Свобода людям, независимость нациям!

Partladılan Krım körpüsü, Naxçıvanın üzünə qapadılan yol və erməni üçün Laçın dəhlizi

3141 09.10.2022 16:01 Колумнисты A A

Ermənistan ordusunun 13 minə yaxın hərbçisinə cinayət işi açılıb! Üst-üstə 1600-ə qədər cinayət işi materialı ortada! Az qala 44 günlük müharibədə iştirak etmiş hər on hərbçisindən biri müttəhimlər kürsüsündə oturacaq. Unutmamışıq, ay yarım davam edən savaşda 10 min fərarisi ilə Ginnesin Rekordlar Kitabına düşmək şansı qazanmışdı.

Amma diqqət edin, hərbi arsenalının bir hissəsi Xəzər sahilində sərgiyə çıxarılan, bir hissəsi Azərbaycan ordusunun istismarında olan Ermənistan Silahlı Qüvvələri yenə də dinc oturmur. Sonuncu dəfə bir neçə saat əvvəl Kəlbəcər və Laçın istiqamətində silahları işə saldıqları barədə rəsmi məlumat yayılıb. Qorxutmaq üçün hürən, qorxusundansa quyruğunu bulayan canlının misalını xatırladır. İndi Azərbaycan ordusu 13 sentyabrda olduğu kimi hərəkətə keçəcək, vay-şivənləri aləmi başına götürəcək. Amma görün ABŞ, Fransa, Rusiyadan, yaxud beynəlxalq təşkilatlardan Ermənistana bir tənə, qınaq varmı? Yoxdur! Hətta Praqa görüşünün keçirildiyi saatlarda da sərhəd boyunca təxribat törədilmişdi, o da reaksiyasız qaldı.

Praqa görüşü tarixə necə həkk olundu? - Deputatlar ŞƏRH ETDİ

Beynəlxalq ədalətsizlik davam edir! Müqayisənin birmənalı qarşılanmayacağına şübhə etmirəm, amma yazmaqda fayda var. Baxın, Krım Muxtar Respublikasını quru ərazi ilə birləşdirən körpünün partladılması məsələsində az qala bütün dünya, aparıcı paytaxtlar, media, beynəlxalq təşkilatlar yekdil mövqedədir. Hesab olunur ki, Rusiya Ukraynanın Krım bölgəsini 2014-cü ildən etibarən ilhaq etdiyi üçün Ukrayna kəşfiyyatı haqlı olaraq unikal əməliyyatı həyata keçirib. Hələ rəsmi Kiyev birmənalı şəkildə “mən etmişəm” demir, amma dünya gücləri boynuna qoyur ki, “sən etmisən, düz etmisən”- mövqeyindən çıxış edir. Rusiya bəyan edib ki, Krım körpüsü oktyabrın sonlarınadək qapalı olacaq, bərpa işləri həyata keçiriləcək. Faktiki olaraq quru yolla əlaqə kəsilib. Amma görün kimsə, Krımda yaşayan mülki vətəndaşların durumunu, quru əlaqənin kəsilməsi halında yaranacaq çətinlikləri önə çəkirmi? Yox! Hesab olunur ki, Krım Rusiya tərəfindən işğal olunduğu üçün bu bölgə ilə bağlı humanitar məsələlər arxa plana keçir.  

Laçın dəhlizinin strateji önəmi nədən ibarətdir?

İstər-istəməz Qarabağ erməniləri ilə paralellik aparmaq zərurəti ortaya çıxır. Bir anlıq təsəvvür edin ki, Azərbaycan Laçın dəhlizini qapadır, yaxud bombalayır, Qarabağ erməniləri ilə Ermənistan arasındakı rabitəni kəsir...O halda dünya Krım körpüsünə sərgilədiyi münasibəti Laçın körpü-yoluna sərgiləyəcəkdimi? Qəti şəkildə! Hətta 44 günlük müharibədən sonra qəza səbəbindən Qarabağdakı ermənilərin qazı kəsildi, hamısı ağız-ağıza verdilər ki, bəs, Azərbaycan mülki əhaliyə qarşı humanitar  problemlər yaradır, erməniləri soyuqdan qırmaq istəyir, daha nələr...Di gəl birinin vicdanı dilə gəlmədi ki, desin beynəlxalq hüquqa əsasən, aşağılı-yuxarılı bütün Qarabağ Azərbaycanın tərkib hissəsi olduğu üçün bu əraziyə Ermənistandan qaz çəkilməsi qanunsuzdur, Azərbaycanın icazəsi olmadan ermənilərin Ermənistandan Xankəndiyə, yaxud geriyə gediş-gəlişi yolverilməzdir. Kimsə demədi, əksinə, Azərbaycana təzyiq göstərdilər ki, separatçıların at oynatmasına göz yumsun. Bilə-bilə ki, Qarabağda hələ də silahlı-sursatlı, hərbi texnikalı (!) erməni hərbi kontingenti var, faktiki olaraq terrorçuluq fəaliyyəti ilə məşğuldurlar. Amma 2020-ci ilin 9 oktyabrında azad olunan Hadruta düz iki ay sonra terror törətmək üçün gəlmiş erməni terrorçularını belə, azad etməsi üçün ölkəmizə ən müxtəlif təzyiqlərə əl atdılar.

Laçın dəhlizi bağlanacaqmı? - ŞƏRH Yeni Sabah

Azərbaycanın tam hüququ var ki, Laçın yolunu qapatsın. Təkcə ona görə yox ki, öz ərazisinin sahibidir. Həm də o səbəbdən ki, Ermənistan 2020-ci ilin 10 noyabr üçtərəfli anlaşmasına əməl etməyib! İrəvan üzərinə öhdəlik götürsə də, bu günədək Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yolun-dəhlizin açılmasına müqavimət göstərir. Lakin baxaq, görək Avropa İttifaqı, ATƏT, Dövlət Departamenti, lap elə sülh missisiya ilə çıxış etmiş Rusiya Ermənistanı vədinə əməl etməyə çağırırmı, hansısa təpki göstərirmi? Yox, qəti şəkildə!

Azərbaycan qısa müddət ərzində Qarabağdakı ermənilərlə Ermənistanın quru əlaqəsini təmin etməkdən ötrü 32 km-lik, yeni yol çəkdi. Amma Ermənistan öz payına düşən 10 km-lik hissəni çəkməkdən yayındı, hələ deyirlər 2023-cü ilin yazında tikəcəklər. Özləri üçün yol çəkməyə də can çəkirlər! Pulları yoxdurmu? Yoxdursa, hərbi büdcəni niyə artırırlar?! Bu əclaflığın qarşılığında erməni hakimiyyətinə təzyiq göstərmək əvəzinə, dünya ölkələri və təsisatları az qaldı xətkeş götürüb Azərbaycanın Laçın dəhlizinə alternativ olaraq çəkdiyi asfaltın qalınlığını ölçsünlər. Yeri gəlmişkən, həmin yolda uzunluğu 149,5 metr, eni 13,5 metrlik 4 aşırımlı avtomobil körpüsü inşa olunub. Azərbaycan düşmənin istifadəsində olan körpünü nəinki partlatmır, yenisini tikir, qarşı tərəfə “adam olun” mesajı verir, lakin ədalətsiz dünya bu fərqi görmək istəmir, ermənilərin basdırdığı minalar kimi...Dövlətimizin başçısı Praqada dedi ki, Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, kim istəməsə, yol açıqdır. İndi bu, hay sürüsü Xankəndi küçələrinə tökülüblər ki, məsələyə Araik Arutyunyan aydınlıq gətirsin. Barmaq göstərəndə biləkdən yapışanlardandır bunlar. Azərbaycan yol çəkdi ki, qanunlarımıza əməl edin, normal həyatı seçin, yaşayın, yoldan da istifadə edin. Amma bunlar o yolla birdəfəlik rədd olmaq yolunu tutublar indiki durumda.

Ermənilər Laçında - Həkəri çayı sahilində yeni “erməni kilsəsi” tapdılar...  - FOTO » Teref.az

Beynəlxalq aləmsə susur, Qarabağ ermənilərinə “humanitar məqsədlə” 2 milyon dollar (!) ayırmağı qətiləşdirən ABŞ konqresmenləri də...Ermənilərin bu həyasızlığın qarşılığında Azərbaycan günün birində Həkəri çayı üzərindəki körpünü kəssə, bax, onda səs-səsə verəcəklər. Yarım milyonluq Naxçıvan Muxtar Respublikasına quru yolun açılması öhdəliyinə əməl etməyənləri himayə edən güclər Qarabağdakı 25 minlik gəlmələr - ermənilər üçün hər cür oyunbazlığa əl atır. Edillidəki kütləvi məzarlıqdan utansınlar!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости