Свобода людям, независимость нациям!

Putin əlini o düyməyə uzadacaq, ortalıq tezliklə lap qarışacaq...

3405 26.01.2023 22:16 Колумнисты A A

Görünən budur ki, Ukraynaya tankların göndərilməsi ilə Rusiya-ABŞ arasında “qırmızı xətlə” bağlı razılaşma artıq pozuldu, o halda keçmiş samboçunun bir yolu qalır…

11 aydır davam edən Ukrayna müharibəsində məncə, ən təhlükəli və bəlkə də son mərhələ başladı. “Niyə son mərhələ? Axı Almaniya və Amerika istehsalı tankların göndərilməsindən sonra “F-16”ların Ukraynaya göndəriləcəyi haqqında da danışırlar, hər şey bəlkə də indi başlayır” deyə, haqlı sual da etmək olar. Ukrayna müharibəsinin sonluğu haqqında şəxsən məndə artıq aydın nəticə yarandı. Növbəti abzasda bu barədə yazacam…

Rusiyanın kəşfiyyat rəisi ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri bir müddət əvvəl İstanbulda ona görə görüşmüşdülər ki,iki supergüc olaraq “qırmızı xətləri” müəyyənləşdirsinlər. Bu o vaxtlar idi ki, Amerika rəsmiləri müharibənin Rusiya ərazisinə(Krıma) keçirilməsinin mümkünlüyündən tez-tez danışırdılar. Zelenskiyə də belə kurs verilmişdi. Rusiya da dilini dinc qoymurdu, hər fürsətdə Qərbi və Amerikanı nüvə silahı ilə hədələyirdi. Hər iki tərəf məhz İstanbuldakı məxfi görüşdən sonra bu ritorikanı yığışdırdılar. Zelenskinin də yadına o səbəbdən Krım daha əvvəlki kimi düşmür. İki və ya üç tank alayının (təxminən 100 Almaniya istehsalı “Leopard -2” və 31 Amerika istehsalı “Abrams”) Ukraynaya göndərilməsinə Rusiyanın verdiyi ağrılı reaksiya təkcə Ukraynanın ərazisini bugünkü şiddətli bombardman edilməsi ilə məhdudlaşmır. Görünən budur ki, “qırmızı xətlə” bağlı razılaşma artıq pozuldu, ortalıq tezliklə lap qarışacaq...

tgbhasdsa.jpg (75 KB)

Bayden bugünkü mətbuat konfransında sülhpərvər kimi görünməyə çalışıb. Deyib ki, tankların göndərilməsi Amerika Birləşmiş Ştatları başda olmaqla müttəfiqlərinin Ukraynaya öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək istəyinə əsaslanır. “Bu, Rusiyaya hücum təhlükəsi deyil. Məsələ məhz bundan ibarətdir”. ABŞ istəyir ki, “nə şiş yansın, nə kabab”, həm Ukraynadakı hibrid müharibəsində qalib gəlsin, eyni zamanda öz təhlükəsizliklərini riskə atmasınlar, nüvə qarşıdurmasından yayınsınlar və sairə… Ukrayna kiminsə vecinə deyil.

NR57WSUXWAI6ZGMHTXHO4YVD6Y.jpg (570 KB)

İdmanda ağır vəziyyətə düşən idmançı fəndin ona hansı ağrı verdiyini səsi ilə göstərməməyə çalışır. Çünki bu, idmançıya yaraşmayan hərəkətdir. O səbəbdən əlini yerə vurur, bu isə təslim olmaq işarəsi deməkdir. İndi tank batalyonları, sonra isə təyyarələr göndərmək müzakirələri ilə Rusiyanı o idmançının vəziyyətinə salmağa çalışırlar və gözləyirlər ki, ya çığırsın, ya da əlini yerə vursun. Həm də bilirlər ki, onların tanıdığı Putin bunu heç vaxt etməz və etməyəcək. Niyə etməz, niyə etməyəcək, bu da aydındır. Bu müharibədə onun da taleyi həll olunur. O halda keçmiş samboçunun bir yolu qalır: əlini o düyməyə atsın...

tfdfg.jpg (90 KB)

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi tezliklə hadisələrin hansı nöqtəyə gələcəyini(dirənəcəyini) bildiyi üçün özlərinə təskinlik verib. Deyib ki, “bizdə Putinin kütləvi qırğın silahlarından, xüsusilə nüvə silahları, istər taktiki, istərsə də başqa cür istifadə etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur”. Düz deyir, hələ ki, yoxdur. Amma ağlı başında olan bu tankların gərginliyi hara doğru aparacağını bilir. “Karib krizisi” bənzətməsindən xoşum gəlmir, çünki bütün əlamətləri ilə bu, 1962-ci il Kennedi-Xruşşov dövründəkindən daha ciddi və təhlükəli böhrandır. İndi nə edəsən, Rusiya tutduğu torpaqlardan çıxmır. Ermənistan adlı dılğır bir ölkə 30 ilə yaxın bizim torpaqlardan heç öz xoşuna çıxmadı…

yhnbf.jpg (74 KB)

Rusiyanın siyasi isteblişmenti bunu illərdir deyirlər: “Rusiyanın olmadığı dünya bizim nəyimizə gərəkdir…” Eqois və faşist düşüncəsidir əlbəttə ki… Amma söhbət 6 min nüvə başlığı olan Rusiyadan gedirsə, “mən məğlub oldum, gedirəm evimə” deməz.

İki gücünü savaşanda ortada qalan ukraynalılar haqda yazmağın daha faydası yoxdur. Hələ bir neçə gün əvvəl də yazmışdım ki, Ukrayna bu savaşda bir yerdə dayanmalıdır, mənasız qırğına son verməlidir. İşğalla barışmasın, amma nəfəs dərsin, çıxış yolları axtarsın. “Ukrayna üçün ən uğurlu ssenari münaqişənin dondurulması və ölkəni təxminən onun indiki sərhədləri daxilində - artıq Rusiya tərəfindən nəzarət olunan hissəsi olmadan saxlamaqdan ibarətdir”. Bu fikri “The Daily Telegraph” köşə yazarı Şerell Ceykobsdan iqtibasdır. Düz deyir. Çünki müharibə nüvə düyməsi basılması həddinə gələndə, zatən Ukraynanı dayandıracaqlar…

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости