Свобода людям, независимость нациям!

Odla oynayan Momika – O, Quranı yandırmaqla Riksdağ deputatı olmaq istəyir

1434 15.08.2023 09:15 Колумнисты A A

 

Əslən İraqdan olan təxribatçı Salvan Momikanın dünya müsəlmanlarının müqəddəs kitabı olan Qurani-Kərimə qarşı vandal hərəkətləri davam edir.

Dünən o, parlament binası qarşısında Quranı nümayişkaranə şəkildə təhqir edib, əvvəlcə ayağını kitabın üstünə basıb, sonra onu yandırıb və meqafonla bağırıb ki, İsveçdə İslam dini qadağan olunana qədər bu aksiyalarını davam etdirəcək.

Bu dəfə Momikanın mühafizəsi daha güclü olub. Hökumət orqanlarının sanksiyalaşdırdığı vandalizm aktında təxribatçının başının salamatlığını qorumaq üçün parlament binası önünə 10-u zirehli olmaqla 20 avtomobil və 150 polis cəlb edilib.

Qeyd edək ki, bu qədər texnika və bu sayda polis mühafizəsi nəinki İsveçin baş nazirini, heç İsveş kralını da qorumur. Bu, dolayısı ilə İsveç hökumətinin bir təxribatçıya nə qədər önəm verdiyini, onun təhlükəsizliyinin qayğısına necə qaldığını göstərir.

salvan=3.JPG (55 KB)

Momika vandal hərəkətlərini davam etdirən zaman ona mane olmaq istəyən bir nəfər polis qüvvələri tərəfindən dərhal götürülüb. Adamı “təxribat törətmək istəyən şübhəli” kimi polis bölməsinə aparıblar.

Yeni “aksiya”sında Salvan Nəcim adlı iraqlının köməyindən istifadə edən Momika ayaqlarını İran prezidenti İbrahim Rəisinin və İraqdakı islami hərəkatın lideri Müqtəda əs-Sədrin fotoşəkilləri olan kağız parçası ilə silib. Bu, onun əsas hədəfinin şiə müsəlmanlar olduğunu göstərir, ancaq Quran təkcə şiələrin deyil, bütün müsəlman təriqətlərin müqəddəs saydıqları kitabdır.

Bir çoxları Momikanın özünün İraqdan olmasını nəzərdə tutaraq hesab edə bilərlər ki, o da ən azı keçmişdə müsəlman olub. Amma elə deyil. 37 yaşlı Momika Mosulda anadan olub, xristiandır və böyük ehtimalla yezidi kürdlərin, yaxud o bölgədə kompakt halda yaşayan etnik azlıqlardan birinin, məsələn, assurilərin (aysorlar) nümayəndəsidir. O, İsveçə sığınmazdan əvvəl qədim Assuriyanın paytaxtı sayılan Nineviyada xalq könüllüləri dəstəsinin üzvü olub.

444salvan.JPG (50 KB)

Momikanın bu cür silsilə vandal aktları həyata keçirməsinin hansısa qüvvələrin sifarişi olması ehtimalını kənara qoymadan demək gərəkdir ki, onun özünün də siyasi ambisiyaları və hədəfləri var. Momika İsveç Demokratlar Partiyasının üzvüdür və yaxın gələcəkdə baş tutacaq parlament seçkilərində seçicilərin səsini alaraq Riksdağın deputatı olmaq istəyir.

Salvan 1 ildir üzvü olduğu partiyanı İsveç dəyərlərini müdafiə edən yeganə partiya adlandırır. Partiyadan onun o qədər də aktiv üzv olmadığını bildirirlər.

Amma o, necə aktiv üzv deyil ki, artıq bütün İsveç ondan danışır, bütün müsəlman dünyası onu tanıyır və təxribatçı hərəkətlərini izləyir. Əgər isveçli seçicilər onu “haqq-ədalət uğrunda yorulmaz mübariz” hesab etsələr, Salvan Momika gerçəkdən də deputat seçiləcək. Hərçənd artıq sosial şəbəkələrdə yerli adamlar ona qarşı qruplar yaradıblar və hesab edirlər ki, bu şəxsin hərəkətləri dümya müsəlmanlarının qəzəbini İsveçə foluslaşdıra bilər.

Salvan Momika bu yaxınlarda İsveçin məşhur qəzeti “Aftonbladet”ə müsahibə verərək, bir daha Quran yandırmaq niyyətində olmadığını və bunun əvəzinə siyasətə girmək, deputat olmaq istədiyini söyləmişdi. Ancaq dünənki təxribatı ilə o, sözünü tutmadığını göstərib, ya da düşünüb ki, onun siyasətə daxil olması üçün ən optimal yol Quran kitablarını yandırması ola bilər. Demokratlar Partiyasından onun üzvlüyünə və ya parlament üzvü olmaq ambisiyalarına münasibət bildirilmir, eləcə onun məlum davranışının partiyanı təmsil etmədiyini deyirlər. İDP hökumətə dəstək verən partiyadır.

sddefault.jpg (38 KB)

Salvan Momikanın əsas dəstəkçisi Quranın yandırılmasını dəfələrlə müdafiə edən Riçard Comşofdur və o parlamentin ədliyyə komitəsinin sədridir. Comşof mediaya verdiyi müsahibədə Quranın yandırılmasıa qarşı etiraz və tənqidlərin islamçı diktaturalardan gəldiyini bildirib.

Elə çıxır ki, əgər bir ölkəni diktatorlar idarə edirsə, onun müqəddəs dəyərlərini təhqir etmək olar.

Salvan Momika ümid edir ki, o, Riçard Comşofla həmkar olacaq.

Maraqlıdır ki, İraqda olarkən o, dələduzluq da daxil bir neçə cinayət işində ittiham olunub, amma fərasətli tərpənərək vaxtında aradan çıxıb. İraq rəsmi olaraq İsveçdən onun İraqın cinayət məcəlləsinə uyğun olaraq mühakimə olunması üçün vətənə qaytarılmasını istəyib. Görünür, Momika Quranı yandırmaqla həm də İraqa yolunu bağlamaq fikrindədir. Çünki indiki halda onu təkcə dələduzluğa görə mühakimə etməyəcəklər, həm də İslam dəyərlərini təhqir etməyə görə mühakimə edəcəklər və bunun da cəzası edamdır.

salvan1.JPG (48 KB)

İsveç isə öz ölkəsində edam cəzası kəsilə biləcək şəxsləri geri vermir.

Ancaq bu dövlət keçmişi ləkəli olan bir şəxsin öz yeni avantürasına İsveç boyda ölkəni alət etməsinin qarşısını ala, onun vandal aksiyalarını sanksiyalaşdırmaya bilərlər, fəqət onu da etmirlər, hətta təxribatçını 10 zirehli avtomobillə, qoşunla qoruyurlar.

Momika isə tarana gedir. Bir gün dini fanatlardan biri ona hücum edəcək, o zaman ölkənin və qitənin anti-islamçıları müsəlmanların üzərinə yeni hücuma başlayacaqlar.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости