Свобода людям, независимость нациям!

Paşinyanın yataq otağına soxulmaq istəyən daşnaklar və Qafan aeroportunda “Bayraqdar”ların sınaq uçuşları... VİDEO

5073 25.05.2022 14:47 Колумнисты A A

Ötən əsrin o başında ədibimiz “əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz”, yazırdı. Amma bu gün...Tamam başqa mənzərə Türk adına! Nuru paşanın rəhbərlik etdiyi şanlı ordunun Azərbaycan və ümumən Qafqaz yolçuluğunun 104-cü ildönümündə qürurverici müşahidələrimiz var. Bir neçəsini xatırladaq: Türkiyədən havaya qalxan iki ədəd “Bayraktar Akıncı” pilotsuz uçuş aparatları 2 min km-lik məsafəni qət edərək, Gürcüstan üzərindən Bakıdakı beynəlxalq hava limanına endi.

Bu sətirləri yazarkən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalına hazırlıq çərçivəsində təyyarə və vertolyotların sınaq uçuşları keçirilirdi. İki gündür “Türk şahinləri” Bakı səmasında möhtəşəm şou göstərir. Təkcə şou da deyil, düşmənə gözdağı verir, dost-qardaş ölkə-xalqlara salam ərməğan edir. Festvalın keçiriləcəyi tarix də gözəl seçilib – 28 Mayımızı – Müstəqilli günümüzü öz ağuşuna alaraq. Məraimdə “Bir millət, iki dövlətin” liderlərinin birgə iştirakı da əladə qürur verir, necə ki, bir həftə öncə Rizədəki hava alanının açılış mərasimin Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev yanaşı addımlayırdılar. Birliyimiz əbədidir, inşallah!

Baykar Bayraktar Akıncı - Vikipedi

Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin müraciətindən, apardığı danışıqlardan sonra Osmanlı dövlətinin Azərbaycanı xilas üçün göndərdiyi böyük Nuru paşa və onun cəngavər mehmetçikləri Gəncəyə mayın 25-də ayaq basdılar, xalqın sevgi və sayğısının müşayiəti ilə.

4 iyun 1918-ci ildə Batumda, Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Dostluq və Əməkdaşlıq müqaviləsi imzalanmışdı. Tarixi və mübarək sənədə imza atmış Osmanlı Dövləti Ədliyyə naziri Xəlil bəyə, Şərq Orduları komandanı Vəhib paşaya, Azərbaycan Şurayı Milli rəisi Məhəmməd Əmin Rəsulzadəyə, Xariciyyə naziri Məhəmməd Həsən bəyə Allah rəhmət eləsin! Üstündən bir əsr 3 il keçəndən sonra, iyunun 15-də Şuşada imzalanan Bəyannamə yaddaşımızı təzələdi, şərəf tariximizə növbəti zəfərlərimizə təminat verən akta çevrildi.

Müttəfiqlik haqqında Bəyannamənin – Qars Müqaviləsinin yeni variantının – imzalandığı Şuşanın küçələrindən birinə Mustafa Kamal Atatürkün adının veriməsi də bu qardaşlığı, müttəfiqliyi daha da möhkəmləndirən faktordur. Şuşaya Zəfər yolunu da qardaş ölkənin aparıcı şirkətilə birgə çəkirik, 12 km-lik möhtəşəm layihə olan Kəlbəcər tunelini də həmçinin, Ağdam-Əskəran-Şuşa yolunun birgə çəkilişinin anonsu da edilib. Hələ qarşıda nələr var, nələr!

Zəngəzur dəhlizi ilə Türkiyədən Avropaya elektrik enerjisi ixrac ediləcək

Azərbaycan Prezidenti Brüssel görüşündən dönən kimi Zəngəzur dəhlizi ilə bağlı xoş xəbəri ilk olaraq türkiyəli qardaşına söylədi – Turan qapısının tikiləcəyi barədə. Əslində hər iki ölkədə işlər xeyli vaxtdır başlayıb, hətta Azərbaycanda Zəngəzur dəhlizinin bir hissəsini təşkil edən yolun tikintisinin əsasını da iki lider birgə qoymuşdular. Qardaş Türkiyə də ilin əvvəlində görüləcək işlər üçün büdcədən vəsait nəzərdə tutub, işlər gedir. İki Türkün arasında - əslində elə Türk torpağında - qanqal kimi süni şəkildə yetişdirilib, bitirilmiş Ermənistan xarici təsirlərin əlində oyuncaq olduğundan aylar idi ki, anlaşmanı pozmağa çalışırdı. Deyəsən, artıq bıçağın sümüyə dirəndiyinin fərqindədirlər. İstənilən halda açılacaq bu dəhliz, əksi mümkün deyil. 44 günlük savaşın yekununda Ermənistanın götürdüyü öhdəlikləri bir kənara qoyuram, ermənilər tarixən sözlərinə, vədlərinə əməl edən olmayıblar. Yenə qayıdaq tarixə: 1918-ci ildə erməni tərəf – Hayastan – Osmanlı qarşısında öhdəlik götürmüşdü, tarixi Türk torpaqlarına iddia etməyəcək, deyə. Həmçinin İrəvan güzəştinin qarşılığında Azərbaycana qarşı iddialarından da əl çəkəcəklərinə söz vermişdilər. Amma Osmanlı zəifləyən, Azərbaycan dövləti sovetlər tərəfindən işğal olunan kimi hər iki öhdəliklər unuduldu... Bəli, haylara etibarımız olmamalıdır. İki qardaş ölkənin “Dəmir Yumruğu” daim havada olmalıdır, hayların başının üstündə, alternativi yoxdur!

Paşinyan millət vəkillərinin suallarını cavablandırmaq üçün parlamentə  gəlib » Gundelik-Baku.Com

Diqqət edin, Nikol Paşinyan həm özünü, həm ölkəsini xilas etmək – dəhliz yolun sayəsində Ermənistanı dalandan çıxartmaq, Avropadan maliyyə qopartmaq, Azərbaycanın və Türkiyənin imkanlarından yararlanmaq üçün nəhayət, konstruktiv yola razılıq verib. Bu adam elə də ağılsız deyil, başa düşür ki, Zəngəzur dəhlizi Gürcüstan vasitəsilə Türkiyəyə quru, dəmir və hava yolu olan, üstəlik İranla alternativ dəhliz anlaşması imzalayan Azərbaycandan çox, Ermənistana lazımdır! Üstəlik, əgər razı olmasa, o halda günün birində Azərbaycan əsgəri Qafan aeroportunda “Bayraqdar”ların uçuş sınaqları keçirər.

Amma İrəvanda nə baş verir? Bu saatlarda Ermənistanın Xarici İşlər Nazirliyi revanşıçı müxalifət tərəfindən mühasirəyə alınıb. Hətta rəsmilərlə danışmaqdan belə, imtina edən daşnak Andranikin xələfləri Brüsseldə Azərbaycanla anlaşmaya gedən Paşinyan devirmək üçün hərəkətə keçiblər. Faşistlərin önündə parlamentin vitse-spikeri, daşnak İşxan Saqatelyan gedir. “Xarici İşlər Nazirliyi artıq Ermənistanın maraqlarına xidmət etmir, əksinə, ziyan vurur, biz binanın bütün girişlərini bloklamalıyıq”- deyərək tərəfdarlarına xitab edib.

Qısası, "Xankəndiyə", vəssalam...” - kamilinfo.net

Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən 21 kilometrlik ərazisində gömrük-keçid məntəqəsi qurulduqdan sonra alternativ yol çəkməyə cəhd edən erməni hökuməti bu işin öhdəsindən gələ bilmədiyi üçün yenə də Azərbaycanın yoluna möhtac qalıb. İndi baş sındırırlar ki, Mehridə taladıqları dəmir yolu və avtomobil yolunu necə bərpa edə bilərik? İşğal dövründə Rusiyadan 200 milyonluq kreditlə silah-sursat alan Ermənistan hökuməti 44 günlük müharibədə aldığı zərbələrdən sonra dəhlizin bərpası üçün 200 milyonu tapmaq üçün baş sındırır. Azərbaycan isə bu müddətdə hətta alternativ Laçın dəhlizi çəkib, bitirmək üzrədir! Fərq yerdən-göyədək! Paşinyan bir ara müxalifətin etirazından yararlanıb danışıqlarda üstünlük əldə etməyə çalışdı, oyunları keçmədi, indi revanşına göz yumduğu qüvvələr az qalır onun yataq otağına soxulsunlar. Hər an hər şey baş verə bilər terrorçu ölkədə. Odur ki, ayıq-sayıqlığı itirməməliyik. Bəlkə hansısa məqamda Paşinyan özünü və ölkəsini xilas üçün Azərbaycana kömək üçün müraciət edəcək, nə bilmək olar...Unutmayaq ki, erməni ordusunda, polisində, təhlükəsizlik xidmətində kifayət qədər Köçəran-Sərkisyana məxsus kadrlar, Rusiyaya işləyən cəsuslar var, onlar bir gün daşnaklara qoşulsalar, onda...

Sonda: “Google maps” Xankəndi daxil, Azərbaycan əraziləri ilə bağlı adları yeniləyib və artıq ermənilərin qoyduğu qondarma adlar silinib. İndi bu adları erməni separatçılar və Rusiya “sülhməramlıları” istifadə edir, bunların da ömrünə çox qalmayıb. "Akınçı" sağ olsun!

Elşad Paşasoy: “Bəlkə də mən yaxşı müəllim, ticarətçi, ya da əkinçi ola  bilərdim” -MÜSAHİBƏ

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости