Свобода людям, независимость нациям!

Qarabağ ermənilərini ikiqat girovluqdan xilas etmək zamanı

1956 14.10.2022 21:00 Колумнисты A A

Reallıq budur ki, Qarabağdakı mülki ermənilər indiki şərtlər daxilində yaşamaq istəmirlər, sadəcə, çarəsizlər, getməyə yeri olmayanlar, bir də getmələrinə imkan verilməyənlər qalıb.

Makron kimi boşboğazların öz maraqları üçün istifadə etdiyi mülki ermənilərin durumu fəlakətlidir: kiməsə Azərbaycanın qanunları işləyən bölgələrə boylanmağa, şirkətlərdə işləyib, çörək qazanmağa imkan verilmir, deyirlər “öl, öldüyün yerdə!” İkiqat girovluqdadırlar, bir tərəfdən Rusiya hərbi kontingentinin, digər tərəfdən separatçı-terrorçu rejimin əsarətində! Qorxularından Azərbaycan dövlətinə də müraciət edə bilmirlər ki, “gəlin, bizi xilas edin!” Düzdür, ara-sıra Xankəndini təmsil edən deputat Tural Gəncəliyevə gizli yazırlar, xilas olmaq istədiklərini, Azərbaycan bayrağı altında rahat yaşamağa hazır olduqlarını deyənlər də var, amma çox deyillər. Səbəbi bəlli...Eks-prezident Ayaz Mütəllibov vaxtilə demişdi ki, 1991-ci ilin yayında Xankəndidənbir qrup Bakıya, onun qəbuluna gəlibmişlər, imzalı müraciəti də təqdim ediblər ki, bizi saqqallıların əlindən xilas edin, sizinlə birgə yaşamaq istəyirik. Geri dönəndən sonra onların ikisini Xankəndinin mərkəzində güllələmişdilər. Sumqayıt hadisələrində necə olmuşdu, cızığından çıxan, “Krunk”a aylıq ödəməyənlərin bir çoxunun evlərini dağıtdılar, özlərini qətlə yetirdilər, adını da qoydular ki, “azərbaycanlılar erməniləri qırır”. Odur ki, bu gün Qarabağdakı bədbəxt ermənilərin nəinki üzü Bakıya, hətta Şuşaya sarı boylana bilməməsinin səbəbi başlarının üstündəki “Domokl qılıncı”, rus-erməni xofudur.

Təkcə bunlarmı? Hələ Avropa, Amerikadakı diaspora, erməni kilsəsi, Qərb paytaxtlarındakı ermənisifətlilərin diqtəsi, fitnə-feli. Onlar kənara çəkilsələr, qısa müddətdə məsələ həllini tapar. Görürsünüzmü, Azərbaycan Prezidenti açıq mətnlə, qətiyyətlə “Qarabağdakı erməniləri bizim vətəndaşlarımızdır”, deyən kimi Makron o yandan baş qaldırdı, katalizatorluğa başladı, erməni revanşistlər bu tərəfdən “qoymayın, bizi qıracaqlar” şivənini ərşə dirədilər. Hələ Avropa təsisatları da bu yandan. Dünənədək deyirdilər Azərbaycan ərazilərini mərhələli yolla geri qaytarmaq olar, məsələn, əvvəl 3, sonra 2, sonra...Beləcə, oyunbazlıq edirdilər. Qaniçənlər – Robert Köçəryan, Serj Sərkisyan deyirdilər yox, biz Laçın və Kəlbəcəri geri qaytarsaq, Qarabağ ermənilərini genosid edərlər, ona görə də uzağı 5 rayon azad oluna bilər, Kəlbəcər və Laçın da təhlükəsizlik zolağıdır.

44 günlük müharibədən sonra burnu ovulan erməni faşistləri Kəlbəcər və Laçından sakitcə cəhənnəm olub getdilər, dedilər əziyyət çəkib güllə də atmayın, özümüz gedirik. Kəlbəcərin azad olunmasından iki ilə yaxın vaxt keçir, Laçın şəhəri, Zabux və Sos kəndləri də üç aydır Azərbaycanın nəzarətindədir. Üstəlik, ermənilər Şuşanın yumruğunun altından keçib gedirlər Xankəndiyə və ya geriyə, Ermənistana. İndiyədək bir erməninin burnu qanayıbmı, başı partlayıbmı, anası ağlayıbmı? Bir erməni qaşqasından vurulubmu? Yox! Çünki ermənilərin iddiaları sadəcə bəhanə idi. Hələlik nəinki Azərbaycanın sərhədləri daxilində yaşayan mülki ermənilərə, hətta qanunsuz mövcud olan separatçı-terrorçulara da dözümlü münasibətimiz var, onların sakit şəkildə torpaqlarımızdan rədd olmalarını istəyirik, bununla bağlı ən yüksək səviyyələrdə xəbərdarlıqlar edilir. Qarşı tərəf təxribata əl atmadıqda erməniləri narahat edəcək bir hərəkət belə olmur. Şuşa yaxınlığındakı postumuza qumbara atan erməni terrorçunu unutmadıq. Amma sülh və təhlükəsizliyə qumbara atan həmin terrorçunu hamının gözü qabağında cəzalandırmaq əvəzinə, gizlətdilər, çünki sifariş icra edirdi. 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin imzalanmasından sonrakı dövrdə Qarabağdakı erməni əhalini narahat edəcək bircə addım belə atılmayıb Azərbaycan tərəfindən, əksinə, 40 km-ə yaxın rahat asfalt yol çəkilib, onların ixtiyarına verilib.

Dünyanın hansı ölkəsində belə nümunə var? Bəlkə bizə sülh dərsi keçməyə çalışan Fransa Suriyada darmadağın etdiyi ərazilərdə abadlıq işləri aparıb, yoxsa ABŞ İraqı bombalarla “şumlayandan” sonra ərəblər üçün üçzolaqlı yol çəkib oradan geri döndü? Bu ölkələrdə hətta sürücü yol polisinin işarəsini gec görəndə təpəsində “qoz qırırlar”, amma Azərbaycan terrorçuları Fərrux dağından qovanda “Sem dayı” ürəyini tutur ki, qoymayın, qırıldı ermənilər!

Azərbaycan dövləti bütün baş verənlərə rəğmən Qarabağdakı ermənilərə VƏTƏNDAŞLARIM deyir! Cinayət törətmiş ermənilərin qisasını dinc sakinlərdən almağı kimsə ağlına gətirmir. Ancaq Sərkisyan vaxtilə Xocalıdakı körpələrin meyitlərini qarlı çöllərə səpələdiyini fəxrlə bəyan edirdi. Bu gn Rusiyanı terrorçu dövlət – Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bəllidir, ancaq bu, başqa mövzudur - elan edən Qərb dünyası yüksək tribunalardan işğalçı olduğunu bəyan edən Ermənistan rəhbərliyinə qarşı nə sanksiya tətbiq etdi, nə bu ölkəyə işğalçı, terrorçu dedi. Biz deyəndə ki, ermənilər üçün Ermənistandansa, Azərbaycanda yaşamaq təhlükəsizdir, bəzi dairələr inanmırdı. Terrorun hökm sürdüyü Ermənistanla Azərbaycanı müqayisə etmək üçün yetərincə nümunələr var. Amma adlarını çəkdiyim dairələrə ermənilərin rahat, firavan yaşaması sərf eləmir ki. Onlara erməni ocaqdan köz götürən maşa kimi lazımdır. Görmürsünüzmü vaxtaşırı gərginliyi tətikləyirlər, sərhəddə silahları işə salırlar, ara qarışsın, öz planlarını icra etsinlər...Budur, Ermənistan növbəti dəfə Kəlbəcəri atəşə tutub. Bir gün əvvəl də Daşkəsən istiqamətinə güllələr yağdırmışdılar. Qərbdən reaksiya: “0”. Amma indi Azərbaycan ordusu atəş nöqtələrindən birinə Basarkeçərin Yuxarı Şorcasındakı o qan çanağına ayaq basmaq istəsə, görün necə səs-küy salacaq makronlar, blinkenlər... Görünən budur ki, Qarabağ ermənilərini ikiqat girovluqdan xilas etmək zamanı çatıb və BMT qətnamələri kimi, bu məsələni də Azərbaycan dövləti təkbaşına reallaşdırmalı olacaq.

Söhbət Azərbaycan vətəndaşlarının taleyindən gedir...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости