Свобода людям, независимость нациям!

Orta Asiyada Turan qurulur

2215 21.07.2022 12:18 Колумнисты A A

Qırğızıstanda Orta Asiyanın türk liderlərinin sammiti başlayıb. Sammitdən əvvəl türk liderləri Turanı tərənnüm edən mahnılar dinləyib, qədim türk rəqslərinə tamaşa ediblər. Tədbirdən sonra Qazax, Özbək və Qırğız liderləri Yurtda (qədim türk olacağı, yaşayış yeri) müzakirələr aparıblar.

Osmanlı sultanlarının Yeniçərilərə xitabən "Qızıl Almada görüşərik" kəlməsi məqsəd və məramı simvollaşdıran işarət sayılıb. İstanbul fatehi II Mehmetin Konstantinopolu, Sultan Süleymanın Budapeşti fəthindən sonra türk imperatorları yeni hədəfləri daima "Qızıl Alma" olaraq, simvolizə ediblər.

İlk dəfə Orta Asiyada türklər arasında doğan "Qızıl Alma" idealı Ergenekon dastanında Ergenekondan çıxmaq və itirilmiş vətəni geri almaq idealı kimi görünür.

Ziya Göyalp 1913-cü ildə yazdığı "Kızılelma" ilə bu anlayışı fərqli məzmunla ön plana çıxardıb. Tənzimatdan sonrakı illərdə az qala unudulan bu simvola yeni bir məna verməyə çalışan Ziya Göyalpın simasında Qızıl Alma bu dəfə bütün türklərin bir araya gələrək həsrətlə gözlədiyi Turan ölkəsi ilə sinonim olaraq işlənir.

1.jpg (99 KB)

Türkiyə - Azərbaycan dövlətlərinin birliyi Orta Asiyanın türk cümhuriyyətlərinə bir nümunə olub. Azərbaycan bu birlikdən yalnız qazandı. İkinci Qarabağ savaşında Türkiyənin dəstəyi sayəsində hədəfimizə ulaşdıq, Kremlin təzyiq və təsir rıçaqları zəiflədi, Azərbaycan canişini "boz kardinal" sıradan çıxarıldı.

Azərbaycan dövlətinin dünya dövlətləri arasında mövqeyinin güclənməsi, İlham Əliyevin dünya liderləri arasındakı nüfuzu
Qazax, Özbək və Qırğız liderlərinə bir nümunədir, ona bənzəmək istəyirlər.

Sammitdən öncə, Çolpan- Ata şəhərinə gələn liderlər qədim türk olacağında toplaşaraq, Rusiyaya və Çinə mesaj veriblər, hədəflərini göstəriblər. Müstəqil xarici siyasət kursu yürütməyə çalışan türk liderləri yerli xalqın dəstəyini qazanmağa çalışırlar. Bu dəstəyi qazanmağın yeganə yolunun Turan birliyi olduğu artıq dərk olunur.

290669334_1460025264457956_4957688969699383028_n.jpg (76 KB)

Özbəkistanda bir müddət işləmişəm, yaşamışam. Kənd yerlərində özbəklər, qazaxlar, qırğızlar öz ləhcələrində danışırlar. Bir - birilərini tam anlayırlar. Şəhər yerlərində rusca danışanlar, rusca düşünənlər çoxdur. İndi əks-proses başlayıb. Hökumətlər Rusiyanın üzləşdiyi sanksiyalardan ciddi zərər görürlər. Bir tərəfdən də Kreml "qızışmış ayı" kimi hər tərəfdən saldırır. Gah Avropaya daşıdıqları nefti bağlayır, gah da çevrilişlə, destabilizasiya ilə hədələyir. Bir sözlə, "bıçaq sümüyə dirənib". Rusiyanın saldırılarına qarşı birləşmək qərarı düzgün və vaxtında verilmiş qərardır.

Orta Asiyanın türk liderlərinin Qırğızıstan sammiti əslində Turan birliyinin ilk qurultayı sayıla bilər. Liderlərin Yurtda toplaşması onların məram və məqsədlərinə bir işarə, bir siqnaldır.

Orta Asiyanın türk liderlərinin sammitindən sonra Türk Dövlətləri Birliyinin üzvü olan dövlət rəhbərlərinin bir araya gələcəyi gözlənilir. Turan ellərinin Konfederasiyası istiqamətində real addımların atılmasının vaxtı çatıb da, keçib də.

288212069_806633357359984_761120927365963047_n.jpg (91 KB)

Türkiyə ilə birlikdə ikinci Qarabağ zəfərini qazandıq. Turanla birlikdə itirilmiş vətənimizə - Xankəndiyə, Xocalıya, İrəvana Zəngəzura qovuşmaq daha real görünür.

Qarabağ Fatehi İlham Əliyev "üçüncü Qarabağ müharibəsi"nin anonsunu verib. Üçüncü Qarabağ savaşı itirilmiş vətənə - Xankəndinə, Xocalıya, Zəngəzura, İrəvana qovuşmağın müjdəsidir.

Bu yol asan olmayacaq. Vəzifəli şəxslər arasında mehdiyevçilərin hələ də mövcudluğu təhlükəni artırır. "Kimlərdir bu mehdiyevçilər", hörmətli Adil Əliyevin göstərdiyi, ərzi-halına hələ də bələd olmadığımız "5-ci kolon"? Bir çoxlarının Ramiz Mehdiyevin zamanında vəzifəyə təyin olunanları "mehdiyevçi" saymasını doğru saymıram. Ancaq bu "kolonistləri" ayırd etmək qədər asan iş yoxdur. Dövlətin kürsüsünü babasından qalma taxt sayan vəzifə sahiblərinin hamısı mehdiyevin törəmələri və davamçılarıdır. Dövlətin marağını şəxsi ambisiyalarına qurban verənlərin hər biri bu dövlətin əsas düşmənləridilər.

291382261_611707717040046_5173936205249387175_n.jpg (86 KB)

Bu "mehdiyevçilər" niyə təhlükəlidir? Azərbaycan dövlətini içəridən yeyən "kolonistlər"in əsas işi əhali arasında təfriqə salmaq, xüsusilə də gənclər arasında dövlət rəhbərliyinin etimadını sarsıtmaq və bu kimi xainliklərdir. Vəzifə başında olanın bu xainliyi olduqca asandır. Əsas təhlükə də budur.

Orta Asiyanın türk cümhuriyyətlərinin qarşısında duran əsas problem də məhz bu üzdəniraq "kolonistlər"dilər. İndi Turan birliyinin qarşısında duran ən böyük maneədən xilas olmaq istədiklərini görürük.

Onların keçməli olduqları yolu biz 3 ildir keçmişik və bizdən öyrənməyə çox şeyləri var.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости