Свобода людям, независимость нациям!

Paşinyan qalib gəldi: bəs, Ermənistan?

4268 21.06.2021 11:22 Колумнисты A A

Ermənistanda seçkilər bitdi və təxmin edildiyi kimi, Nikol Paşinyan qalib gəldi.

Bunun əksinin ola biləcəyi ehtimalı regionda və xüsusi ilə, Azərbaycanda narahatlıq doğururdu.
Görünür, daha çox da Ermənistanda narahatlıq doğurduğu üçün, erməni xalqı fəallıq göstərdi və revanşistlərin, "müharibə partiyası" fiqurantlarının iqtidara yolunu bağladı.

Əslində, Ermənistanda indi seçki ilə üzə çıxan "milli rəy"i Azərbaycan ordusu 7 ay öncə formalaşdırmışdı!

"Necə"sini bilirsiz...

Bu baxımdan, Paşinyanın nəticələri daha yüksək olmalı idi...

Mən şəxsən, 60%-in üstündə nəticə gözləyirdim.

Saxta ideologiyalar uğrunda hər şeyini qeyb etmiş və 44 günlük müharibədə acı məğlubiyyət yaşamış, darmadağın olmuş Ermənistan cəmiyyəti ötən ilin noyabrında illüziyalardan ayıldı və gerçəkləri görməyə başladı.

İşğal etdiyi torpaqlar, özəlliklə də Şuşa onun gözlərini pərdələmişdi.

O pərdəni biz qaldırdıq...

Seçkilərin nəticələri həmin pərdənin qaldırılması və hər bir erməninin gerçəkləri görməsinin sayəsindədir.

...Bir lider düşünün, müharibə aparsın və biabırçı şəkildə onu uduzsun.

Özü də bütün parametrlər üzrə.

Yalnız cəbhədə deyil, informasiya, diplomatiya platformalarında da rəqibinə məğlub olsun...

7 ay sonra da məğlub ölkəsində seçki keçirilsin və böyük üstünlüklə məhz o qalib gəlsin.

Kənardan baxan bu nəticəni göstərən millətə "dəli" deyər.

Amma məsələ budur ki, ermənilər son 100 ildə ilk dəfədir ən ağıllı addımı atdılar və səngəri deyil, sülhü seçdilər...

Və hər şey onların ağlını başına gətirən regional gücün istədiyi kimi oldu.

Ermənistandakı seçkilərdə düşmən ölkədəki revanşistlər və ... içimizdəki ermənilər də uduzdular.
Möhtəşəm qələbəmizi durmadan gözdən salmağa, kiçiltməyə çalışan, Şuşanı "hər hansı başqa bölgədən fərqli görməyən" iç ermənilər...

"Dış ermənilər"in ruh qardaşları...

Onlar susan yerdə, "iç ermənilər" danışdı, danışdı...

Onlar üçün də yeni mərhələ başladı...

Yeni temalar da...

Bu seçkilərdən sonra nəhayət, 10 noyabr üçlü anlaşmasının gizlədilən bəzi məqamları da gerçəkləşəcək.

Onlar bizim xeyrimizədir.

Xüsusi məlumatlardan çıxış edib yazıram:

- Qazaxın işğal altında olan kəndləri qaytarılacaq, Zəngəzur dəhlizinın açılması istiqamətində konkret addımlar atılacaq, təzminat davası açılacaq (güzəştlərə, danışıqlara, ərazi mübadiləsinə açıq olacaq), eksklavlar problemi həll olacaq, sülh müqaviləsi rəsmən imzalanacaq, Türkiyə ordusu sülhməramlı missiyada daha fəal rol alacaq, Ermənistanın əsaslı güzəştləri ilə Türkiyə sərhədləri açacaq və s...

Bizim üçün də, ermənilər üçün də, elə bölgəmizdə də yeni dönəm başlayır!

Şəhidlərimizə və Ali Baş Komandan başda olmaqla, müzəffər ordumuza minnətdarıq.
Dost-qardaş ölkələrə də!

Türkiyəyə, Pakistana, İsrailə xüsusi minnətdarlıq borcumuz var.

Gürcüstana təşəkkür edirik!

Rusiya və İranın bəzi güclərinə isə yapa biləcəkləri daha pis hərəkətləri yapmadıqları, savaş meydanında Ermənistan tərəfdən açıq döyüşmədikləri üçün "sağ olsunlar", deyirik!

Paşinyan qalib gəldi! Ermənistanın məğlubiyyəti rəsmiləşdi və tarixləşdi...

666555.jpg (57 KB)

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости