Свобода людям, независимость нациям!

Paşinyanın Bakıya “TƏCİLİ” zəng etmək istəyi - ŞOK DETALLAR

2969 09.09.2023 18:10 Колумнисты A A

Ermənistanın baş naziri Nikol Paşinyan yenə də telefonlara sarılıb. “Böyük bacısı” Fransanın prezidenti Emmanuel Makrona deyib ki, “Azərbaycan Prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazıram”.

NİKOL.jpg (110 KB)

Ciddi dövlət başçısı olsaydı, Ermənistan hökumətinin başına gəldiyi 5 il ərzində ildə bir neçə dəfə sifətini və mövqeyini dəyişdiyini bilməsəydik, heç şübhəsiz, onun bu mövqeyinə fərqli yanaşmamız olardı. Amma axı bunu yaxşı tanıyırıq. Paşinyan həmin adamdır ki, 2018-ci ilin sentyabrında Düşənbədəki MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə ayaqüstü təmasda olduğu üçün özünü çox xoşbəxt sayırdı, dinc tənzimləmədən dəm vururdu. Hətta həmin qeyri-formal təmasda operativ rabitə kommunikasının yaradılması razılaşdırılmışdı. Nikol Paşinyanla Azərbaycan lideri arasında təmaslar həmin ilin 27-28 sentyabrında baş tutmuşdu...

Amma cəmi bir neçə ay sonra ya qulağını necə doldurdularsa, ya da boşaltdığı badələrin məstliyindən “Qarabağ Ermənistandır. Nöqtə” deməklə ölkəsinin minlərlə vətəndaşına Ermənistan boyunca qəbirlər qazdırdı, indi də Yerablurda qəbir yeri tapa bilmirlər.

YERA.png (1.43 MB)

Əgər o zaman Paşinyan öz vədinə əməl etsəydi, nə bu qədər qan-qada olardı, nə də illər itirilərdi. Yenə artistlik edir.

Gərginliyi Azərbaycan Prezidenti ilə müzakirə etmək istəyirmiş bu “sülh göyərçini”.

Kim yaradır gərginliyi? Naxçıvan bölgəsini Sədərəkdən Ordubadadək atəşə tutan, Azərbaycan sərhədləri boyunca ordu və hərbi texnika toplayan, vaxtaşırı silahları işə salan, həmlələr etməyə çalışan, Qarabağa “TIR hücumu” təşkil edib, dünya boyunca şou göstərən Ermənistan deyilmi? Bəlkə Paşinyan hansı ölkənin baş naziri olduğunu da unudub.

İstisna deyil ki, Paşinyanın “danışaq” təklifinə rəsmi səviyyədə, arqumentlərlə cavab veriləcək. Hər halda biz də müəyyən fikirlərimizi bölüşək. Azərbaycan hər zaman bəyan edir ki, məsələləri dinc yolla tənzimləməkdə maraqlıdır. Elə 2020-ci ilin üçtərəfli razılaşması da bunu özündə ehtiva edir. Nikol Paşinyan 9 noyabrda hansısa stolun altında imzaladığı kapitulyasiya aktındakı öhdəliklərə tam şəkildə əməl etməyib, Azərbaycan Prezidenti ilə nə danışacaq? Əvvəlcə Zəngəzur dəhlizinin açılmasına şərait yaratsın, Qarabağdakı hərbi qüvvələrini ölkəmizin ərazilərindən rədd eləsin, sonra danışmaq üçün əlavə mövzuların üzərinə gəlmək olar. “Gərginliyin azaldılmasında” guya “maraqlı” olan Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət Qarabağdakı separatçı rejimi maliyyələşdirir, hətta 44 günlük müharibədən keçən 2 il 9 ayda da belə davam edib.

REJİM.jpg (142 KB)

Gərginliyi tətikləyən kimdir, Azərbaycan?! Nikol Paşinyan özü etiraf etdi ki, əgər 9 noyabr sənədinə imza atmasaymış, Qarabağdakı 25 min nəfərlik hərbi birləşmələr mühasirə vəziyyətinə düşəcəkmiş. Yəni xilas yolu kimi məcburiyyətdən imzalayıb həmin sənədi, Qafqazda sülh tərəfdarı olduğuna, Azərbaycanla düşmənçiliyə son qoymaq niyyətindən irəli gəlməyib kapitulyasiya sənədinin imzalanması qərarı. Eyni məntiqlə bu gün Paşinyanın İlham Əliyevlə təcili danışmaq istəyinin də arxasında sülhməramlı niyyət dayanmır. Sadəcə görür ki, “quyruğu qapı arxasında qalıb”, son günlər mövqeyini dəyişməsinin, yenidən Qarabağla bağlı sərsəm iddiaları təkrarlamasının, Fransa-Hindistan-İran triosunun yolladığı silah-sursatın eyforiyasına qapıldığına, reallıq hissini itirdiyinə görə Azərbaycandan dəhşətli zərbələr ala bilər. Üstəlik, Rusiya ilə təhlükəli şəkildə kəllə-kəlləyə gəlib ki, bunun da fəsadı çox ağır olar. Bütün bunları nəzərə alıb, özünü “mələk” libasında göstərmək istəyir.

Əgər Makronla telefon danışığında yenə də Paşinyan Laçın yoluna burnunu soxursa, guya “blokada” nəticəsində “Qarabağda dərinləşən humanitar böhran”dan sərsəmləyirsə, “Azərbaycan qoşunlarının Dağlıq Qarabağ ətrafında cəmləşdiyini” iddia edib, ərazi bütövlüyünü tanıdığı ölkənin hərbi yerdəyişmələrini təftiş etməyə cəhd göstərirsə, daha onunla nə(dən) danışmaq olar? “Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin artması tendensiyaları” ilə bağlı danışacaqmış.

GERGİN.png (177 KB)

Gərginliyi yaradan kimdir, yazdıq. Bir də deyən gərək sərhədlər varmı ki, sən ondan danışırsan, Nikol?! Azərbaycan və Ermənistan sərhədlərin dəqiqləşdirilməsi ilə məşğul olacaq komissiyalar yaratmışdı, niyə onların fəaliyyətini iflic eləmisən?! Yaxud gərginlik istəməyən ölkənin hökumət başçısı qonşu dövlətin 8 kəndini işğalda saxlamazdı, ən azı üçtərəfli razılaşmadan keçən üç il ərzində!

Guya Praqa və Brüsseldə əldə olunmuş razılaşmalara sadiqmiş. “Sadiq”liyi göz qabağındadır, amma Azərbaycanla razılaşmalara yox, Avropadakı, Amerikadakı ağalarına, maliyyə qaynaqlarına verdiyi vədlərə sadiqlikdən danışmaq olar. BMT Baş Assambleyasının toplantısı ərəfəsində özünü “aydan arı, sudan duru” göstərmək istəyir, belə nağıllar söyləməklə, özü də Azərbaycanın BMT Təhlükəsizlik Şurası tərəfindən cəzalandırılmasından ötrü azı 3 ildir çalışan Makronla telefon danışığında. Hər ikisinin dabbaqda gönünə bələdik...

Hə, bir də Makron “regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır” imiş... Onun da necə hazır olduğunu yaxşı bilirik. Fransız casuslar keçən ildən bəri Azərbaycan tərəfə boylanırlar Ermənistandan, Avropa İttifaqının missiyası adı altında. Fransa TIR-ları da icazəsiz-filansız Azərbaycan ərazisinə soxulmağa cəhd göstərdi Laçın yolu ilə, burunlarından vuruldu, geri qaytarıldı.

FRANSA TİR.jpg (25 KB)

Nikol Paşinyan və Makron anladılar ki, Azərbaycanla təzyiq diliylə danışmaq axmaqlıdır, odur ki, qiyafələrini dəyişiblər. Amma müvəqqətidir, sülhpərvər mesajlar erməni ordusunun və hərbi texnikasının şərti sərhədlər boyunca möhkəmləndirilməsi və hücum komandası gözləmələri fonunda səsləndirilir. 1992-ci ilin mayında Şuşa işğal olunan gün Ermənistan və Azərbaycan rəhbərliyi Tehranda danışırdı. Bunların iç üzünə çoxdan bələdik...

Ən nəhayət, Paşinyan bu dəfə mövqeyində səmimidirsə, məsələləri dinc yolla həll etməkdə qərarlıdırsa, bəyan etsin ki, 9 sentyabrda, Xankəndidə “seçilən” Şahramanyan cinayətkardır, qeyri-qanunidir, bu ərazilərdə ancaq Azərbaycan qanunları mövcud ola bilər. Desin ki, Azərbaycanın Prezidenti İlham Əliyevdir və Qarabağ erməniləri də yalnız onu dövlət başçısı olaraq qəbul etməlidirlər. Cürəti varsa, desin...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости