Свобода людям, независимость нациям!

Ölkənin və Qurbanın taqımı – bir zamanların Avropada oynamaq arzusu

2135 10.08.2022 11:05 Колумнисты A A

Uzun illər öncəydi, bir qərinədən də çox. Tələbəydik, yataqxanada qalırdıq.

Yaşadığımız yataqxananın Natiq adlı, futbol azarkeşi olan, gəncəli bufetçisi vardı.
Nə vaxt görərdin, Natiq ya “Sovetski sport” və “İdman” qəzetlərini oxuyur, ya da SSRİ çempionatının güclülər dəstəsində oynayan komandalarının adları yazılmış vərəqdə rəqəmlər yazır. O vaxt buna “şot vermək” deyirdilər. O vaxtlar da qeyri-leqal futbol totalizatoru vardı.

Bu qumara qurşananlar hansı komandanın qalib gələcəyini, hansılarn heç-heçə edəcəyini kağıza yazırdılar, sonra qumarxananı təşkil edənlərə yaxın fotostudiyada həmin proqnozun şəklini çəkirdilər, pul qoyuluşu edilirdi, oyunlar başa çatandan sonra baxırdılar ki, kimin proqnozu tutub.

Natiq bu qumara aludə olmuşdu, özü üçün xırda-xırda oynayırdı. Ona görə də o, futbolla çox maraqlanırdı, futbolla nəfəs alırdı və bu mövzuda vaxtaşırı söhbət edirdik. Onun “Neftçi”dən heç xoşu gəlmirdi, “hər dəfə proqnozlarımı yandırır, “Çernomorets”lə heç-heçə edir, “gedib “Spartak”ı udur” deyirdi.

O vaxtlar eləydi ki, “Neftçi” çempionatda həmişə ya 13-cü yeri tuturdu, ya da ondan da aşağı pillələrdə yer alırdı. Futbolla bağlı iki böyük arzumuz vardı: 1. “Neftçi” güclülər dəstəsini bu il də tərk etməsin; 2. Növbəti ildə yaxşı yer tutsun, ilk beşlikdə olsun ki, Avropa komandaları ilə oynasın.

Öz dediyinə görə, Natiq məşhur futbolçu Maşallah Əhmədovla ya bir küçəli idi, ya da yaxın məhəllələrdən idi. O, “Maşdı” adlandırdığı Maşallah Əhmədovu bəyənmirdi, deyirdi: “Ondan futbolçu olmaz, qoyasan, eləcə meydançada o yana-bu yana qaça. Qaçmağı yaxşıdır. Biz o vaxt onu oynatmırdıq”.

77.jpg (537 KB)

Allahdan, həmin il Maşallah Əhmədov mövsümün əvvəlində ard-arda qollar vuraraq SSRİ bombardiri olmuşdu, hətta “Sovetski sport” qəzeti onun barəsində “Molodets, Maşalla” başlıqlı yazı dərc edərək yazmışdı ki, “Maşalla” sözü rus dilinə tərcümədə elə “molodets” deməkdir. Amma Natiq öz sözünün üstündə dururdu: “Maşdıdan futbolçu olmaz”.

O, ümumiyyətlə, ölkəmizdə nə vaxtsa yaxşı futbol olacağına inanmırdı, “100 il bundan sonra da bizimkilər futbol oynaya, çempion ola bilməyəcəklər” deyirdi.

O, tək deyildi, çoxları bu fikirdəydi. “Mozalan” satirik kinojurnalı da bu məsələyə fantastika janrından baxmış, aktyor Səyavuş Aslanın oynadığı qısametrajlı vedioçarxda taksi sürücüsünün etinasızcasına dediyi “Hə, “Neftçi” yenə UEFA çempionu olub” replikası ilə tamaşaçılara gülüş bəxş etmişdi.

dinamo-kiev-1985-86-web-1.jpg (224 KB)

Əslində o zamanlar Kiyev “Dinamo”sunu çıxmaq şərtilə SSRİ komandalarının heç biri Avropa arenasında uğurlu çıxış edə bilmirdi, az qala hər il çempion olan Moskva “Spartak”ı “Rapid”ə, “Sparta”ya, “Styaua”ya uduzurdu. “Zenit”, “Dinamo” (Moskva), “Torpedo” da onun kimi.

Heç kim inana bilməzdi ki, vaxt gələcək, SSRİ çempionatının gücülülər dəstəsinin A qrupunun B bölməsində oynayan, eləcə Azərbaycanda rayon komandaları ilə yarışan “Məhsul” adlı komanda böyüüyb “Qarabağ” adı alacaq və Avropa ölkələrinin çempionlarını ard-arda məğlub edəcək. Bu gün “Qarabağ” Polşa, İsveçrə, Macarıstan çempionlarını yarışdan kənarlaşdırıb.

Gəncəli Natiq sağdırsa, yüz faiz “Qarabağ” azarkeşidir, intəhası, ola bilər, o, yenə də narazıdır, oturub-durub deyir ki, bir dənə “Qarabağ”dır, qalanları heç nə.

Amma elə də deyil, rəqabət olan yerdə inkişaf var. Ötən həftə “Neftçi” də “Rapid”i meydançada əsir-yesir etmişdi, 5-6 qol vura bilərdi, amma iki qolla kifayətləndi.

Bu iki komanda qabağa düşüb irəli getsələr, qalanları da onları ardınca gedəcək.

Bəs “Qarabağ” uğurunun sirri nədədir? Belə baxanda burada sirr-filan yoxdur. Klub öz işini düzgün qurub: seleksiya işlərini yaxşı aparır, baş məşqçi Qurban Qurbanovun fəhminə, biliyinə güvənir, onun səlahiyyətində olan məsələlərə müdaxilə etmir, komandada əsgəri nizam-intizam hökm sürür, rəqiblər düzgün təhlil edilir, oyunçular hansısa rəqib haqqında müzakirə apararkən “eh, bu zəif rəqibdir, bunu 7-8 nəfərlə udarıq” kimi havalara girmirlər və sair və ilaxır.

44.JPG (38 KB)

Bir aralar Aleks Fergüsson “Mançester Yunayted” üçün kim idisə, bu gün Qurban Qurbanov “Qarabağ” üçün odur. Klub rəhbərliyi eksperiment eləsin, Q.Qurbanovu baş məşqçilikdən kənarlaşdırsın, ondan sonra görün “Qarabağ” uğur seriyasını davam etdirə bilirmi.

İdarəetmədə sabitlik, eyni zamanda yeniliklərə açıqlıq, daima öz üzərində çalışmaq, təkmilləşmək, yeni uğurlara can atmaq önəmlidir, əvvəl-axır uğur gətirir.

Bu yerdə istər-istəməz adamın yadına bir il “Qalatasaray”ı, ertəsi il “Beşiktaş”ı Türkiyə çemöionu edən, Avropa liqalarında mərhələ adlayan məşqçi Mirça Luçeskonun hər iki halda yenicə isnişdiyi komandadan göndərilməsi düşür. O zaman Luçesku belə bir sitəm etmişdi: “Bir məşqçinin əldə edə biləcəyi ən böyük nailiyyət komandasını çempion etməkdir. Mən bunu etmişəm, amma yenə də komandamdan göndərilirəm”. Əvəzində bu şəxs gedib “Şaxtyor”u UEFA çempionu etdi. Yaxşı mütəxəssisin qədrini bilmək lazımdır, “gözəlim, sən gözlə, gedim gözəl axtarım, tapmasam, sən burdasan” avantürasına qapılmaq uğursuz siyasətdir.

salam.jpg (92 KB)

“Qarabağ”ın futbol meydanında qazandığı qələbələr böyük ölçüdə ictimai-siyasi əhəmiyyət daşıyır. Bu, bütövlükdə xalqın toparlanmasını, həmrəyliyini, özünəinamını artıran amildir. Xalqımız böyük Qarabağ zəfərinə “Qarabağ”ın xırda qələbələrindən güc ala-ala yetişdi. Artıq “Qarabağ” da böyük qələbələr qazanır, Azərbaycan da. Bu komandanın azarkeşləri ona görə çoxdur ki, xalq “Qarabağ”ı təkcə futbol taqımı saymır, həm də Azərbaycan ordusunun taqımı sayır.

Anadolu türkləri futbol komandasına da “taqım” deyirlər, hərbi hissəyə də.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости