Свобода людям, независимость нациям!

“Qafqaz Evi” ideyası masada, Bakı-Tiflis münasibətləri zirvədə: Ermənistan üçün SON ŞANS

2617 27.10.2022 13:30 Повестка дня A A

İki ölkənin münasibətlərini bir kəlmə ilə ifadə etməli olsaq, Gürcüstan sabiq prezidenti Mixeil Saakaşvilinin illər öncə Bakıda olarkən Azərbaycan dövlətinin başçısına müraciətlə “Əgər Azərbaycan bizim arxamızda dayanmasaydı, bilmirəm biz indi harada olardıq və ümumiyyətlə mövcud olardıqmı?”-etirafını xatırlasaq, kifayət edər.

Bəli, Azərbaycan yalnız xoş günün deyil, həm də çətin günün dostudur, hətta ən ciddi risklərlə üz-üzə qalsa belə, köməyə ehtiyacı olanlara dəstəyini əsirgəmir. Düzdür, vaxtaşırı dəstək verdiklərimizin dönüklüyünü də görmüşük və görməkdəyik, amma nə etməli, “yamanlığa yaxşılıq” prinsipi ilə siyasət yürütməsi ilə KİŞİ DÖVLƏT adını qazanmağın öz zövqü var.

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana bir günlük səfərində səslənən dostluq, qardaşlıq mesajları, əlaqələrin yüksək sürətlə inkişafı barədə faktlara, statistik rəqəmlərə istinad olunan bəyanatlar, əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi istiqamətində atılan inamlı addımlar yürüdülən siyasətin uğurunun əyani göstəricisidir.

1997-98-ci illərdə Azərbaycan çox ağır şərtlər altında Bakı-Supsa neft kəmərinin tikintisinə, Xəzər dənizinin Qara dənizlə neft kəməri vasitəsilə birləşməsinə nail oldu. Daha sonra tikilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri əməkdaşlığın zirvəyə çatmasını təşkil etdi. Üstəlik, Azərbaycan, Gürcüstan və Türkiyənin timsalında üçlü iqtisadi ittifaqın təməlinin qoyulması baxımından tarixi hadisə oldu.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və istifadəyə verilməsi nəticəsində ölkələrimizin ərazisindən keçən yüklərin həcmi günbəgün artır. Bu layihə İpək Yolu layihəsinin mühüm həlqəsidir və reallaşmasına Azərbaycan əsas söz sahibi olub, bunu dost Gürcüstanda da yaxşı bilirlər. Cənub Qaz Dəhlizi, TANAP kimi nəhəng layihələri də xatırlatmaq yerinə düşər. Ancaq ölkələrimiz indiyədək əldə olunan uğurlarla kifayətlənmək niyyətində deyil, elə dövlət başçımızın Tiflis səfərində də bunun bir daha şahidi olduq. Cənab Əliyev də ölkələrimiz arasında əməkdaşlığın müsbət dinamika ilə inkişafdından razılığını dilə gətirdi. Bununla yanaşı vurğuladı ki, 24 oktyabr tarixli səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Eyni zamanda bölgədə cərəyan edən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir ki, bu da təbiidir. Çünki irili-xırdalı bütün layihələrin gerçəkləşməsinin əsas şərtlərindən biri və bəlkə də birincisi təhlükəsizlik məsələsidir. Təsadüfi deyil ki, son vaxtlar “Qafqaz qartalı” adlı birgə təlimlərin keçirilməsi artıq ənənəvi xarakter daşıyır. Bir müddət öncə Gürcüstanın hərbi rəhbərliyinin Bakıda səfərdə olması, hərbi əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi də mühüm məsələdir. 

ddd.jpg (49 KB)

Bu günlərdə Gürcüstan Azərbaycana həsəd aparır, təkcə ona görə yox ki, böyük enerji ehtiyatlarına malik ölkədir, geniş imkanlara sahibdir. Həm də ona görə ki, iki il əvvəl Azərbaycan da Gürcüstan kimi, ərazilərinin 20 faizi işğalda olan ölkə idi, amma artıq bu problemi təkbaşına, qətiyyətlə həll edib, qonşu ölkədən fərqli olaraq. Bu gün Gürcüstanın həm də Azərbaycanın hərbi təcrübəsini əxz etmək baxımından köməyə ehtiyacı var.

Tiflisdə səsləndirildiyi kimi, Azərbaycan-Gürcüstan əməkdaşlığı tarixi ənənələrə söykənir. Bu, iki ölkə tale ortağıdır. 1918-ci ildə bir gün fərqilə cümhuriyyətlərimizin elan olunması – həm də Tiflisdə - iki il sonra isə bayraqlarımızın endirilməsi, müstəqillik carçılarının soyqırım edilməsi, sonrakı illərdə qanlı repressiyalar, ən nəhayət, sovetlərin dağıldığı dönəmlərdə həm Tiflisdə, həm də Bakıda sovet ordusu tərəfindən qanlı hadisələrin törədilməsi, eyni zamanda ərazilərimizin işğalı bizi dərd ortağı edib... Ancaq münasibətlər yalnız son əsrə söykənmir. İki xalq və ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Nə qədər fitnə-fəsada əl atılsa da, gürcü və Azərbaycan xalqlarını üz-üzə qoymaq planı işləməyib. Xalqlarımızın normal münasibətlərinə istinad edən, möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələr davamlı şəkildə inkişaf edir.

Azərbaycan Prezidenti də açıq mətnlə bəyan etdi ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıb.

Sitat: “Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda”.

Azərbaycan 2008-ci ildə Gürcüstanı qışda donmaqdan xilas etdi, bu, dəfələrlə bəyan edilib, Azərbaycana ünvanlı təşəkkürlər səslənib. Ədalət naminə deməliyik ki, 2020-ci ilin 44 günlük Qarabağ döyüşləri zamanı və ondan əvvəlki dönəmlərdə Gürcüstan da üzərinə düşəni etdi: Ermənistana daşınan silahların öz ərazisindən keçirilməsinə imkan vermədi və bu da Azərbaycan tərəfdən qiymətləndirildi! 

Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır" -  Ekspertlərdən açıqlamalar

İndiki şəraitdə Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır. İllər boyunca təkcə kəmərlərimizin, quru yolumuzun deyil, həm də hava yolumuzun istiqamətləndiyi məkan olub qonşu ölkə. Bu baxımdan Gürcüstanın əhəmiyyətini daim vurğulayırıq. Lakin bu əməkdaşlıq təkcə ikitərəfli xarakterli deyil, həm də regional əhəmiyyətə malikdir. Bir çox icra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa və dünya üçün xüsusi əhəmiyyət daşıyır. Bəyan olunduğu kimi, hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğuna görə, Gürcüstanla Azərbaycan bu məsələdə bir cəbhədən hərəkət edərək, eynu nöqtəyə vuraraq, öz milli maraqlarını təmin edəcəklər. Xüsusilə də Rusiya-Ukrayna müharibəsinin ortaya çıxartdığı acı reallıqlar dünyanın bir sıra ölkələrini alternativlər axtarmağa vadar edib.

Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. 

İlk yarımildə Bakı-Tbilisi-Ceyhan boru xətti ilə 107 mln. barrel neft nəql  edilib

Azərbaycan 14 il əvvəl qonşusunu donmaqdan xilas etdiyi kimi, indi də bir sıra uzaq ölkələri isitmək funksiyasını üzərinə götürməkdədir ki, bu da ümumən bəşəriyyətə xidmət missiyası deməkdir. Ümumiləşdirsək, Azərbaycan dövləti yaxşılıq üçün yaranıb. Təkcə SOCAR Gürcüstana indiyə qədər 1,5 milyard dollar yatırım edib. Ümumilikdə isə indiyə qədər Azərbaycan şirkətlərinin Gürcüstana investisiyalarının həcmi 3,5 milyard dollardan çox olub.

Dövlətimiz hətta bütün olub-keçənlərə rəğmən, Ermənistanı da fəlakətlərdən xilas etmək istəyir, əməkdaşlıq təklif edir.

Prezidentdən sitat: “Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Azərbaycanın niyyəti bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır”.

Bu, sıradan bir bəyanat, vəd deyil, bir əsrdən artıq yaşı olan “Qafqaz Evi” ideyasının gerçəkləşməsi istiqamətində növbəti təminat, dönük qonşumuza verilən tarixi şansdır!

Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Prezident dedi ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Təkcə bu da deyil.

Həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır.

Sitat: “Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklər”.

Bax, belə... Qafqazı gözəl gələcək gözləyir, Azərbaycanın söz sahibi olduğu layihələrin inkişafı fonunda... Azərbaycan Gürcüstan dəhlizi ilə dünyaya işıq saçmağa başlayır, Ermənistan isə Zəngəzuru qaranlığa qərq etməkdə qərarlı olduğunu nümayiş etdirir. Təsəvvür edin, bu layihələrin bir qismi Zəngəzurdan istiqamət götürsə, Ermənistan nələr qazanar... Özləri bilsin, şanslarını dəyərləndirməsələr, illər öncə Bakı-Tiflis-Qars qatarına arxadan baxdıqları kimi, bu dəfə də EVsiz qala bilərlər...

Screenshot 2022-10-27 014649.jpg (71 KB)

Ermənistan bu şansı dəyərləndirmək əvəzinə, Bakı-Tiflis münasibətlərinin günbəgün inkişafından xoflanır, Azərbaycan Prezidentinin Gürcüstanda yüksək səviyyədə qarşılanması, əməkdaşlıq perspektivləri ilə bağlı səslənən anonslardan həyəcanlanır, elə son reaksiyalardan da bunu təkrar gördük. Amma təsəvvür edin ki, Ermənistan “daşı ətəyindən tökərsə”, nə baş verər... Azərbaycan-Gürcüstan əməkdaşlığının ortaya qoyduğu nəticələrə diqqət edək: dövlət başçımız da qeyd edib ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Təkcə bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. İanələrə, yardımlara göz dikən, fəlakətlərlə baş-başa qalan Ermənistan saxta iddialardan imtina edərsə, konstruktiv siyasət yürüdəcəyinə birdəfəlik and içərsə və “Qafqaz üçlüyü”ndə sağlam əməkdaşlığa qərar verərsə, bir neçə il sonra nəinki Azərbaycan, həm də Türkiyənin imkanlarından bəhrələnmək şansı əldə edər. Əgər istəyərsə… Gürcüstanda mindən çox Azərbaycan şirkətləri çalışır, Azərbaycandakı gürcü şirkətlərinin sayı 600 civarındadır, bu, çox şey deyir.

Hər halda rəsmi Bakı sözünü deyib və qarşı tərəfin dəyərləndirməsi üçün çox da səbr etmək niyyətində deyil. Ermənistanın Zəngəzurla bağlı oyunbazlıqlarının qarşılığında Azərbaycanın Gürcüstan dəhlizinə önəm verməsini bir daha nümayiş etdirməsi bir tərəfdən rəsmi Tiflisə Zəngəzurla bağlı perspektivlərdən narahat olmamasını aşılamaq məqsədi daşıyırsa, digər tərəfdən rəsmi İrəvana bir daha düşünmək imkanı vermək baxımından da ölduqca önəmlidir. Bəlkə də sonuncu xəbərdarlıqdır. Bizim ehtiyatda başqa bir dəhlizimiz də var: İran üzərindən keçməklə… Ermənistan isə Lars yolunda boğulub qalacaq əgər şansını dəyərləndirməsə…

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости