Свобода людям, независимость нациям!

Paskeviçin xidməti, Zatulinin minnəti – Rusiya ermənilərə kim olduqlarını xatırladır

3471 27.02.2024 11:30 Колумнисты A A

Rusiyanın Qafqaza yerləşməsinin 200 ili aşdığı bir vaxtda açıq-aşkar görünür ki, region xalqları hələ də bu dövlətin mahiyyətini tam dərk edə bilməyiblər.

Qafqazın böyük və kiçik xalqları, dövləti olanlar və olmayanlar vaxtaşırı azadlıq, tam müstəqillik eşqinə düşürlər və çox keçmədən Rusiyadan ağır zərbə alırlar.

Son 200 ildə xalqımızın başına gələn müsibətləri bircə-bircə yazsaq, epopeya alınar.
Gürcülərin faciəsi bizimki qədər olmasa da, “əzabkeş xalq” olmalarına yetər.

Çərkəzlərin genosidi hər kəsə bəllidir, bu xalqın 70 faizi tarixi torpaqlarından kənarda yaşayır.

Təkcə son 30 ildə çeçenlərin başına gələnlər dəftər-kitaba sığan deyil.

Osetinlər, abxazlar, acarlar, ləzgilər, avarlar da eləcə, hamısı rus zülmünün zərərçəkənləridir.

Çünki Rusiya Şimali və Cənubi Qafqazı işğal etmək, Türkiyə və İranla sərhdlərə çıxmaq üçün zaman-zaman yerli xalqları qırıb-çatıb, əsir edib.

Bu imperiyanın Qafqazda yeganə qahmar çıxdığı xalq ermənilərdir. Rusiya yalnız ermənilərə tərəfkeşlik edib, onları Türkiyədən, İrandan köçürərək, toplayaraq gətirib, onlara məxsus olmayan torpaqlarda dövlət qurub verib.

Yoxsa ermənilər o ərazilərdə dövlət qura bilərdilərmi? Əsla. Bir şey ki, təkcə İrəvan xanlığını əsrlərcə idarə edən 36 hökmdarın biri də erməni olmayıb. 1827-ci ildə rus general İvan Paskeviçin başçılıq etdiyi yadelli işğalçılar İrəvanı işğal edib Rusiya imperiyasının torpağına qatmasaydılar, ermənilər o mahalda həmişə azlıqda yaşayacaqdılar.

Ümumiyyətlə, ermənilərin Qafqazda özlərinə yer etməsi rusların işğalçılıq siyasətinin bəhrəsidir. Məhz ruslar erməniləri Qafqaza köçürərək, himayə edərək, bu gün Ermənistanda və başqa ölkələrdə tez-tez təkrar edilən “erməni dağları” ifadəsi yaradıblar. Artıq hamının beyninə yeridilib ki, Qafqazdakı dağlar tarixən ermənilərin yaşayış məskəni olub.

Ermənilər öz tarixlərinə nə qədər cığallıqla yanaşsalar da, onu təhrif edərək öz xeyirlərinə dəyişdirsələr də, ruslar da öz tarixlərini, sözün hər iki mənasında, yaxşı yazıblar, bilirlər ki, bu süni dövləti özləri yaradıb, bu xalqı Qafqazın dinc xalqlarının canına onlar müsəllət ediblər.

Ona görə də Rusiya Dövlət Dumasının deputatı. dünənə qədər ermənipərəst kimi tanınan Konstantin Zatulinin KTMT-dən çıxmaq, başqa sözlə, Rusiyanı NATO-ya satmaq istəyən Ermənistanı tarixə dayanaraq təhdid etməsi tam anlaşılandır.

Zatulin mediaya verdiyi müsahibədə açıq şəkildə Ermənistanın ilhaq ediləcəyinin anonsunu verib. İndilikdə o, Rusiya ordusunun 102-ci bazasının yerləşdiyi Gümrünün vaxtilə Aleksandropol olduğunu deyərək, bir növ bu şəhərə iddia irəli sürüb.

Gerçəkdən də vaxtilə adı Qumayrı, Aleksandropol, Leninakan, Gümrü olan və İrəvanın 126 kilometrliyində yerləşən bu yaşayış məntəqəsi 87 il ərzində (1837-1924) Aleksandropol adı daşıyıb və çar Aleksandrın şərəfinə belə adlandırılıb. 1924-1990-cı illər arasında isə şəhər Leninakan kimi tanınıb.

Görünür, Zatulinin iddiası təkcə şəhərin adıyla bağlı deyil, ruslar Gümrünü imperiyanın cənub qalası kimi tikərək adi bir auldan 102 min əhalisi olan şəhərə çeviriblər, ona görə də hesab edirlər ki, bu şəhər onlara məxsusdur.

Yoxsa ada qalsa, Rusiya yelizavetpollardan ta Orta Asiyadakı leninabadlara, frunzelərə, kirovsklara qədər yüzlərlə şəhərə iddia edə bilər, çünki bu ölkələrin rus müstəmləkəsi olduğu illərdə Moskva, demək olar ki, hər ölkənin əsas şəhərlərindən bir neçəsinin adını dəyişdirib, ruslaşdırmışdı.

Rusiya imperiyası Qafqazda erməni dövləti qurarkən, ermənilərin əbədi olaraq Rusiyanın müttəfiqi, regiondakı “şilləvuran”ı, maşası olaraq qalacağını düşünürdü, hesab edirdi ki, kiçik bir dövlət qurmaq üçün zaman-zaman qanını qaşığa qoyan, həmişə də qan çanağını öz başında çatladan xalq, nəhayət, bu tarixi nailiyyətə görə ruslara əbədi minnətdar olacaqlar.

Ancaq bu minnətdarlığın ömrü cəmi 100 il çəkdi. Rusların hesabına əvvəlcə muxtar quberniyaya, daha sonra müxtar respublikaya, 32 il əvvəl isə müstəqil dövlətə malik olan ermənilər indi gələcəyə baxırlar və o gələcəkdə özlərini ruslarla bir yerdə görmürlər. Çünki indi daha səxavətli ağalar var və daha şirin vədlər verirlər.

Ona görə də Zatulin və onun kimilər hiddətlənir, tarixi vərəqləyərək, ermənilərin Qafqaza haradan gəldiklərini, kimin hesabına yurd-yuva qurduqlarını xatırlayırlar.

Yazının birinci cümləsinə qayıdaraq, qeyd edək ki, onlar hələ duza gedirlər və indiyədək ruslardan ağır zərbə görmədikləri üçün köhnə vaxtdakı kimi ərköyünlük edirlər. Rusiyada paskeviçlər çoxdur.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости