Свобода людям, независимость нациям!

Putinin “paraşüt vermirəm” lətifəsinə bənzər 6 ağır şərti

4277 20.03.2022 19:18 Колумнисты A A

Rusiyanın tələblərini 1 ay əvvələdək bir qab balla da qəbul etmək çətin olardı, amma Ukraynanın üzləşdiyi indiki reallıq nə yazıq ki...

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Putinin dövlət başçıları səviyyəsində görüş üçün tələblərini açıqlayıb. Bu şərtlər zatən məlum idi, amma bir daha xatırlayaq: 1) Ukraynanın NATO-ya üzvlükdən imtina etməklə neytrallığı; 2) Avstriya modeli kontekstində tərksilah və qarşılıqlı təhlükəsizlik təminatları; 3) “denazifikasiya”; 4) rus dilinin Ukraynada geniş istifadəsini yasaqlayan maneələrin aradan qaldırılması; 5 və 6) Kiyevin Krımın ilhaqını və iki qondarma “respublikaları” tanıması…

Putinin tələblərini 1 ay əvvələdək, necə deyərlər, bir qab balla da qəbul etmək çətin olardı, amma Ukraynanın üzləşdiyi indiki reallıq nə yazıq ki, bu qədər çətindir. Amma çıxılmaz da deyil. Əgər Rusiya əldə etdiyi hərbi üstünlüyünü itirərsə, Ukrayna ordusu məsələn, qondarma respublikaların qoşunlarını heç olmasa, müharibədən əvvəlki sərhədlərinə sıxışdırsa, ölkəyə soxulmuş rus əsgərini isə qovub ölkə hüdudlarından çıxarsa, bu şərtləri cırıb tullamaq da olar. Amma bu şərtlərə baxdıqda Zelenskini qəzaya uğrayacaq təyyarədə paraşüt verilməyən məşhur lətifənin qəhrəmanına bənzətmək olar...

Krım məsələsini hələ kənara qoysaq belə, qondarma respublkaların tanınması Zelenskinin boyunu aşan məsələdir. Belə bir qanun layihəsi nəzəri olaraq prezident tərəfdən hazırlanıb imzalansa belə, onu legitimləşdirmək üçün Ali Radanın razılığı lazımdır. Yəni bu tələsikdə qəbul edilə biləcək şərtlər də deyil, neytrallıq və silahsızlaşma mütləq konstitusiyada əks etdirməlisən, bəlkə də referenduma çıxarmalısan və sairə…Bunu əlbəttə ki, hüquq elminə yaxşı bələd olan Putin də bilir. Yəni bu şərtləri yerinə yetirmək, “hə, razıyam” deməklə həll olunası iş deyil.

Çərçivə sazişi imzalamaq, şərtlərə əməl öhdəliyi götürmək mümkün variantdır. Putinin Qərb və onun liderlərinə inamı qalmayıb. Onların(məsələn, Makron, Şultz, Ərdoğan, Bayden və s.) yəqin ki, imzalanacaq hər hansı razılaşmaya qarant olmaları lazımdır. Amma unutmayaq ki, elə bu müharibə həm də Almaniya və Fransa liderlərinin o zaman qarant olduqları Minsk sənədinin yerirnə yetirilməməsi səbəbindən başlayıb. Yəni kimlərinsə qarant olmaq istəyi belə, hələ razılaşmanın baş tutacağı demək deyil. Üstəlik, indi Qərblə Rusiya arasında körpülər yandırılıb, qarşılıqlı inamsızlıq, ittihamlar hər keçən gün əndazəni aşır. O səbəbdən Putin şərtlərini diktə edərkən, əlbəttə bu faktorları da hesablayıb.

İddialara görə, Ukrayna tərəfi də hansısa tələb-təkliflər masaya qoyub. Təfərrüatlar açıqlanmasa da, belə ehtimal etmək olar ki, Kiyev də Kremlin tələblərini minimallaşdırmağa çalışır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bugünkü açıqlamasında tərəflərin bəzi vacib məsələlərdə mövqelərinin çox yaxınlaşdığını bildirib. İndi Türkiyə danışıqların gedişində ən məlumatlı tərəf hesab oluna bilər və Ankaradan verilən açıqlamaların mötəbərliyinə şübhə yoxdur. Amma nə qədər ümidverici açıqlamalar olsa da, Ukraynada müharibənin şiddəti səngiməyib. Rusiya son günlər daha müasir silahlarını işə salmaqla, Ukraynanın yer altındakı hərbi arsenalını sıradan çıxarmağı hədəfləyir. Putin müharibə başlayandan bəri publika qarşısında Zelenskinin adını bir dəfə də dilinə gətirməyib. Zelenski isə demək olar ki, hər çıxışında onun adını çəkir- gah üzbəüz görüşün vacibliyindən danışır, gah məğlubiyyətlə hədələyir. Yəni birmənalı “Zelenski görüşə hazırdır” demək olmur, çünki bu, onun çətin ki, təkbaşına verə biləcəyi qərar olsun. Ötən yazıda da qeyd etmişdik ki, Ukraynanı poliqona çevirən “kollektiv Qərb” və ABŞ indilikdə razılaşmaya meylli görünmür. O səbəbdən “Moskva-Kiyev danışıqların yekununda razılaşma olacaq” demək tezdir.

Putinin ağlında nə plan olduğunu yəqin ki, ən yaxın ətrafından başqa kimsə bilmir. Yeri gəlmişkən, ən ağır şərtlərin Krımın və qondarma respublikanın tanınması olduğunu deyirlər. Amma zənnimcə, ən ağır şərt “denasifikasiya” sözünün altında gizlədilib. Bu məsələdə konkretləşdirmə mütləq olmalıdır. Çünki “denasifikasiya” adı altında Ukraynanı tam işğal etmək, təkcə Kiyev hakimiyyətində, güc strukturlarında deyil, ölkədə millətçi kəsimin əksəriyyətini güllələmək olar...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости