Свобода людям, независимость нациям!

Paşinyana niyə Amerikadan zəng etmirlər?

1675 07.05.2022 00:30 Колумнисты A A

Əgər müxalifətin aksiyalarının arxasında Rusiya dayanırsa, İrəvanda 2014-cü il Maydan hadisələri təkrar oluna bilərmi?

Prezident İlham Əliyev ADA-dakı beynəlxalq konfransda Ermənistanla sülh prosesi haqda danışarkən diqqətçəkən bir cümlə də işlətdi. Prezident sülh danışıqları perspektivi haqda danışdı, amma hadisələrin sonrakı inkişafının Ermənistandakı daxili vəziyyətdən asılı olacağını dedi.

Prezident Əliyev bu barədə fikir bildirəndə Ermənistanda aksiyalar bir neçə gün idi ki, davam edirdi və gərginliyin daha da artacağı gözlənilən idi. O səbəbdən dövlət başçımız düşmən ölkədə daxili vəziyyətə təsadüfi işarə vurmamışdu...

33.JPG (105 KB)

Ermənistan müxalifəti bəyan edir ki, əgər baş nazir Nikol Paşinyanın istefasına nail ola bilsələr, ölkədə “milli barışıq hökuməti” yaradılacaq. Yəni “ölməmiş ayının dərisinin bölüşdürülməsi” məsələsində yekdil rəy yoxdur, o səbəbdən əslində dağılmış erməni cəmiyyətinin ayıbı bu “milli birlik hökuməti” adı altında örtbas edilir.

00iihh.JPG (106 KB)

Müşahidələrə görə, etirazlar 2018-ci ildən bəri ən ciddi aksiyalardır. “Köhnə qurdlar”, əsas da Köçəryan və Sərkisyan ikilisi aksiyalara yön versələr də, etirazçı ermənilər konkret bir lider ətrafında birləşməyiblər.

4rbf.JPG (55 KB)

Bəs, müxalifət Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilsə, narazı qaldığı “Qarabağ məsələsini” necə həll edəcək? Doğrudanmı, aksiyaya çıxan ermənilər və onların dılğır siyasətçiləri düşünürlər ki, Azərbaycanla “döyüşüb” “artsax”ı yenidən Ermənistana “birləşdirəcəklər”, Şuşada yenidən yallı oynayacaqlar? Əlbəttə ki, yox...

ddtt6677.JPG (68 KB)

Aydındır ki, Ermənistanda Paşinyanın Qarabağ siyasəti ilə razılaşmamaq adı altında əslində, hakimiyyət uğrunda açıq mübarizə gedir. Əsas məqsəd hakimiyyətin ələ keçirilməsidir, sonra iqtidarı kimin və hansı qüvvələrin zəbt etməsindən asılı olmayaraq, Azərbaycanla danışıqlar masası arxasına əyləşməyə, nəhayətdə isə “Paşinyanın getdiyi yoldan”-sülh müqaviləsi imzalamaqdan başqa çarələrinin olmadığını anlayacaqlar. Sadəcə olaraq, bu dəfə onlar Azərbaycanla barışıq üçün Paşinyandan fərqli “arqumentlər” tapmalı olacaqlar. Paşinyan da o zaman deyəcək ki, “əgər siz də sonda bu sülhə razılaşacaqdınızsa, niyə məni hakimiyyətdən aşırdınız?”

44ggvvcc.JPG (97 KB)

Bunlar hələ ki, versiyalardır, çünki mitinqlərin effektivliyi və Paşinyan hakimiyyətinin taleyi aksiyalara nə qədər insanın qoşulmasından asılı olacaq. Etirazlar Paşinyan iqtidarını silkələsə də, məlumatlara görə, İrəvan küçələrində hakimiyyət dəyişikliyinə səbəb ola biləcək kritik kütlə yoxdur. İrəvan polisi hələ ki, onları “qoduqluğa” soxmaqda xüsusi çətinlik çəkmir. Paşinyanın başçılıq etdiyi hakim qüvvə öz növbəsində cəmiyyətə müxtəlif təzyiq rıçaqlarından istifadə edir, nəyin bahasına olursa-olsun hakimiyyəti saxlamağa çalışır.

1lkdybndfy.JPG (97 KB)

Paşinyanın nüfuzunun və partiyasının reytinqinin düşdüyü də faktdır. Amma etirazların indi körüklənməsinin baş nazirinn nüfuzdan düşməsi ilə əlaqəsi ya yoxdur, ya da təsiredici faktor deyil. Ermənistan hakimiyyətinin qara günlərinin niyə Rusiya-Ukrayna müharibəsi fonunda qızışması haqda çox deyilib. Paşinyan Fransadan qayıtdıqdan sonra aprelin ikinci yarısında Moskvaya getdi, Putinlə hansısa mühüm sənədlər imzaladı. Son olaraq isə Paşinyan hakimiyyəti Vaşinqtona “lövbər” atdı. Xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda dövlət katibi Blinken də daxil, Bayden administrasiyası rəsmiləri ilə görüşdülər, Ermənistanla strateji müttəfiqlik sənədinin bəndlərini razılaşdırdılar və sairə...

8790gbv.JPG (86 KB)

Qarabağ məsələsində Qərbin təşəbbüsü ələ almaq, Ermənistanı öz təsir dairəsinə salmaq niyyəti haqda iddiaları da bura əlavə etsək, İrəvandakı aksiyalar haqda dumanlı mənzərə yaranır. Bu aksiyaların arxasında Rusiya dayanırsa və məqsəd Qərblə gizli anlaşmaya gedən Paşinyanı cəzalandırmaqsa, o zaman Ukraynadakı Maydan hərəkatı yada düşür. 2014-cü ildə də Ukraynada Qərblə Rusiya arasında nüfuz savaşının nəticəsi olaraq aksiyalar başlamışdı. ABŞ qan tökülsə də, Maydanda qalib gəldi və Ukraynanı Rusiyanın təsir dairəsindən qopardı.

123bhg.şçm.JPG (72 KB)

Əgər İrəvanda da eyni ssenari oynanılırsa, Qərb Paşinyana açıq dəstək verməlidir. Qərb dairələri bu səbəbdən aksiya iştirakçılarına sərt davarınışı görməzdən gəlirlər, insan haqları deyib hay-küy salanlar, indi susurlar. Amma Paşinyana xüsusi dəstək də yoxdur. Məsələn, Blinken koronavirusa yoluxsa da, telefon açıb Paşinyana dəstək verə bilər. Hələ ki, bunu etmirlər...

dfrtghj.JPG (80 KB)r

Görünür, onla da Paşinyan üçün xüsusi təhlükə olduğunu düşünmürlər. Kreml sözçüsü isə bunu ermənilərin “daxili işi” hesab edir, Rusiya televiziyaları isə müxalifətin aksiyaları haqda hər gün qısa olsa da, məlumat verirlər. Yəqin ki, qarşıdakı günlər Paşinyan hakimiyyəti üçün həlledici olacaq...

P.S. Təqdim edilən fotolar “Röyters”indir.

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости