Свобода людям, независимость нациям!

Qalıqları Şuşada tapılan “İsgəndər” raketləri və Ermənistanın SU-30 yalanı

1571 02.04.2022 14:35 Колумнисты A A

Erməni xalqının ən böyük faciəsi özünə yalanlar uydurub bu yalanlara inanması, yalanlarla yaşaması və onları hətta nəsildən-nəslə ötürməsidir. Bir növ, milli sərvət, “qiymətli” mənəvi miras kimi.

Əlbəttə, on illər, yüz illiklərlə eyni uydurma, eyni yalan dövriyyədə olanda günün birində o, həqiqət çixası geyməyə başlayır. Yalanın əsl müəllifi, mənbəyi, ideoloqları isə unudulur. Zira, artıq o milli dəyərə çevrilir.

Ermənilər bu ağır mirasdan qurtulmayınca heç vaxt arzuladıqları rifaha çatmayacaqlar. Azərbaycan və Türkiyə ilə barışıq olsa da, olmasa da. Ermənistanda onlarca dəfə hakimiyyət dəyişsə də, inqilablar, çevrilişlər yaşansa da...

Əfsus ki, 44 günlük müharibə ilə aldıqları ağır zərbə də mənfur qonşuları, onların indiki və köhnə rəhbərlərini ağllandırmayıb. Cüzi istisnalar xaric, yenə “köhnə hamam, köhnə tas””dır. Eləcə də Ermənistan hakimiyyəti mili gendən qaynaqlanan total yalanlara sadiqliyini davam etdirir.

Baş nazir Nikol Paşinyanın iki gün öncə 10 noyabr kapitulyasiya sənədini yenə baş-ayaq oxuması bunun növbəti bariz sübutudur. Yada salaq: Nikol bizə iftira ataraq deyib ki, guya Azərbaycan sənədin 4-cü bəndini (qanunsuz silahlı dəstələrin ərazimizdən çıxarılması haqda müddəa) yanlış anlayır, təftiş edir. Ardınca da qayıt ki, “artsax ordusu Qarabağdan çıxsa, orada erməni qalmayacaq”.

Cəhənnəmə qalmayacaq. Bəhanələrinə bax. Orda erməni qalmayacaq deyə, biz terrorçu-banditlərin mövcudluğu ilə barışmalıyıq? Onların Azərbaycan dövləti əleyhinə gündən-günə azğınlaşmasına dözməliyik?

Sənədə imza atmısansa, canın çıxsın, əməl elə! Özü də məğlub ölkənin başçısı kimi bunda hamıdan çox sən maraqlı olmalısan. Çünki müharibə hələ bitməyib, sülh müqaviləsi imazalanmadıqca bitmiş sayılmaz.

İkinci yandan, erməni silahlı quldurlar çıxandan sonra Qarabağda erməni qalacaq-qalayacaq, bunun heç kimə yox, yalnız o mülki ermənilərə dəxli var. Ona görə ki, Yer kürəsinin harasında yaşamaq, yəni yaşayış yerini könüllü dəyişmək insanın təbii haqqıdır. İnsan haqqıdır. Hansı ki, BMT sənədlərində də öz əksini tapıb. İndi istəyərlər, Azərbaycan vətəndaşı kimi qalıb daha yaxşı güzəran içində həyatlarına davam edərlər. İstəməzlər, Laçın dəhlizi açıqdır.

Bir də Paşinyan hardan bilir ki, bölgə silahsızlaşdırılsa, orda erməni qalmayacaq? Bəyəm hamıdan bir-bir soruşub, yoxsa onların ürəyini oxuyur? Əlbəttə yalan söyləyir, siyasi münəccimlik edir.

Onun da, erməni revanşist-radikal ünsürlərin də ən böyük dərdi odur ki, qanunsuz dəstələr çıxandan sonra erməni əhali Azərbaycan bayrağı altına keçər! Türkdən israrla “vəhşi, qaniçən” obrazının yaradılmasında, davam edən “etnik təmizləmə” iddialarında tək məqsəd də məhz Qarabağ ermənilərini qorxu altınsa saxlamaqdır.

Hər şey qırağa, Azərbaycan öz qarşısına etnik təmizləməyi məqsəd qoysaydı, Xankəndinə gələn qaz kəmərini özü, həm də pulsuz-parasız təmir edərdimi?..

Yaxud İrəvanın SU-30 SM qırmızı yalanı. O gün Paşinyan Ermənistandakı xarici hərbi attaşeləri inandırmağa çalışıb ki, guya Rusiyaya kömək üçün Ermənistandan Ukraynaya heç bir qırıcı-zad göndərilməyib. Yəni ki, “baxın, hamısı yerindədir”. Amma elə o gün məlum olub ki, bu qırıcılar rus demiş, “pokazuxa” üçün Suriyadan gətirilənlərdir. Beləcə, yalanları yenə faş olub – Ermənistandan Rusiyaya kömək üçün göndərilən qırıcıların Ukraynaya uçuş trayektoriyaları da ortaya qoyulmaqla!

Bu yerdə oxucuların yadına salmaq istərdik: 44 günlük müharibənin sonuna yaxın Şuşa Ermənistan ərazindən “İsgəndər M” raketləri ilə atəşə tutulmuşdu. O vaxt (savaşdan az sonra) Azərbaycan raketlərin qalıqlarını dəlil-sübut kimi nümayiş etdirəndə Ermənistan mediası və bir çox yerli “ekspertlər” tipik erməni həyasızlığı ilə iddia eləmişdilər ki, guya raket qalıqlarını Türkiyə hərbçiləri Suriyadan Şuşaya gətirib ata da bilərdilər. Halbuki o raketlərin hər birinin identifikasiya nömrəsi olur və Rusiya hərbi mütəxəssisləri onları dərhal tanımışdılar.

Təsadüfi deyil ki, rəsmi Moskva Şuşanın “İsgəndər” taktiki raketləri ilə atəşə tutulmasını təsdiq eləməsə də (bu Bakı ilə münasibətlərdə ciddi yara yaradardı, çünki Moskvanın izni olmadan ermənilər ondan istifadə edə bilməz), təkzib də eləmədi. Kreml hələ də susursa, demək, qalıqları Bakıdakı Hərbi Qənimət Parkında saxlanılan raketlər məhz Ermənistandan atılıb.

Lakin raket qalıqlarının Suriyadan gətirilməsi nə qədər absurd görünsə də, SU 30 SM-lərin Suriyadan xarici hərbi attaşelərə göstərilmək uçun müvəqqəti Ermənistana uçması bir o qədər məntiqli, normal və inandırıcıdır. Yəni absurd-zad deyil. SU-30-lar üçün bir neçə yüz km məsafə uçub geri qayıtmaq nədir ki?

Absurd olan İrəvanın hələ də davam edən “Dəvəquşu siyasəti”dir...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости