da vaqe olur Azərbaycanda, Qarabağda! Azərbaycan 23 apreldə Ermənistanla sərhəddə, Laçın yolunun girişində sərhəd-nəzarət məntəqəsini, 27 apreldə gömrük və pasport-viza məntəqəsini qurmaqla sərhəd bütövlüyünü təmin etdi, eyni zamanda, Qarabağdakı separatçı-terrorçu birləşmələr halqanın ortasında ilişib qaldılar. Bu gün ora- bura vurnuxurlar, gah rusa, gah ingilisə, gah da fransıza yalmanırlar, şantaja əl atırlar, araikkimilər fəsiləsindən olanlar da “konstitusiya dəyişiklikləri” adlı düşük oyunlar oynayırlar girovluqdakı ermənilərin başını qatmaqdan ötrü...

Hə, bir də anormallığın həddinə baxın ki, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi aprelin 28-30-da Bakıda keçiriləcək “Formula 1" Qran Pri Avropa turnirinin təşkilatçı strukturunu və beynəlxalq idman ictimaiyyətini ”Qarabağdakı etnik təmizləmə siyasətinə etiraz" səsini qaldırmağa çağırıb. Həyasızlığın dərəcəsinə baxın! Görün kim kimdən şikayət edir: hansı ölkə olsa, başına palaz örtər, utanıb yerə girər. Cəmi bir neçə gün əvvəl İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına od vuranlar, Türkiyə və Azərbaycan bayraqlarını yandırıb, quldarlıq dövrünə xas barbarlıq nümunəsi göstərənlər Azərbaycanı cəzalandırmağa çağırır. Özü də həmin bu nazirlik tam şəkildə istefaya getməli, Azərbaycan xalqından və dövlətindən, dünya ictikmaiyyətindən üzr istəməli idi. Hələ utanmazcasına Azərbaycanı cəzalandırmağa çağırır.

Azı 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyənlər özünün suveren hüquqlarını təmin edən Azərbaycanı Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinin “qərarını yerinə yetirməməkdə”, hətta Qarabağın “qaz və işığını kəsməkdə” ittiham edir. Sırtıqlıq, abırsızlıq gözə girir. Azərbaycan qazı və işığı nə vaxt, harda kəsdi, ermənilər xəbər tutmadı? Hətta o gün elan vermişdilər ki, Sərsəng SES-də təmir işləri ilə əlaqədar gün ərzində 7 gün işıq olmayacaq. Azərbaycan xaric, dünyanın heç bir ölkəsinin ərazisinin bir hissəsinə başqa ölkədən qanunsuz kommunikasiyalar çəkilməyib, davamlı fəaliyyət göstərmir. Əslində Bakı dərhal kəsməliydi qazı da, işığı da, interneti də, amma etmədi, humanist davrandı. Amma görünən budur ki, gərginliyin artırılması komandasını alanlar daha sərt addımlara təhrik edirlər.

Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı yeni sanksiyalarını  bloklayıb - AZƏRTAC

Azərbaycan dövləti ən yüksək səviyyədə bəyan edib ki, Qarabağdakı dinc erməniləri vətəndaş sayır, hətta separatçılara da iki seçim imkanı verir: bayrağımızın altından keçənlər əfv ediləcək, normal yaşamaq şansı yaradılacaq, əksinə, yol açıqdır. Yəni hətta onların da üzünə Laçın yolu bağlı deyil. Lakin Ermənistandakı avantüristlər Azərbaycanı “etnik təmizləmədə” ittiham edir. Erməni nazirliyin iddiasına baxın: “Bakıda Formula 1 Qran Pri-nin təşkil edilməsinin məqsədi Dağlıq Qarabağ ermənilərinin məhv edilməsi siyasətini ört-basdır etməkdir. Biz Formula 1 Qran Pri-nin təşkilatçılarını və iştirakçılarını etnik təmizləmə siyasətinin gizlədilməsinin bir hissəsi olmamağa çağırırıq”. 

Bunlar özlərini nə sayırlar? Nə yeyib-nə içirlər? Azərbaycanın iş-gücü yoxmuş, Formula-1 yarışı keçirirmiş ki, Qarabağdakı bir ovuc erməni ilə bağlı məsələlər arxa plana keçsin. Əksinə, Azərbaycan üçün ən önəmli məsələ məhz Qarabağ halqasında işi bitirməkdir, maksimum tez, özü də qansız-qadasız. Azərbaycan dövlətinin humanizminə baxın ki, Qarabağda, 30 ildir separatçı-terrorçu rejimin girovluğunda qalan mülki erməniləri də xilas etmək istəyir, onların zərər çəkməməsi üçün çalışır. Bu gün Qarabağ halqasında, üzük qaşının ortasındakı kimi qalmış 10 min erməni silahlısı isə hər an oradakı mülki insanlara qarşı terror aktı törədə, hətta kütləvi qətliam edib, Azərbaycanı şərləməyə cəhd göstərə bilər. Bu mənada beynəlxalq təşkilatlara, Rusiyanın hərbi komtingentinin komandanlığına, Ermənistana və elə separatçılara “Qarabağdakı mülki ermənilərin, Azərbaycan vətəndaşlarının başından bir tük əskik olsa...” - xəbərdarlığı edilməlidir...

Elşad Paşasoy: - Şuşadan NÖQTƏli və NİDAlı zərbələr-Baş Komandan barmağını  yeni hədəflərə tuşladı

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости