Свобода людям, независимость нациям!

Paşinyan yenə valı dəyişdi – Bir “dəmir” qapaz da gəlir!

3672 23.04.2022 18:36 Колумнисты A A

44 günlük müharibədən sonra ermənilər xırda istisnalara, hələ də havalı kimi gəzirlər. Havalı kimi danışır, havalı kimi Azərbaycan və Türkiyəyə qarşı ənənəvi absurd və gülünc iddialar irəli sürürlər.

Bir azca baş nazirləri Nikol Paşinyan guya ağıllanmağa, reallığa yaxınlaşmağa, həqiqətləri öz xalqına anlatmağa, başlamışdı, o da Moskva səfərindən dönər-dönməz valı dəyişib. Ənənəvi erməni sırtıqlığı ilə yenidən “nala-mıxa” vurmağa başlayıb. “İkili oyunu”na qayıdıb. Belə oyunların öz xalqına neçəyə başa gəldiyini bilə-bilə, öz üzərində əyani görə-görə...

Ümumiyyətlə, erməni xalqının ən böyük faciəsi heç vaxt normal, sağlam düşüncəli rəhbərinin olmamasıdır. Ona gerçəkləri səbirlə, birər-birər başa salacaq ziyalı liderin yoxluğudur. Az-maz sabiq prezident Levon Ter-Petrosyan vaxtilə bu yöndə cəhdlər eləmişdi, onu da cinayətkar “Qarabağ klanı”, Köçəryan-Sərkisyan cütlüyü iqtidardan saldı.

Amma “Kələklə gələn küləklə gedər” deyiblər. 20 il sonra “Qarabağ klanı”nln özünü “Soros uşaqları” devirdilər. Fəqət, Nikol Paşinyanın “qərbçi” hökumət nə yazıq ki, Rusiyaya bağlı Köçəryan-Sərkisyan kriminal tandeminin təxribatçı Qarabağ kursundan imtina eləmədi. Qəribədir deyilmi?

Bu harasıdır, hakimiyyəti ələ keçirər-keçirməz, Nikol “Qarabağ Ermənistandır və nöqtə” fitnəkar bəyanatını səsləndirdi. Onun müdafiə naziri David Tonoyan isə “yeni ərazilər uğrunda yeni müharibə” avantürist tezisi ilə Azərbaycanı növbəti torpaq işğalı ilə hədələdi. 2016-cı ilin “4 günlük aprel” müharibəsindəki ciddi xəbərdarlığı, verdiyimiz ağrılı qulaqburmanı, lap dəqiqi, Ermənistanı gözləyən kapitulyasiya anonsunu veclərinə almadan!..

Beləcə, Paşinyanın gəlişi ilə erməni xalqının iztirabları azalmaq əvəzinə artdı. İztirabların növbəti akkordu 2-ci Qarabağ müharibəsindəki ağır məğlubiyyətlə vuruldu. Ancaq bu sonuncu akkord olmadı. Və belə görünür, hələ olmayacaq. Çünki Nikol Vovayeviç köhnə ampluasına qayıdıb, yenə odla oynayır. Ciddi kişilərin yanında verdiyi vədləri, götürdüyü öhdəlikləri tipik erməni zehniyyəti və ikiüzlülüyü ilə danır.

Gorbagor olmuş Minsk Qrupunu patoloq-anatom sayağı qəbirdən çıxarmaq, “eksqumasiya” eləmək bir yana, axı nə deməkdir “Azərbaycanla sülh müqaviləsi artsax ermənilərinin mövqeyi nəzərə alınmadan imzalana bilməz”? “Artsax erməniləri” bəyəm Ermənistan ərazisində yaşayırlar ki, qonşu ölkə ilə sülh sazişi məsələsində hansısa səs haqları olsun?

Bu əlbəttə ki, “Qarabağ Ermənistandır və nöqtə” ağılsızlığının başqa bir şəkildə təkrarıdır. Ərazi iddiasının özüdür ki var.

Heyrətamizdir. Ermənistanın başına bunca həngamələr məhz elə bu cür axmaq tezislərə, sarsaq iddialara görə gəlməyibmi? Gəlmirmi? Bu nə biçim mazoxist toplum? Bilə-bilə “dırmıq”ın iti dişləri” üzərinə çıxıb nə qədər xəsarət almaq olar? Nəhayət, Paşinyan və xalqı yenə qapazmı istəyir? “Dəmir” qapaz...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости