Свобода людям, независимость нациям!

Öz tarixinə görə tarixə yox, “tarixçilərə” borclu olan millət – Qozbeli “Dəmir yumruq” düzəldər!

1306 30.04.2022 15:12 Колумнисты A A

Ermənistanın sülh hoqqaları səngimir. Müşahidə olunan budur ki, İrəvan rəsmiləri Azərbaycanla sülh müqaviləsi məsələsində vaxtı uzatmaqla kapitulyant ölkə üçün yenindən məqbul geosiyasi şərtlərin yetişəcəyinə ciddi şəkildə inanırlar. Köhnə, davakar ritorikadan onların hələ də tam əl çəkməməsinin qayəsində əsasən bu durur.

Azərbaycan Prezidenti İlham Əliyev isə dünən ADA-dakı beynəlxalq tədbirdə Ermənistana barışıq üçün bir sıra mühüm, xoşməramlı jestlər elədi. Həmçinin iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsindən danışdı. Bu xüsusda onu da bildirdi ki, biz tarixi və Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı xəritələri nəzərə almalıyıq.

Xatırlatdı ki, 1918-ci ildə İrəvan Azərbaycanın tərkib hissəsi olub, 1920-ci ildə isə Zəngəzur Azərbaycanın tərkibinə daxil olan ərazisi idi. Hazırkı İran-Ermənistan sərhədində azərbaycanlılar məskunlaşmışdılar və buranın erməni xalqı ilə heç bir əlaqəsi yox idi. Yəni, Ermənistan İranla quru sərhədə malik olmayıb.

“Zəngəzurun Ermənistana verilməsi 1920-ci ilin noyabrında sovet hökumətinin qərarı idi. Amma Ermənistana verilərkən o, indiki kimi 42 kilometr yox, daha dar idi. Sonradan ermənilər müxtəlif hiylələrlə İranla yeganə sərhədləri olan bu ərazini genişləndirdilər. Ona görə də mövqeyimiz budur ki, biz məsələn, 1918-ci ildən və ya daha əvvəldən başlayaraq 1991-ci ildə Sovet İttifaqı dağılanadək bütün xəritələri əsas götürəcəyik”, - ölkə başçısı qeyd edib.

Bu, artıq Ermənistana ağlını başına yığmaq üçün konkret bir mesaj, xəbərdarlıqdır. Yəni çox istəsəniz, azdan da ola bilərsiniz: ya Bakının təklif elədiyi 5 prinsip əsasında sülh müqaviləsi imzalayacaqsınız, ən azından SSRİ dağılan ərəfədəki Azərbaycan SSR-in sərhədlərini tanıyacaqsınız və bir daha ərazi iddiası irəli sürməmək haqda öhdəlik götürəcəksiniz, ya da çürük iddialarınıza davam etsəniz, İrəvan və Qərbi Zəngəzur söhbəti beynəlxalq gündəmə gətiriləcək. Bundan ötrü Azərbaycan parlamentinin müvafiq qərarı yetərlidir. Belə bir qərar əlbəttə ki, bizim konstitusiyada əksini tapmış Müstəqillik Bəyannaməsinə uyğun olacaq. Harda ki, indiki Azərbaycan Respublikasının Azərbaycan SSR-in deyil, AXC-nin hüquq varisi olduğu aydın mətnlə yazılıb...

Əfsus ki, erməni tərəfindən bu xəbərdarlığa da adekvat reaksiya gəlməyib. Məsələn, XİN başçısı Ararat Mirzəyan öz aləmində guya Bakıya cavab verib və xəyallara dalaraq, hətta eramıza qədərki “qədim erməni xəritələri”ndən bəhs edib. Ardınca isə bizə guya minnət qoyaraq deyib: “Bununla belə, sərhədin demarkasiyası və təhlükəsizliyi üzrə komissiyanın səmərəli fəaliyyətində maraqlı olan Ermənistan hesab edir ki, bu iş hər iki tərəfin qəbul etdiyi və hüquqi qüvvəyə malik olan xəritələr əsasında aparılmalıdır”.

Olsun. Ən azından SSRİ dağılmaq ərəfəsində Azərbaycan SSR və Ermənistan SSR-in ərazilərini ehtiva edən xəritələr hər iki tərəf üçün, həmçinin də SSRi paytaxtı Moskva üçün legitim statusda olub. O zaman nədən İrəvan həmin sərhədlər çərçivəsində hazırkı Azərbaycan Respublikasını tanımır, daha dəqiqi, 5 bəndlik təklifi qəbul eləsə də “mız” qoyur? Çünki Ermənistanın torpaq iddiasına haqq qazandıran, bütün tərəflərin qanuni saydığı, Mirzəyanın dediyi kimi, “hüquqi qüvvəyə malik xəritə” mövcud deyil! Miflər, “daş dövrü”nə aid iddia və mifik xəritələr isə belə işlərdə keçməz.

İş də ondadır ki, tısbağanı öldür, ya da arxası üstdə qoy, eyni şeydir. İlham Əliyevin haqqında danışdığı xəritələr də Ermənistanı rahatca “beli üstdə” qoyacaq. Bizim isə xəritə sarıdan xofumuz yoxdur. Çünki uydurma deyil, mötəbər, hamının legitim saydığı xəritələr haqlı olduğumuza şübhə saxlamır. Qoy oğru və saxtakar qonşular narahat olsunlar. Məşhur rus tarixçi-alimlərindən birinin söylədiyi kimi, “ermənilər öz tarixlərinə görə tarixə yox, tarixçilərə minnətdar olmalıdırlar”. Yəni yalan-palan məsələsi...

Sərhədlər və sülh müqaviləsindən söz düşmüşkən, mayın 2-də Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında sayca ikinci görüş gözlənilir. Nəticə pozitiv olsa, az sonra iki ölkə rəhbərləri Brüsseldə yenidən bir araya gələcəklər. Amma görün görüş ərəfəsində Qriqoryan nə sayıqlayır.

H.Hacıyevin “Bizim Ermənistandan əsas gözləntimiz ərazi bütövlüyümüz və suverenliyimizin tanınmasıdır” sözlərinə o, belə reaksiya verib: “Biz artıq bəyan eləmişik ki, Ermənistanla Azərbaycanın bir-birinin ərazi bütövlüyünün tanımasında qəbuledilməz heç nə yoxdur. Biz onu da bildirmişik ki, Ermənistan və Azərbaycan 1990-cı illərin əvvəllərində bir-birinin ərazi bütövlüyünü tanıyıb. Dağlıq Qarabağ məsələsi bizim üçün ərazi məsələsi yox, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsidir. Hesab edirik ki, Azərbaycan rəsmiləri Azərbaycanın ərazi bütövlüyü deyəndə hansı əraziləri nəzərdə tutduqlarına aydınlıq gətirməlidirlər ki, Ermənistan öz mövqeyini aydınlaşdırsın”.

Erməni ki, erməni. Özlərini yenə tülkülüyə vururlar. Guya bilmirlər ki, “ərazi bütövlüyü” deyəndə biz nəyi nəzərdə tuturuq.

İllərlə bizimlə bax, bu cür söz güləşdirdilər, məzələndilər, termin oyunu oynadılar. Nəticəni gördülər. Gəl ki, sırtıqcasına köhnə ritorikanı davam etdirir, gorbagor olmuş “miatsum”dan əl çəkmirlər. Ərazi iddialarına indi də “insan haqqı” donu geydirmək istəyirlər. Cənab, haylar, vaxtilə Ermənistanda kompakt şəkildə yaşamış və qovulmuş, Qarabağ ermənilərindən sayca 3 dədə çox (!) azərbaycanlılar da insan idi! Onların insan hüquqları və təhlükəsizliyi necə olsun bəs?

Keçməz!.. Deyəsən xain və qədirbilməz qonşular başlarından vaxtaşırı “dəmir qapaz” yeməlidirlər ki, özlərinə gəlsinlər. Yoxsa xam xəyalları onları yenə çox uzaqlara, “daş dövrü”nün “xəritələri”nə aparacaq. Qozbeli “Dəmir yumruq” düzəldər!..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости