Свобода людям, независимость нациям!

Potensial casuslara XƏBƏRDARLIQ – Sizi tapacaqlar, tutacaqlar

3401 07.09.2023 09:01 Колумнисты A A

Başımız başqa mövzulara qarışdı, ölkə və xalq üçün həyati əhəmiyyət daşıyan bəzi mövzulara fikir vermədik.

O mövzulardan biri ermənilərin həmvətənlərimizə casusluq işi təklif etməsiydi.

İndiyədək xarici havadarların yardımı, himayəsi ilə gur-guruldayan, özlərini Qafqazın ön güclü orduya malik xalqı sayan ermənilər o qədər çarəsiz durumdadırlar ki, Azərbaycan vətəndaşlarına müraciət edib yardım istəyirlər.

Haylara aid “Teleqram” kanallarında bu cür elanlar var: “Kanalımız sizə qazanc təklif edir. Azərbaycan silahlı qüvvələrinin yeri, hərəkəti və planları ilə bağlı istənilən məlumat üçün məlumatın dəyərindən asılı olaraq 5000 dollardan başlayaraq pul təklif edirik. Sizin anonimliyinizə zəmanət veririk, sizin üçün əlverişli olan istənilən formada pul köçürməsinə də zəmanət veririk”.

Ermənilər belə bir təşəbbüslə çıxış edərkən əmindirlər ki, istənilən xalqın bağrında oğru, dələduz, pula görə anasını satan, arvadını hərraca çıxaran, qardaş-bacısını bıçaqlayan adamlar olduğu kimi yüz faiz vətənini satan, millətinə xain çıxan yüzlərlə adam tapmaq olar.

casssu.jpg (4 KB)

Bir ermənilər deyil, başqa dövlətlərin daxilində casus saxlamaq istəyən istənilən dövlət məhz bu cür nadürüst, pulgir, satqın, var-dövlətə görə hər cür alçaqlığa hazır olan insanlar kateqoriyasına xitab edir.

Ötən əsrin ortalarınnda sırf siyasi əqidəsi üzündən SSRİ-yə işləyən avropalı və ya amerikalı kommmunist-casuslar da ortada iri məbləğlər olmasa, çətin ki, bu təhlükəli işə girişərdilər. Elə ABŞ və İngiltərənin ələ alıb casusluğa vadar etdiyi adamların avtobioqrafiyasını oxuyanda da görürsən ki, hamısı olduqca tamahkar, etibarsız, şərəfsiz insanlar olublar. Onların içində çox pul qazanmaqdan ötrü təkcə vətənini satanlar yox, eləcə də ailə-uşağını atanlar, ən yaxın dostlarını güdaza verənlər olub.

İndi ermənilərin yenidən belələrinə işi düşüb və hüquq-mühafizə orqanlarımız sayıqlığı əldən versələr, onlar istədikləri yaramazlarla əlaqə qura biləcəklər.

Ötən əsrin 90-cı illərinin ortalarında Bakı metrosunda partlayış törədənlər yadınızdadırmı?

O vaxt, milliyyətlərini bilə-bilə qeyd etmədiyim insanları ermənilər İrəvana dəvət etmiş, orada onları əməkdaşlığa cəlb etmiş (ya könüllü, ya şantajla – fərqi yoxdur), sonra bu şəxsləri Bakıda terror aktı törətmək üçün təlimatlandırıb paytaxtımıza göndərmişdilər.

-termetr.jpg (58 KB)

Bu terrorçuların 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metropolitenində törətdiyi terror aktları nəticəsində ümumilikdə 27 nəfər həlak olmuş və 91 nəfər yaralanmışdı.

Sonradan terrorçuların bir qismi yaxalandı. İstintaq müəyyən etdi ki, terror aktının təşkilatçıları və təqsirləndirənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurublar. 1992-ci ilin aprel-may aylarında 30 nəfər Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib. Ermənistanın xüsusi xidmət orqanları onların təşkilat kimi formalaşmasını, maliyyələşməsini və silahlanmasını təmin edib. İstintaq zamanı müəyyənləşdirilib ki, terrorçular təkcə “20 Yanvar” və “Gənclik”lə “28 May” stansiyaları arasında törətdikləri teraktlarla kifayətlənməyəcək, Bakıda, "Nizami" kinoteatrında, Heydər Əliyev sarayında və Bakı lampa zavodunda da partlayışlar törədəcəkmişlər.

qobus.JPG (32 KB)

Bu işə görə onlardan 11 nəfər məhkum edilib. Terrorçulardan ikisi ölüm cəzası kəsilib və edama moratorium qoyulması səbəbindən ömürlük həbslə əvəzlənib. Digər 9 nəfər isə müxtəlif müddətlərə həbs cəzasına məhkum olunublar. Bir ara bəzi hüquq müdafiəçiləri beynəlxalq hüquq təşkilatlarına göndərdikləri siyahıda bu şəxsləri “siyasi dustaq” kimi təqdim etməyə çalışdılar, ancaq ölkə ictimaiyyətindən ciddi təpki aldılar.

Bu sətirləri ona görə yazıram ki, durduq yerdə pul qazanmaq istəyən şəxslər ağıllı və ehtiyatlı olsunlar. Azərbaycanın hüquq-mühafizə orqanları ermənilərin təhrikedici çağırışlarından, tamahkar və məsuliyyətsiz vətəndaşlarımızı pulla şirnikləndirmək təşəbbüslərindən xəbərdardırlar, bu barədə xəbərdarlıq mətni də yayıblar.

Başqa sözlə, bu iş üstə ilişənlərin, bilərəkdən, ya bilməyərəkdən Azərbaycan ordusunun hərbi birləşmələrinin dislokasiyasına, yerdəyişmələrinə, döyüş və səfərbərlik hazırlığına, silah və hərbi texnikasına aid videokadrlar çəkib yayanların gözünün yaşına. “bilməmişəm, səhv eləmişəm, bir də etmərəm” kimi yalvarışlarına baxmayacaqlar.

herbi sirrr.jpg (97 KB)

Çünki vətən müharibəsi hələ yekunlaşmayıb, ortada sülh sazişi yoxdur, ermənilər yola gəlmir, revanşa hazırlaşırlar və bu dəfə hibrid müharibə aparmaq istəyirlər, əllərindən gələn hər şeyi edəcəklər ki, Qarabağda, Ermənistan-Azərbaycan sərhədində nəsə bir hərbi üstünlük qazansınlar.

Bu istiqamətdə onlara hansısa şəkildə yardım edən istənilən yerli (eləcə də xarici) vətəndaş Azərbaycan xalqının düşmənidir. Belə adamlara heç bir əfv və bəraət ola bilməz.

Hər kəs onu da bilsin ki, hazırda elmi-texniki tərəqqi o qədər çox inkişaf edib, ifşaedici cihazlar çox təkmilləşib. Hazırda 40 günə üstü açılan şeylər təkcə oğurluq və fahişəlik deyil, indi heç nə gizli qalmır. Hətta indi qəbih işlərin üstünün açılması 4 saat da çəkmir.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости