Свобода людям, независимость нациям!

Putinin şərtlərinə “yox” deyildi, sonra?

3922 22.03.2022 13:58 Колумнисты A A

Əgər müharibə davam edərkən Rusiyanın içərisində sosial partlayış baş verərsə, bu, NATO-nun hücumundan da effektli ola bilər

Gözlənildiyi kimi, Zelenski son çıxışında Putinin xüsusilə də Krım və qondarma respublikaların “müstəqilliyinin” tanınması ilə bağlı tələblərinin necə deyərlər, onun “boyunu aşdığını” dedi. Zelenskiyə görə, bu məsələlərə təkbaşına qərar verə bilməz, Ukrayna Konstitusiyasına dəyişiklik mütləqdir və bu, Ali Radanın və xalqın iştirakı olmadan (referendum) mümkünsüzdür.

Əlbəttə ki, əgər faktiki Ukraynanın parçalanmasından(ən yaxşı halda federallaşmasından) söhbət gedirsə, bunu ağlı başında olan kimsə təkbaşına boyununa çəkməz. Hələ bu qədər qan töküləndən sonra həm də... O halda, Zelenskinin açıqlaması Putinin tələblərinin qəbul edilməməsi, “müharibəyə davam” deməkdir.

Qərb mediasında isə Rusiyanın bundan sonrakı planları haqda bəzi iddialar var. Bildirilir ki, Rusiya Donbasın sərhədlərinə çıxaraq, Mariupolu da tam ələ keçirəndən sonra müharibəni dayandırmağı düşünür. Mariupol ona görə mühümdür ki, Rusiya Ukraynanın Azov dənizinə çıxışını bağlayır və Krıma quru yolu açmış olur. Amma bu iddia özünü doğrultmaya da bilər. Çünki Rusiya Ukraynanın təkcə şərqində deyil, qərbi istisna olmaqla(hərçəndə bu günlərdə Lvovdakı bazaya da hərbi zərbə endirib) bütün istiqamətlərdə irəliləməyə cəhd edir.

Rusiyanı necə durdurmaq planlarını müzakirə etmək üçün bu həftə Avropa Birliyinin, NATO və G-7 ölkələrinin sammiti olacaq. Amma belə görünür ki, onlarda da Putinin gələcək planları haqda aydın rəy və bilgi yoxdur. Rusiyaya ən sərt sanksiyalar tətbiq olunub, Putinin cüdo üzrə “qara kəmər”inə kimi əlindən alıblar. Qalır enerjidaşıyıcıları kəməri ilə bağlı sanksiyalar, bu məsələdə yekdil rəy olmasa da, işə salınacağı da istisna deyil. Bu, Rusiyanı dayandırmaq üçün son kozırdır. Amma Rusiyanın tavırlardan o da hiss olunur ki, nə qədər ağrılı olsa da, bunu da gözə alıblar. Hər halda, Rusiyanın daxilində qənd və qarabaşaq(qreçka) növbələrinə baxmayaraq, sosial partlayış olacağının belə tezliklə baş verəcəyi inandırıcı deyil. Əgər müharibə davam edərkən, Rusiyanın içərisində sosial partlayış baş verərsə, bu elə NATO-nun hücumundan da effektli ola bilər.

Ukraynaya gəlincə, ölkənin siyasi isteblişmenti aşırı millətçi kəsimin ağzını yuma bilməməsi səbəbindən Putinin “denasifikasiyası”na haqq qazandırmış olur. Youtube və sosial şəbəkələr rusların, ailəsinin, uşaqlarının öldürülməsi çağırışları ilə dolub-daşır. (Yeri gəlmişkən, “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov Gəncəni raketlə vuranda emosional olaraq ermənilərlə bağlı etdiyi bir facebook statusuna görə UEFA futboldan ömürlük uzaqlaşdırdı, amma faşist təmayüllü qruplaşmaların bu çağırışlarına görə həmin Qərbdən etiraz yoxdur). Sadə ukraynalının qəzəbini başa düşmək olar- evləri dağlıb, həyatları zəhərə dönüb ki, bunun da günahkarları ailə-uşaq deyil, Kremldə oturanlardır. Sadə ruslar da bu müharibədən əziyyət çəkirlər, çəkəcəklər də. Amma bu qəddar çağırış edənlər arasında Kiyevdə siyasi post tutanlar, hətta tanınmış simalar da var. Qərb bunları görməzdən gəlir, amma Rusiya hakimiyyəti bunları fiksə etməklə, təbliğatda gen-bol istifadəyə yönəldirlər. Ukrayna ordusunda da aşırı radikalların olduğu haqda iddialar var. Onlar siyasi baxışlarından asılı olmayaraq, ölkələrinin işğal altına düşməməsi üçün vuruşurlar. Ola bilsin, rus əsgəri əsir düşəndə onunla hansısa konvenseniyanın tələblərinə uyğun davranmasınlar, amma bunu önləmək olmaz. Çünki müharibədir...

Belə aşkar çağırışlar isə qarşlılıqlı nifrət yaradır. Müharibə həmişə davam etməyəcək, bu qohum xalqlar ən azı qonşu olmaqda yenə davam edəcəklər. Bunları unutmamaq lazımdır…

Zelenski telekanalları hərbi rejimə keçirməkdə gecikdi, bunu dərhal etmək lazım idi ki, Moskvaya bu cür gərəksiz materiallar verməsinlər. Bütün ölkələrdə bu cür radikalallar var. Elə Rusiyanın özündə də son illərə kimi “dazbaşlar” meydan sulayırdılar.

Aşkar faşist təmayüllü təşkilatların üzvlərinin İŞİD sayağı videoları olmasa da, Rusiya əlbəttə, Ukraynaya ordu yeritmək, “denasifikasiya” iddiasından vaz keçməyəcəkdi. Amma bu cür çağırışların Ukraynanın haqq davasını kölgələdiyini də etiraf etmək lazımdır...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости