Свобода людям, независимость нациям!

O üzdən İraq...

2475 31.08.2022 13:00 Колумнисты A A

İraqda baş verən iğtişaşlar barədə təfərrüatlı xəbərləri oxuyanda hər abzasda adamın gözünə “İran”, “ayətüllah”, “müdaxilə” kəlmələri dəyir.

Bu, birmənalı olaraq onun göstəricisidir ki, İraqda baş verən siyasi qarşıdurmalarda, ictimai xaosda İran dövlətinin əli var.

İraqın Səddam Hüseyn tiraniyası dönəmində yaşadığı vaxt belə şey yox idi, nə oldusa, ondan sonra oldu. Ona qədər bu iki dövlət arasında qanlı müharibə və dərin düşmənçilik vardı.

İraq işğala məruz qalıb zəiflədikcə, milli qruplar muxtariyyat və azadlıqlar qazandıqca, məzhəb konfessiyaları istibdad basqısı altından çıxdıqca, ölkənin süni şəkildə əldə edilmiş monolitliyi pozuldu və İran öz təsir qruplarını bu ölkəyə sızdıra bildi. Bu gün İraq o üzdən o gündədir.

3412df7dd80eda353a3cd6f55ea04317_98427_69.jpg (321 KB)

Bir indi deyil, uzun illərdir ki, İran qonşu dövlətlərə islam inqilabı ixrac etmək, əli çatan kiçik ölkələri öz nüfuz dairəsinə salmaq istəyir.

Hələlik o dövlətin bu sahədə xüsusi bir uğuru yoxdur, bir cənubda Yəmənə əli girir, bir az Livanda halaypozanlıq edir, bir də Suriyada boy göstərə bilir. Birincidə rəsmi Tehran Səudiyyə Ərəbistanının müqaviməti ilə üzləşir, ikincidə Fransanın, İsrailin, üçüncüdə - Türkiyənin, ABŞ-ın, digər dövlətlərin.

İranın ixrac etmək istədiyi islam inqilabının sirayətedici xüsusiyyəti ona görə aşağıdır ki, şiə məzhəbçiliyinə dayanır və ətrafdakı sünni məzhəbinə etiqad edənlər bu “inqilab”a xor baxırlar, şiə camiələri isə mötədildirlər, fanatizmdən uzaq olmağa çalışırlar.

Hər kəs onu da bilir ki, İranın əsas məqsədi heç də şiəliyin bayrağını yüksəklərə qaldırmaq deyil, əsl məqsəd bundan istifadə edərək paniranizmi, fars millətçiliyini yaymaq, regionda hökmran hala gətirməkdir.

333.jpg (167 KB)

İran “böyük və qüdrətli dövlət” olmağın yolunu şiə məzhəbinin arealını genişləndirməkdə görür. Onun şiə məzhəbinə etiqad edənlərin yaşadığı areallara nüfuz etmək, tərəfdar toplamaq ehtirası bu üzdəndir.

İranın ölkəmizdə şiə təəssübkeşliyini şiddətləndirməsi, özünə tərəfdarlar kontingenti, “inqilab təəssübkeşləri korpusu” formalaşdırması çoxdan heç kəsə sirr deyil.

Bu, göz-görəsi aparılan prosesdir, ölkənin əksər rayonlarını əhatə edir və bəzi mahallarda xüsusilə güclüdür. Məsələn, Gəncə və Gəncəbasar hələ 20 il öncədən “İmam Hüseyn şəhəri” elan edilib. Bu zonada insanların dini hissləri zaman-zaman qızışdırılır. Bir neçə il öncə isə bu, ən pik nöqtəyə çatmışdı.

444.jpg (76 KB)

Bundan başqa, müşahidəçilər bildirirlər ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı rayonlarda İranın təsiri ölçüyəgəlməz həddədir. Belə görünür ki, Gürcüstan hökuməti bu fəallaşmanı özünə qarşı təhlükə hesab etmir, ona görə də iranlı missionerlərin fəaliyyətinə yaşıl işıq yandırır.

Ancaq biz bilirik ki, dini fanatizmin şiddətlənməsi, xurafatın, mövhumatın artması xeyirliyə olan əlamət deyil.

Beyni dini ehkamlarla doldurulmuş, sağlam düşüncədən məhrum edilmiş, zombiyə çevrilmiş fanatiklər bütün hallarda onları idarə edənlərin əlində alətdir. Belələrini fitvalayıb öz dövlətinə, öz ölkəsinə, xalqına qarşı qoymaq olduqca asandır.

Suriyada, İraqda, Əfqanıstanda ölümə göndərilən, məscidlərdə qırğın törədən adamlar məhz həmin zombilər idi. Düşünmək qabiliyyətini itirmiş bu adamlar onların belinə “şəhid kəməri” bağlayanlardan heç vaxt soruşmurdular ki, partlayış törətməklə cənnətə düşmək nağddırsa, nədən onlar öz əzizlərinə, oğul və qardaşlarına belə səadət bəxş etmirlər.

Bir sözlə, Şərqdə həm öz dövlətini böyütmək, gücləndirmək istəyənlər, həm hakimiyyətə gəlmək fikrində olanlar, həm də hakimiyyətini qorumaq istəyənlər din, məzhəb amilindən sui-istifadə edirlər.

Bu, keçmişdə dəfələrlə sınaqdan çıxarılıb. Padşahlar olub ki, şiəçiliyi qılınc gücünə yaymaqla regionun ən böyük imperiyasını qurublar.

Qurulmuş imperiyada hakimiyyətə gəlmək istəyən inqilabçılar din amilindən istifadə edərək bütün müxalifətçi həmkarlarını üstələyiblər.

888.jpg (381 KB)

İndi biz dövlət olaraq belə bir təhlükə ilə üz-üzəyik. Açıq gözlə görünür ki, ölkəmizi din-məzhəb amili ilə qarışdırmaq istəyirlər. Bu müstəvidə vaxtaşırı baş verən təxribatlar, xoşagəlməz söz-söhbətlər, qaşınmayan yerdən qan çıxarmağa çalışmalar bu üzdəndir. Parlaq nümunə: İraq.

Əgər biz ölkəmizin bir gün Yəmənə, Livana, İraqa dönməsini istəmiriksə, hamılıqca ağıllı və ayıq-sayıq olmalıyıq, heç kəsin əlində maşaya çevrilməməliyik. Buna hazır olan, ya bilərəkdən, ya da nadanlıqdan qol qoyanlar olarsa, qolundan tutub ayıltmalıyıq. Kiminsə adı o “41 nəfərlik siyahı”ya düşəndən sonra gec olacaq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости