Свобода людям, независимость нациям!

Öz elində peyğəmbər ola bilməmək sindromu...

2582 11.11.2022 12:41 Колумнисты A A

İki həftə öncə türk eli Qazaxıstanın Türküstan şəhərində müsafir olarkən bir axşam süfrə arxasında özbəkistanlı həmkarım Məqsəd Cahangirovla yanaşı oturub söhbət edirdik.

Öncə onu deyim ki, Məqsəd bəy təcrübəli jurnalistdir, fotoqrafdır, dövlət ərkanı ilə rəsmi səfərləri çəkmiş adamdır, son vaxtlar sərbəst işləyir.

4443.JPG (35 KB)

Söhbətimiz uzaqlardan fırlanıb xalqlararası dostluğa, ortaq dəyərlərə gəldi, birdən mənim yadıma məşhur özbək müğənnisi, “Yalla” qrupunun rəhbəri Fərrux Zakirovun bir il öncə Daşkənddə dediyi söz düşdü, dedim, Məqsəd bəy, sizin Fərrux ötən il “Çinnuri” mahnısını oxumazdan öncə bildirdi ki, bu, həm tatar, həm özbək, həm qırğız, həm də qazax mahnısıdır, hamımızındır. Dedim, məncə, ən doğru yanaşma budur.

Fərrux Zakirovun adını eşidəndə həmkarımın sifətində dislayk ifadəsi əmələ gəldi, dedi, əgər o, Monqolustanda konsert vermiş olsaydı, “Çinnuri”ni monqol mahnısı kimi təqdim edəcəkdi.

Farrukh_Zokirov_(2019-09-07).jpg (424 KB)

Məqsəd bəy bununla bütün postsovet məkanında hələ də çox sevilən 75 yaşlı (hərçənd elə bilərsən, Fərrux bəyin 55-60 yaşı var) sənətkarın konyukturaya uyğun hərəkətlər etdiyinə işarə verdi və belə anladım ki, o, “Yalla” qrupunun rəhbərini və baş solistini sevmir.

Doğrusu, bir az anlaşılmaz gəldi, bir özbək jurnalist onun xalqını, ölkəsini dünyanın yarısında tanıdan və sevdirən korifey sənətkarı necə sevməz, ona necə ironik və iqnorik münasibət bəsləyə bilər.

Ancaq yadıma düşdü ki, bizdə də vəziyyət fərqli deyil. Hamı cazmen Əzizə Mustafazadəni sevirmi? Xarici ölkələrdə onun yeri başdandır, bizdə heç əksəriyyət onu tanımır. Deyək ki, Əzizənin sənəti xalq arasında qeyri-populyardır, ona görə. Bəs Orta Asiya respublikalarında başına and içilən, mahnıları hitə çevrilən, konsertləri anşlaqla keçirilən Üzeyir Mehdizadəni necə, öz ölkəsində çoxmu sevirlər? Yarı yarıyadır. Sevənləri qədər də sevməyənləri var. Bunu da keçək.

777.jpg (23 KB)

Görək Türkiyədə, başqa türk dövlətlərində çox sevilən Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı kimi şairlər öz ölkəmizdə də o cür qeyd-şərtsiz sevilirmi? Xeyr. Onlara kifayət qədər çox ağız büzənlər, siyasi, ictimai fəaliyyətlərinə irad bildirənlər vardı, indi də var.

Bir yazıçı-şair, mədəniyyət və incəsənət xadimləri deyil, siyasətçi və ideoloqlar da var ki, xarici ölkələrdə qəbul olunur, sevilir, amma öz ölkəsində böyük kontingentdə müxalifləri, bədxahları var.

Onlardan ikisinin adını çəkmək olar – Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy.

44332.JPG (50 KB)

Bu tarixi şəxsiyyətlərdən biri yoxdan bir bayraq var edən, Azərbaycan adlı dövlət quran kişilərə rəhbərlik edib, 100 il sonra da aktuallığını itirməyən fikirlər söyləyib və biz onun həmin parlaq fikirlərini bu gün dünyaya nümunə göstərə bilərik. Amma hələ də böyük Rəsulzadənin şəxsiyyətini aşağılamağa çalışanlar, onun haqqında xoşagəlməz sözlər deyənlər, yazanlar var. Niyə axı? Rəsulzadə 65 ildən çoxdur ki, həyatda deyil.

Elçibəy də 22 ildir aramızda yoxdur. Ötən əsrin əvvələrindən bu günə qədər keçən 122 ilin cəmi bir ilində o, hakimiyyətdə olub, yoxdan var edilmiş dövlətin yox edilmiş bayrağını bərpa edib, dikəldib, indiki parametrlərlə bir holdinqin büdcəsi qədər pulu olan, müharibə aparan, əksər strukturları yaradılmamış, formalaşmamış körpə bir dövlətə rəhbərlik edib. Adam bütün şüurlu həyatını xalqının müstəqil və azad olmasına çalışıb, bu yolda həbsdə yatıb, mərhumiyyətlər, iztirablar çəkib, başı yarılıb, təqib olunub, özünə var-dövlət toplamayıb, zahidanə həyat yaşayıb, amma yenə də onun şəxsiyyətinə kölgə düşürmək istəyənlər var.

O gün bir nəfər lağlağı edərək yazmışdı ki, Əbülfəz bəy (hətta adını qəsdən təhrif edərək yazmışdı) sağ olsa, gəncləri başına yığaraq gedib Təbrizi alardı.

Bu da bir trend olub, ildən-ilə təhrif olunaraq bu hala gəlib ki, guya Elçibəy nə vaxtsa İrana və Çinə qarşı ərazi iddiası irəli sürüb. Elə şey olmayıb. Elçibəy prezident olanda çıxışlarının bir-ikisində Çində uyğurların və İranda türklərin hüquqlarının pozulduğunu bildirib.

00.jpg (18 KB)

Hazırda da elə deyilmi? Srasında ABŞ, Kanada və İngiltərə olmaqla dünyanın 50 böyük dövlətinin rəhbərləri Çində uyğurlara qarşı yeridilən genosid siyasətini lənətləyirlər, indi bu dövlətlər Çinə ərazi iddiası irəli sürürlər?

Bu gün ölkə mətbuatı eyzən İranın yaramaz regional siyasətini pisləyir. Elçibəy bundan qat-qat yumşaq danışırdı. Amma o elə edəndə bu dəhşətli səhv idi, indi biz belə yazanda doğrudur? Belə standart olmaz axı.

Belə hadisələr öz elində peyğəmbər ola bilməmək sindromudur, bütün xalqlarda var. Bu kimi olaylar bizim nə dərəcədə ədalətli olmağımızın göstəricisidir, adlarının mənfi səciyyədə hallandırılmasının artıq dünyasını dəyişmiş şəxslərə isti-soyuğu yoxdur. Amma bu cür çıxışlar göstərir ki, biz arzuladıımız ədalətli cəmiyyəti qura bilməyəcəyik. Çünki o cəmiyyəti ədalətli adamlar qura bilər. Biz isə ağzımızı açan kimi haqsızlıqlar edir, ədalətsizlikər sərgiləyirik, sonra da başqalarından ədalət umuruq. Tərs kimi, onların da üstündə elə şey olmur.

P.S. Fərrux Zakirovun öz ölkəsində necə tanınmasının, necə olmasının, əlbəttə, başqa ölkələrdə yaşayanlara, o cümlədən bizə dəxli yoxdur. Biz və onlar sənətkarın performansına baxırıq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости