Свобода людям, независимость нациям!

Paşinyan Şahramanyanın “yuva”sının qapısını mıxlatdırmasa...

1548 11.03.2024 17:20 Колумнисты A A

Qarabağdakı cinayətkar rejimin 1994-cü ildə Xankəndi şəhərində tikdiyi “parlament binası” bu günlərdə yerlə- yeksan edildi, haqlı olaraq. Yanındakı “veteran binası” da cəhənnəmə, gora göndərildi.

PARLAMENT.jpg (30 KB)

Prezident seçkilərində Xankəndi şəhərində səs verməklə həm də xunta rejiminin tabutuna mismar vurmuşdu dövlətimizin başçısı. Bunun davamı gəlməli idi – Xankəndidə dövlətimizə və xalqımıza qarşı on illərlə cinayətkar qərarların qəbul olunduğu həmin terror yuvası da, uşaq, qadın, qoca qatilləri olan erməni canilərinin “veteran” adına sığındığı tikilinin də külü havaya sovrulmalı idi, dərs olsun deyə! Bu mənada söküntü tədbiri 19-20 sentyabr 2023-cü il antiterror tədbirinin məntiqi davamıdır, həm tarixi, həm də rəmzi məna, əhəmiyyət daşıyır.

ANTİTERROR SON.jpg (60 KB)

Vaxtında xəbərdarlıqlardan nəticə çıxartmadılar. Elə sonuncusunu xatırladaq, 28 may 2023-cü ildə, Laçın sakinləri ilə görüşü zamanı Prezident demişdi ki, “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”. Azərbaycan qanunlarına tabe olmağı, saxta “dövlət atributları”nı zibil qutusuna atmağı və oyuncaq “parlament”i buraxmağı tələb etmişdi. Amma dəyərləndirə bilmədilər, hətta aylar sonra növbəti dəfə revanşa cəhd göstərdilər, “prezident seçkiləri” şousuna qərar verilər, Fransanın TIR siyasətinə, Avropa İttifaqının “binokl diplomatiyası”na, daha hansı havadarların çaldığı havaya arxayın olaraq, oynayaraq... Nəticəsi bəlli.

eref.png (126 KB)

Cəmi 19 gün oyuncaq “prezident” olan baş separatçı Samvel Şahramanyan antiterror əməliyyatından sonra 28 sentyabrda suyu süzülə-süzülə başının dəstəsini toplayaraq qondarma “fərman”ını elan etdi. “1. 2024-cü il yanvarın 1-dək “artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “artsax respublikası”nın mövcudluğu dayandırılsın; 2. Qarabağın erməni əhalisi, o cümlədən “respublikadan” kənarda yerləşən əhali bu “fərman” qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.

Əfv dilədi, xilas olmaq üçün çabaladı, çalışdı, sonda istisna deyil ki, ya Xankəndidəki yanğında yaralananları daşıyan helikopterdə yaralıların içərisində gizlənib, ya da qadın paltarında aradan çıxıb İrəvana qaçdı. O da istisna deyil ki, Azərbaycan tərəfindən əfv olunub, bir daha belə qələtlər qarışdırmayacağına dair vədindən sonra. Axı, Xocalı danışıqlarında erməniləri həmin bu Samvel təmsil edirdi. Amma Ermənistana getdikdən sonra yenidən dikbaşlıq etməyə başladı, hətta  keçmiş xunta rejiminin ləğvinə dair oyuncaq “fərman“ını ləğv etdiyini açıqladı.

eergergegerg.jpg (336 KB)

Heç şübhəsiz ki, buna onu vadar edənlər var. Təkcə xaricdəki havadarlar, erməni diasporu, Fransa, erməni kilsəsi, Qarabağ klanı yox, həm də Nikol Paşinyan Şahramanyanı revanşa sövq edir. Paşinyan bununla danışıqlarda əlini gücləndirməyə, Qarabağ erməniləri adına nələrsə qopartmağa çalışır, özü ifadə edə bilmədiklərini Şahramanyanın dili ilə səsləndirir. Əks təqdirdə Samvelin dilini həmən kəsərdi, daha Qarabağdakı keçmiş qondarma qurumun ofisinin mövcudluğuna göz yummazdı. Niyə həmin cinayətkarlar yuvasının qapısını mıxlatdırmır? Yəqin diqqətli oxucularımızın da nəzərini cəlb edib, Ermənistan parlamentində, xüsusilə də Robert Köçəryanın oğlu Levonun olduğu masaların üzərində qondarma rejimin əski parçası qoyulur, özü də Paşinyanın iştirak etdiyi iclaslarda. Paşinyan görmürmü? Əlbəttə, görür, sadəcə göz yumur, revanşın olmasında maraqlıdır. Şahramanyan öz “fərman”ını ləğv etdiyi, yəni xunta rejimini “diriltdiyiO barədə “fərman”ını 10 dekabr 2023-cü ildə qaralayaraq onun bir nüsxəsini də Paşinyana yollamışdı. Əgər Nikol Azərbaycanla sülhdə maraqlı olsaydı, gərək həmin kağız parçasını Şahramanyanın başına çırpardı, ondan dilini kəsməyi tələb edəydi. Amma biz gördük ki, həmin bu, fərari Samvel İrəvan küçələrində dolaşmağa başladı, hər hansı məhdudiyyətlərlə üzləşmədən. Demək buna rəvac verən yerli hakimiyyətdir. Paşinyan elə bir vəziyyət yaradacaq ki, Azərbaycan Şahramanyan, Köçəryan, Sərkisyan, Beqlaryan və digər qanlı cinayətlər törədənlərin, cinayətkarların Bakıya təhvil verilməsi tələbini masaya qoyacaq!

Qarabağın baş separatçısının əl-qolunun açılmasını günbəgün müşahidə etməkdəyik. Budur, xəbər yayılıb ki, Samvel Şahramanyan İrəvanda yalnız Ermənistan rəsmiləri ilə deyil, həm də Ermənistandakı müxtəlif ölkələrin diplomatları ilə fəal əlaqə saxlayır. “Hraparak” qəzeti yazıb ki, fərari separatçı bu yaxınlarda Rusiya, ABŞ və Fransa səfirləri ilə görüşlər keçirib. Həmin görüş zamanı Qarabağı könüllü şəkildə tərk edən ermənilərin vəziyyətinin müzakirə olunduğu bildirilir və təkzib edilməyib. Ermənistan rəhbərliyinin mövqeyi bəlli, bəs ABŞ, Fransa və Rusiya? Onlar səfirlərinə hansı haqla Qarabağ separatçısı, özü də özünü buraxmış birisi ilə görüşmək təlimatı veriblər?

409bcfa8-01fe-39b3-b0dd-e1454def929c_850.jpg (28 KB)

Yeri gəlmişkən, bir neçə gün əvvəl Azərbaycan Prezidenti keçmiş həmsədr ölkələrin yanlışlarını xatırlatdı və xüsusilə də ABŞ-la Fransaya yanlış yoldan qayıtmaq çağırışı etdi. Vaşinqtonun Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Türkiyə ilə birgə addımlayacağı barədə bəyanat da iki gün öncə verildi. Bəs, Şahramanyanla görüşdə məqsəd nədir? ABŞ rəhbərliyi başa düşmürmü ki, bu, beynəlxalq hüququn pozulması, Azərbaycanla münasibətlərə xələl gətirmək cəhdidir? Belə olduğu halda danışıqlarda necə ədalətli mövqe sərgiləyə bilərlər? Azərbaycanın səfiri hansısa terrorçu, separatçı təşkilatın başçısı ilə görüşsə, ABŞ-ın xoşuna gələrmi? Deyək ki, Yəmən husiləri ABŞ-ın Qırmızı dənizdəki gəmisini atəşə tutur, vətəndaşlarını qətlə yetirir. Bundan sonra Azərbaycanın bölgədəki diplomatlarından biri husi lideri ilə bir araya gəlsə, Ağ Evdəkilərin xoşuna gələrmi?! Şahramanyanla görüşə başqa ad vermək olmaz, o, xunta rejiminin ağ bayraq qaldırıb təslim olmuş və Azərbaycan dövləti tərəfindən əfv edilmiş nümayəndəsidir. Yenidən baş qaldırırsa, onu başa salmağa çalışmalıdır bölgədə sabitliyin olmasına maraq göstərənlər. Yox, məqsədləri qarışdırmaqdırsa, onda sülh nağıllarını özlərinə saxlasınlar!

Ermənistan rəhbərliyi yenə də ciddi səhvə yol verir. Necə ki, 2019-cu ildə Paşinyan o səhvi etdi, başına 44 günlük yumruq dəydi. Sonrakı dönəmlərdə də Qarabağdakı canilərdən imtina etdi, ordusunu ərazilərimizdən çıxarmaqla bağlı öhdəliyi icra etmədi, nəticə ortada. İndi də yenidən separatçılara revanş imkanı yaradıb, hətta onların fəaliyyət əhatəsini genişləndirməsi üçün meydan verib. Budəfəki dərs daha ağır və sarsıdıcı ola bilər! Separatçıların revanşına yaşıl işıq yandırıldığı təqdirdə, Ermənistan ağır nəticələrlə üzləşəcək, kiminsə şübhəsi olmasın! Azərbaycanın əlində kifayət qədər faktlar, dəlil-sübutlar, tarixi arqumentlər var. Azərbaycan dövlətinin səbrinin daşırılması antiterror əməliyyatlarının İrəvanın küçələrində aparılması ilə nəticələnə bilər.

TERROR İREVAN.jpg (108 KB)

Fakt budur ki, terrorçular vəziyyəti gərginləşdirmək üçün fürsət axtarır. Elə “Yerkrapa” üzvlərinin açdığı atəş ötən ay Zəngilan istiqamətində gərginliyə səbəb oldu. Qarabağdakı cinayətləri ilə “tarixə düşən” bu qruplaşma həm Şahramanyan dəstəsinə xidmət edir. Azərbaycanın öz təhlükəsizliyini təmin etməsi üçün ən kəskin üsullara əl atmaq hüququ var. Qardaş Türkiyə antitteror tədbirlərini İraq və Suriya ərazisində davam etdirirmi? Bəli. Beynəlxalq təşkilatlar, yaxud hansısa ölkələr buna mane ola bilirmi? Yox! Həmçinin ABŞ və digər ölkələr də min km-lərlə uzaqlarda terrora qarşı mübarizə aparırlar. Belə olduğu halda Azərbaycan niyə onu terrorla təhdid edənlərin ardınca hələ sərhədləri bəlli olmayan istiqamətdə hərəkətə keçməsin?

6076a59000d08.jpg (30 KB)

Üstəlik, heç şübhəsiz, masadakı xəritələrdən biri 1918-20-ci illərin xəritəsidir. 1 dekabr 1920-ci ildə Zəngəzurun qoparılaraq Ermənistana verilməsi də tarixi faktdır, bu barədə Fransa mətbuatı da 104 il əvvəl yazmışdı. Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisi olaraq 114 min kv.km-lik ərazilərə iddiasını danışıqlarda masaya qoysa, Ermənistandan əsər-əlamət qalmayacaq, nə qədər gec deyil, Şahramanyanın arxasında gizlənməyə çalışan Paşinyan anlasın! O, şeytan yuvasının qapısını dərhal mıxlatdırmalıdır!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости