Свобода людям, независимость нациям!

Paşinyanın təlxəkliyi, ermənicə insan haqları və 50% hamiləlik

1472 20.04.2023 16:46 Колумнисты A A

Nikol Paşinyan nə qədər özündən əvvəlki rejimi asıb-kəssə də, artıq aydındır ki, Azərbaycana münasibətdə onun düşüncə tərzi və təfəkkürü Köçəryan-Sərkisyan adamyeyən tandemindən ciddi fərqlənmir. Görünür, müalicəvi “dəmir qapaz”dan sonra “miatsum” virusu Paşinyanın başından da tam çıxmayıb.

Bu gün o, yenə sərsəmləyib. Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırlaşmadığını faktiki etiraf edib. Sülh sənədi üçün beynəlxalq birlikdən hansısa zəmanətlər istəyib. Üstəlik, zərrəcə utanıb-eləmədən iddia edib ki, “Azərbaycan eyforiyadadır və təxribatçı bəyanatlar verir”.

Nə imiş bu “eyforiya”, yaxud nədən ibarət imiş bu “təxribatçı bəyanatlar”? Əlbəttə ki, Bakının israrla İrəvandan beynəlxalq hüquqa əsaslanan sülh sazişi imzalamağı, Azərbaycanın daxili işlərinə qarışmamağı tələb eləməsi.

Beləcə, Ermənistan baş naziri az qala, hamını avam yerinə qoyduğunu zənn edərək, “tanıyıram-tanımıram” (“sevir-sevmir”) oyununu davam etdirir. Gah “bütün dünya Qarabağı Azərbaycan ərazisi sayır” söyləyir, gah da bu fikri elə özü şübhə altına alır. Gah sülh müqaviləsinin vacibliyini bildirir, gah da bu sənədi tezliklə imzalamağa çağıran Bakını “təxribatçı” adlandırır.

Yarımçıq, 50%-lik hamiləlik isə olmur. O ya var, ya da yoxdur. Yəni məntiqlə Ermənistan ərazi bütövlüyümüzü tanıyırsa, onda niyə Paşinyan “Qarabağ Azərbaycandır!” da deməsin, sülh müqaviləsindən qaçsın? Axı Bakı İrəvana qeyri-adi heç nə təklif eləməyib. Yalnızca bu: bir-birinin ərazi bütövlüyü və suverenliyini beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qarşılıqlı, yazılı şəkildə təsdiqləmək! Vəssalam.

Bu yandan da N.Paşinyanın xüsusi səfiri Edmon Marukyan “Amerika” kəşf edirmiş kimi, növbəti dəfə çərənləyib. Azərbaycan Prezidentinin “Qarabağda yaşayan ermənilər ya vətəndaşlığımızı qəbul edəcəklər, ya da özləri üçün başqa yaşayış yeri tapmalı olacaqlar” tam məntiqli, beynəlxalq hüquqla səsləşən tələbinə öz aləmində ilişib. Hərdəmxəyal şefinə züy tutaraq bildirib ki, bəs “Dağlıq Qarabağ Azərbaycanın daxili məsələsi deyil, çünki İkinci Dünya müharibəsindən sonra insan haqları ölkələrin daxili işi sayılmır”.

Olsun. Onda gəlin İkinci Dünya müharibəsindən sonra (1948-1953, 1988-1989) Ermənistan SSR-dən (Qərbi Azərbaycandan) zorla deportasiya edilmiş, hər cür zülmə, etnik təmizlənməyə məruz qalmış yüz minlərlə azərbaycanlının insan haqlarından, onlara verilməli olan siyasi statusdan, ümumiyyətlə Ermənistanın necə monoetnik ölkəyə çevrilməsindən də danışaq. Necədir?

Sən demə, Azərbaycanın bayrağını, konstitusiyasını vecinə almayan erməni separatçıların başını tumarlamalı, “molodes, yaxşı edirsiniz, davam edin!” söyləməli imişik...

Paşinyan və Marukyanın “sorosçu” komanda yoldaşı, parlamentin sədri Alen Simonyan da ondan geri qalmır. Görün, o nə sarsaqlayır. Sitat: “Qarabağ ermənilərini ya vətəndaşlıq almağa, ya da evlərini tərk etməyə çağıran İlham Əliyev bir daha ermənilərə qarşı nifrət nümayiş etdirərək, Azərbaycanın azad ölkə olmadığını göstərdi”.

Əvvəla, hansısa ölkənin azad olub-olmamasının haylara nə dəxli? Bunu həmin ölkənin özü bilər, xalqı bilər! İkincisi, bir ölkə azad oldu-olmadı, bəyəm onun ərazisi işğal edilməli, bazarlığa çıxarılmalıdır? Üçüncüsü, hansı azad ölkədə separatçılıq, aborigen əhaliyə qarşı etnik təmizləmə təqdir olunur, Simonyan bircə nümunə gətirə bilərmi?..

Bunlar da heç. Hamı bilir ki, “erməni” və “insan haqları” - gecə və gündüz kimi antaqonist anlayışlardır. Sırtıqlığın dərəcəsinə bax, yolunu azıb Ermənistan tərəfə keçən iki azərbaycanlı əsgərə işgəncə vermək, ardınca onlara qarşı qondarma cinayət işləri açmaq, hətta qətl cinayətini zorla boyunlarına qoymaq, İrəvandakı beynəlxalq turnirdə Azərbaycan bayrağını yandıran vandalı mili qəhrəman elan eləmək Simonyana görə, ədalətin təntənəsi, “azad ölkə” olmağın göstəricisi imiş, Qarabağ ermənilərindən “ya vətəndaşlığımızı qəbul edin, ya da çıxıb gedin” kimi qanuni tələbimiz isə erməniyə nifrətin və Azərbaycanın “azad ölkə olmadığı”nın təzahürü!

“Sonuncu türk lal, kar, kor da olsa oldürülməlidir!” irqçi şüarının müəllifi, erməni faşisti və insanlıq düşməni Njdeyə XXI əsrdə, İrəvanın mərkəzində 6 metrlik abidə ucaldıb onu ziyarətgaha çevirən, günü bu gün də bağçalarındakı körpələrə Türkə nifrət aşılanan, Xocalı soyqırımına imza atan ölkənin spikeri də bizi insana nifrətdə suçlayır.

İnsana, insanlığa yox, ikiayaqlı vəhşilərə nifrət! Damarında hələ də “miatsum” mikrobu daşıyan, özgə torpaqlardan gözünü çəkə bilməyən başdan xəstələrə, o sırada separatçı ünsürlərə nifrət! Bəli, belə bir nifrət həqiqətən Azərbaycanda var və həmişə olacaq, heç vaxt azalıb-eləməyəcək. Simonyanlar, paşinyanlar, marukyanlar, manyaklar boşuna gözləməsin...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости