Свобода людям, независимость нациям!

Onlara güvənib bastion tikənin kürəyinə xəncər saplanar

2264 19.09.2022 05:50 Колумнисты A A

Bilirsinizmi, Qarabağ münaqişəsi 34 il boyunca niyə həll olunmurdu?

Bir-bir sayaq. Biz əliyalın idik, təklənmişdik, ermənilərin havadarları çox idi.

Bizə qonşu-qohum dövlətlərin (Türkiyə və İranın) birinin dişi yox idi, o birinin dişi bizə qıcanmışdı, erməniyə qohumsulananlar əllərindən hər şeyi gələni edirdilər.

Bizdə öz millətini xor görən, onu sevməyən, yadlara quyruq bulayan, yadlardan buyruq gözləyənlər çox idi, ermənilərdə belələri ya yoxdu, ya da olduqca az idi.

Dünyanın hər yerində bir-birilə öcəşən, bir-birini didməyə hazır olan ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq Qarabağ məsələsində ermənilərin müttəfiqi idi.

505da80c29b2b8b.jpg (46 KB)

Onlar Qarabağ münaqişəsinin yeganə həll yolunu Dağlıq Qarabağı bütöv, aran Qarabağın isə bir hissəsini Ermənistana güzəştə getməkdə görürdülər.

30 il boyunca aparılan mənasız danışıqların əsl motivi bu idi. Danışıqlar uzandıqca Qarabağ Azərbaycandan uzaqlaşırdı. Son illərdə artıq hamısının əlində bir arqument vardı: “Qarabağda “artsax”ın Azərbaycana aidiyyatının nə olduğunu bilməyən yeni nəsillər formalaşıb”.

Bu dövlətlər bəzən diplomatik ifadələrlə öz əsl niyyətlərini gizlədirdilər, guya ki, neytral mövqedədirlər, ancaq təmas xəttində hərbi eskalasiyalar epizodik olaraq qızışanda onların siyasi xadimləri, diplomatları xorla deyirdi: “Münaqişənin hərbi yolla həlli yoxdur, danışıqlar davam etdirilməlidir”.

77.jpg (53 KB)

Danışıqlar davam etdirilirdi. O dövlətlərdən güc alan, himayə görən ermənilər Azərbaycana 1 metr torpaq belə güzəştə getməyəcəklərini bəyan edir, “biz o torpaqları qanla almışıq” deyirdilər.

Bəzən bizim hiddətimiz aşıb-daşırdı, torpaqlarımızı qanla geri almağa meyllənirdik, yenə o dövlətlər araya girirdilər və müxtəlif təzyiq rıçaqlarından istifadə edərək bizi çəkindirirdilər.

Ermənilər orda-burda, ən yüksək tribunalarda yekə-yekə danışmaqda davam edirdilər. “Ordumuz regionun ən güclü ordusudur. Azərbaycan o yan-bu yan eləsə, yeni ərazilərini itirəcək” deyirdilər.

Ermənistanda tam bir özünəarxayınlıq əmələ gəlmişdi, gerçəkdən də hesab edirdilər ki, istəsələr, hücuma keçib başqa rayonlarımızı da işğal edərlər və dünya birliyi onlara “etməyin, eləməyin” deməz, uzağı, BMT daha bir qətnamə qəbul edər.

66.jpg (14 KB)

Əslində gerçək vəziyyət məhz eləydi. Ermənilər hücuma keçsələr və ordumuza güc gələ bilsələr, yeni ərazilərimizi işğal etdikləri halda ATƏT-in Minsk qrupunun həmsədrləri onlara ən sərt halda “düz iş görmürsünüz, sülh danışıqları davam etməlidir” deyər, amma erməniləri tutduqları ərazilərdən geri çəkilməyə çağırmazdılar, BMT isə, ola bilərdi ki, yeni qətnamə qəbul etsin və tərəfləri tutduqları ərazidən çəkilməyə çağırsın.

Budur, son 34 ildə ilk dəfədir ki, döyüşlər Azərbaycanın bağrında, sərhədlərinin dərinliyində yox, Ermənistan-Azərbaycan sərhədində gedir. Hələ ermənilərin bir yaşayış məntəqəsini zəbt etməmişik, amma bir sıra Qərb dövlətləri özlərini ülgücləyirlər. ABŞ parlamentinin sədri Nensi Pelosi “ölümcül hücum”dan danışır, dövlət katibi Blinkenin həyəcanı okeanı aşır.

88.png (712 KB)

Bəs bizim 1000-dən artıq yaşayış məntəqəsi işğal olunanda, talan ediləndə, yandırılanda, yer üzündən silinəndə bu “ölümcül hücum” deyildimi, ay ermənilərin nənəsi Pelosi?

Deyəcəklər ki, bu haqda əlimizdə informasiya olmayıb. Havayı söhbətdir. Onların əlində istənilən ölkənin daxili vəziyyəti, sərhədləri, müttəfiqləri və düşmənləri, təbii resursları, mübahisəli əraziləri barədə ən dəqiq məlumatlar var. İstəyəndə ABŞ-ın hansısa institutunda işləyən Həmid Kərzayı tapıb prezident də edə bilirlər.

İndi vəiyyət dəyişib. Biz bu vəziyyətin dəyişməsinin 32-34 il boyunca səbrlə gözləmişik. Həmişə ümid etmişik ki, dünyanın iki hegemon dövlətinin heç olmasa biri ermənilərin əsl mahiyyət və niyyətinin nə olduğunu biləcək və ikisi də eyni zamanda onlara dəstək verməyəcək.

Nəhayət, ermənilər bu səhvi buraxdılar, “Qarabağ de-fakto cibdədir, Rusiyadan da bel bağlıdır” dedilər və Tıq-tıq xanım kimi yola düşüb özlərinə yeni dost axtarmağa başladılar və yapdılar. ABŞ və Fransa hazır durmuşdular.

239428.jpg (66 KB)

Ermənilər onların əliylə Qarabağın ilhaqını de-yure rəsmiləşdirəcəkdilər. Hesab beləydi. Amma onların hesaba almadıqları bir şey də vardı. Məişət xəyanətindən fərqli olaraq “şedraya russkaya duşa” dövlətə xəyanəti bağışlamayacaqdı.

Rusiyanın dövlət olaraq Qarabağ münaqişəsinin tarixi boyunca cəmi 44 gün neytral qalması kifayət etdi ki, “regionun ən güclü ordusu” “püff” edəndə lifləri dörd bir yana dağılan yaz otu kimi havaya uçsun.

Fəqət Rusiya 45-ci gün araya girdi və erməniləri daha biabırçı mığlubiyyətə uğrmaqdan xilas etdi. Onun dövlətçilik maraqları belə tələb edirdi ki, Qafqazda ilişib qalmaq üçün əlində səbəbi, bəhanəsi olsun.

44 günlük müharibədən sonra isə artıq başımıza arbitr kəsilmiş, amma həmişə tərəf tutan, bizə vaxtaşırı sarı-qırmızı rəngli kartlar göstərən üç dövlətin ikisi açıq kartla oynamağa başladılar. Fransa Ermənistanı öz əyalətlərindən biriymiş kimi himayəyə götürdü, bir az sonra ABŞ-da bu istiqamətə yönəldi.

99.jpg (11 KB)

Hazırda bir zamanlar Gürcüstanı (ingiliscədə Georgia) öz Corciya (ingiliscədə Georgia) ştatının həmtayı elan edən və becərib bədi-fənaya verən ABŞ indi də Ermənistana qeyri-rəsmi 51-ci ştat statusu verməyə girişib.

Bu dövlətin rəsmilərinin Ermənistan-Azərbaycan münaqişəsi xüsusunda atdığı bütün addımlar ABŞ-ın artıq tərəfə çevrildiyini göstərir. Onun məqsədi Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaqdır. Bunu artıq hamı bilir.

Nəhayət, 200 ildən sonra ortaya çıxır ki, ermənilərə güvənərək bastion tikənin kürəyinə xəncər saplanar. Türkiyə bunu 107 il əvvəl, 1-ci dünya müharibəsində anlamışdı, Rusiya da indi anladı.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости