Свобода людям, независимость нациям!

Penalti vuran Ronaldonun Qurban Qurbanovdan fərqi

4172 24.11.2022 23:36 Колумнисты A A

Qətər mundialı yavaş-yavaş qızışır. İtaliyanın olmadığı dünya çempionatında bir parlaq rəng əlbəttə ki, çatışmır. İtaliyalılar bir çox cəhətdən, həm də zahirən bizə bənzəyirlər, adamın qanı onlara isinir nə sirdirsə.

"İtaliyasız dünya çempionatı Kolizeysiz Roma kimidir" deyən Totti necə də haqlıdır... Adam həm də inanmır ki, son Avropa çempionu İtaliyanı Azərbaycan millisinin yoldaşlıq görüşündə qalib gəldiyi Şimali Makedoniya mundialdan kənarda qoyub... Futbol belə şöğərib və bənzərsiz oyundur.

Mundialda yeri görünən təkcə italiyalılar deyil, Azərbaycanda da çoxsaylı tərəfdarları olan Ukrayna millisi də təəssüf ki, bu futbol bayramından kənarda qalıb. Düzü, müharibəyə görə millinin pley-off səddini keçəcəyini gözləyirdim, həm də o səbəbdən ki, bütün dünya bu ölkəni dəstəklədiyi bir vaxtda mundiala vəsiqə ukraynalılara bəlkə də motivasiya olacaqdı. Pley-offda rəqibləri yanılmıramsa, Britaniya krallığına daxil olan Uels millisi idi. O vaxt krallığın baş naziri Boris Conson tez-tez “sonuncu ukraynalıyadək döyüşmək lazımdır” deyirdi. Yəqin o səbəbdən 21 ukraynalının Qətər mundialına getməsinə güzəşt etmədilər ki, ölkədə qalıb, onlar da döyüşsünlər. Ukrayna keçmiş sovet futbolunun özünəməxsus ənənələrini davam etdirən ölkə olaraq rəğbətə layiqdir.

334.jpg (89 KB)

Rusiyanı bütün beynəlxalq turnir və yarışlardan qovduqları səbəbindən onların mundiala vəsiqə qazanmaq üçün pley-off oynamaq imkanları olmadı. Rəqibləri Polşa əziyyət çəkmədən Qətərə vəsiqə qazandı. Rusiyanın olmadığı hokkey üzrə dünya çempionatını bu il keçirmədilər. Rusiyasız nə hokkey? Amma Rusiyanın olmaması ilə futbol heç nə itirmir, nə vaxt bir fərli oyunlarını gördük ki...

Türkiyəni əlbəttə ki, gözümüz axtarır, vəsiqə qazana bilsəydilər, şübhəsiz bu çempionata ayrı həyacanla baxacaqdıq. Kimə azarkeşlik etmək barədə şəxsən məndə hələ ki, tərəddüd yoxdur, çünki Almaniya mundialdadır. İlk oyunda uduzmaqları yaponların cəsarəti səbəbindən oldu. “Alman milli maşını” "Mercedes" kimi deyil, adətən yavaş-yavaş sürət toplayır, çempionat ərzində maksimal gücünü ortaya qoyur. Ona görə zənnimcə, ikinci oyunda özlərinə gələcəklər.

fruj.jpg (160 KB)

İspanlar zəif rəqibə 7 top vurdular, bu səbəbdən komandanın nəyə qadir olduğunu görə bilmədik. İngilislər məlum, belə mötəbər yarışı sonlarda tərk etməyə öyrəncəlidirlər. Bəs bu dəfə necə olacaq?

112.jpg (57 KB)

Portuqaliya bu gün Ronaldo ilə Qananı sınağa çəkdi. "Mançester Yunayted" dən mədəni şəkildə qovulmuş super-ulduz özünü göstərmək istədi, buna çalışdı da. Alındımı? Cərimə meydançasında bu cür titullu oyunçu yalandan yerə yıxılıb sonra penaltidən qol vurmaz. (Bu çempionatda hakimlik bərbaddır). Ya Qurban Qurbanov kimi vicdanlı olub “penalti yoxdur” deməlisən, ya da qol vurub tarixə düşməlisən.

Ronaldo 5 çempionatda qol vurmağı ilə artıq futbol tarixindədir, heyrətamiz uğurdur. Portuqaliya stabil millidir, hələ irəli gedəcəklər.
Belçika qış idmanı ölkəsi olan Kanadanı minimal hesabla zorla uddu. Çempionluğa namizədlərdən olan Belçika millisi heç bir fərq ortaya qoya bilmədi. Komandada sanki bir metal yorğunluğu var. Oyun sistemləri darıxdırıcı, çox akademikdir, emosiya zəifdir.

22121.jpg (57 KB)

Xorvatiyada “qan dəyişimi”zəif gedir, ona görə 4 il əvvəlki mundialdakı kimi finala qədər gedəcəklərini demək olmaz. Fransaya cəmi bir çempionat azarkeşlik etmişəm, gərək ki, 1986-cı ildə. Fransa yaxşı komandadır, bəlkə də hələ bu mundialda elə ən yaxşı oyunu da onlar göstərib. Amma Fransa bizim azarkeşlik edəcəyimiz milli deyil, qoy ermənilər onlara görə həyəcanlansınlar.

223üell.jpg (44 KB)

Əsas favorit göstərilən iki komanda-Argentina və Almaniya ilk oyunda uduzdular, indi qalır bu dəqiqələrdə Serbiya ilə ilk oyununa çıxmış daha bir “sözdə çempion” Braziliya millisi. Onlar da ilk oyunda uduzsa, necə?

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости