Свобода людям, независимость нациям!

Professorun pula tüpürməkliyi...

11757 16.06.2015 04:15 Колумнисты A A






Məzuniyyətdəyəm. Son illərdə ilk dəfədir ki, gündəmi izləmək fürsətim azdır; bu səbəbdən hörmətli Cəmil Həsənlinin facebook statusunun Azadlıq qəzetindəki təqdimatına gec baxdım: "Cəmil Həsənli "Yeni Müsavat"ı məhv etdi" başlığı o qədər əyləncəli gəldi ki...


26 illik qəzetimizi kommunist ruslar, Mütəllibov iqtidarı, Surət Hüseynov, Cəlal Əliyev, Əli İnsanov ....23 illik YAP iqtidarı ... məhv edə bilmədi; başım qarışıb, diqqətdən qaçırtmışam; aralığa salıb, Cəmil Həsənli bir status yazıb, Əli Kərimli də ona başlıq qoyub, "Yeni Müsavat" da məhv olub.

Ay sizi Dooşan yesin...

Azərbaycan türmələrində, tariximizin uçqunları altında, hətta qara torpağın altında bir xeyli sayda "Yeni Müsavat" qəzetini "məhv edənlər" var...

Ölənlərə Allah rəhmət etsin, qalanların qapısını Allah açsın...

Bu sıraya Şurəvilər də qoşuldular.

Özləri məhv olmuş, siyasi həyatları bitmiş biriləri 100 minlərlə tiraja malik (musavat.com, minval.az, musavat.com.ru) , bir neçə dildə nəşr olunan bir media qrupunu 
necə məhv edə bilər ki?


Sən həm də bir bunların hədəfinə bax, əxlaqına, söz azadlığına, mediaya münasibətinə, jarqonlarına bax.


Bunlarmı iqtidar olacaqdılar, bu çatlaq professormu prezident olacaqdı.


Əslində özünü ifşa mətni olan o statusda bizim iddiaların birinə də cavab verilməyib.
Sayın professor, hörmətli Kərimli, sizdən soruşulur, ona cavab verin: NİYƏ "ƏSİL MÜXALİFƏT" OLARAQ AVROPA OYUNLARINI BOYKOTA ÇAĞIRMADINIZ?

Buna cavab verin, yoxsa "məhv" oldunuz.

Başqa iddialar da var. Hörmətli professor ziq-zaqlı həyatı boyunca bir neçə dəfə öz təşkilatını və liderini satıb! İcazəli parlamentə mandat alıb, həm də iki sezon; bu rejimin banilərinə kitab yazıb, hakimiyyəti tam və ipinə-sapına qədər dəstəkləyib...

Biz bir dəfə də deputat olmadıq, rejimə və onun banilərinə kitab yazmadıq, liderimizi satmadıq. 

Bunlar deyir ki, hər kəs, xüsusi ilə də "Yeni Musavat" qəzeti, bütün gücü ilə onların maraqlarını, çıxarlarını, mövsümdə bir dəyişən kurslarını ... dəstəkləməli, ayarlarını onlara görə yeniləməli, onlar kimi yazmalı, bəyanat verməli, danışmalı...

Əks halda, xain, satqın, xidmətçi adlandırırlar.

****

Cəmil Həsənli nəinki bu rejimə, onun baş ideoloqu Ramiz Mehdiyevə nökər olub, onun bir başa mirzəliyini edib... Bu adam pul-para naminə korrupsioner Fərhad Əliyevin maraqlarını təmsil edib, onun paralarını mediaya, müxalifətdəki və iqtidardakı ayrı-ayrı siyasətçilərə paylayıb, qarşılığında dəstək satın alıb!

Bu adam siyasi maklerdir, korrupsioner nökəridir.

Hörmətli Cəmil Həsənli bilmir ki, siyasi məhv necə olur...

*****

Bir professor tanıyıram. Pul sayanda, əvvəlcə barmaqlarını ucuna yüngülcə tüpürür. Sonra başlayır səslə saymağa...

O professor bir korrupsionerdən aldığı paraları qəzetlərə çatdırmaqda görəvli idi. 2006-cı ildə...Korrupsioneri öldürülən jurnalistin qatili elan edəcəkdilər, hələ də həbsdə qalacaqdı....

Professoru, portfelini dolduraraq, redaksiyalara arestantın qardaşlarından biri müşayiət edirdi. Qapıdan içəri salıb, bayırda maşında gözləyirdi. Ki, qıraqda kupyorları dəyişdirməsin, atmasın, dalına keçməsin...


Lakin professor da professor idi...

Ailədən manatla aldığı paçkaları qəzet redaksiylarında sayıb, şifahi olaraq, dollarla hesablayıb, qəzerlərə də, korrupsiyaçının ailəsinə də atmağı özünə yaraşdırırdı: "Belə verdilər..." Sonra "qırdığı" məbləğı pencəyinin qoyun ciblərinə basırdı...

Bu ona çox yaraşırdı. Nəinki indiki işi...

O zaman manatın dollara nisbəti xeyli fərqli idi. 1 dollar 87 qəpik idi. Barmaqlarına və paraya tüpürə-tüpürə, onları səslə ayıb, hər paçkadan 13 dənə yüzlük qırpışdırırıdı.
50 min manatdan 5X1300 =6500 manat....

Allahın "kameraları" axirətdə işləyir... Lakin belə şeylər heç də hər zaman axirətə qalmır.

Bir gün ortaya bir video çıxsa və o professor barmaqlarına tüpürə-tüpürə para saydığı yerdə görüntülənsə, əcaba, kim məhv olar?

Və Əli Kərimli o videonu qəzetinin saytında yayarmı?

Ona hansı başlıq qoyar...

****
Qorxmayın, qırışmallar, yoxdu belə video... Amma bir olsaydı, derim....

****
Cəmil Həsənli zamanında o korrupsioner nazir olarkən Əli Kərimliyə də, hər ay 30 min dollar olmaqla, para daşıyıb. 1990-2000-ci illərdə AXC-dən və "Azadlıq" qəzetindən hakimiyyətə bütün transferlər, satınalmalar (özü də daxil) onun sayəsində gerçəkləşib. Təbii ki, bunlardan  o zamankı iqtidarın xüsusi xidmətlərinin də xəbəri olub.

Həsənli dövlətin gizli görəvlisi kimi Elçibəylə İsa Qəmbər arasında Əli Kərimli problemi yetişdirmək proqramında əsas fiqur kimi mövcud olub. O, "müxalifətdəki və hakimiyyətdəki islahatçıların ortaq iqtidarı" projesinin əlamanı idi...

Elçibəy dünyasını dəyişəndən sonra iqtidar Cəmil Həsənlini açıq şəkildə qucağına aldı.

O zaman bəlli oldu ki, bir çoxlarının siyasi bəkarəti çoxdan alınıbmış.

İndi onların hamısı müxalif və demokratik düşərgəyə əxlaq dərsi keçir... 

Gizli görəvli isə yenə də iş başındadır...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости