Свобода людям, независимость нациям!

“O qədər qəliz danışır ki, bilmək olmur nə deyir...” - Paşinyanın sülh “performansı”  

2096 04.03.2023 16:33 Колумнисты A A

Nikol Paşinyan yenə həmişəki ampluasındadır. Hansı ki, nə zavallı erməni xalqına, nə də ümumən regiona yaxşı bir şey vəd eləmir.

Budəfəki “performansı”nı isə o, Almaniyada göstərib. Amma çifayda, harada olur-olsun, həmin Paşinyandır ki var. Bəzən ağzından çıxdığını qulağının fərq eləmədiyi həmənki siyasi təlxək, dilində bir, ağlında ayrı şey olan oyunbazdır.

Çox vaxt da qəsdən, Məşhədi İbadın sözü olmasın, “o qədər qəliz danışır ki, bilmək olmur nə deyir”.

Misal üçün, bir yandan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün az qala əldən getdiyini bəyan edir, “sülh yolundan dönsək, Ermənistan məhv olar” söyləyir, digər yandan da öz hərəkət və əməli ilə sülhün tam əleyhinə çalışır.

“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam. Lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd yox, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır”.

Bu çoxbaşlı ifadəni erməni baş nazir dünən Almaniya səfəri çərçivəsində yerli auditoriya ilə təmas zamanı söyləyib.

Nə demək indi bu? Bakının təklif elədiyi və İrəvanın da guya etiraz bildirmədiyi 5 məlum baza prinsipindən görəsən hansı biri belə bir narahatlığı yaradır qarşı tərəfdə?

Ermənistan onsuz da kapitulyant ölkədir. Bunu Nikol Paşinyan 2020-ci ilin 10 noyabrında təsdiqləyib. Bəlkə sülh sazişinin mətninə mütləq “miatsum”la, Qarabağla bağlı hansısa element əlavə eləməliyik ki, erməni tərəfi onu “kapitulyasiya sənədi”nə bənzədib də özünü təhqir edilmiş saymasın?

Bişəkk, elədır. Yəni söhbət yenə sülh müqaviləsindən yayınmaq cəhdindən gedir. Yoxsa ki, sırf beynəlxalq hüquqa əsaslanacaq sülh müqaviləsi erməni xalqını niyə aşağılasın ki?

Bunun başqa adı əlbəttə ki, Azərbaycana qarşı ərazi iddiasını gündəmdə saxlamaqdır.

Nikol beləcə, aktyorluğunu davam etdirir. Həm özünü avropalılara “sülh göyərçini” kimi təqdim edir, həm də sülhün yalnızca Ermənistan üçün sərfəli variantını ədalətli sayacağına işarə vurur. Bu isə müharibənin bərpasına aparan ən qısa yoldur. Çünki aydındır ki, Azərbaycan hayların təsəvvüründəki “sülhə” imza atmayacaq!

Yaxud Nikolun Almaniyada oturub Azərbaycan ictimaiyyətindən kömək istəməsi kimi başqa bir riyakarlığı.

Sitat: “Biz müsbət gələcəyə, regionumuzun gələcəyinə diqqət yetirməliyik. Çünki Cənubi Qafqazın üç dövləti - Ermənistan, Gürcüstan və Azərbaycan arasında çox güclü mədəni oxşarlığın olması faktdır. Və biz müsbət cəhətlərə diqqət yetirməliyik. Sülh gündəliyi mənim öhdəliyimdir və bunun üçün Azərbaycan ictimaiyyətindən də müəyyən dəstək almaq istərdim”.

Adamda sifət həqiqətən yaxşı şeydir. Doğrudanmı bu dəstəyi uman Nikoldur? Həmin bu Nikol Paşinyan 44 günlük müharibə zamanı Gəncədə, Bərdədə, Tərtərdə başına uzaqmənzilli raketlər yağdırdığı Azərbaycan toplumundan indi köməkmi istəyir? Məgər hələ də ona çatmayıb ki, bölgəni əsrlərdir qarışdıran kim, hansı millətdir? Hansı xalq bu məqsədlə rusun, fransızın, ingilisin əlində vaxtaşırı maşaya çevrilir, onların altına yıxılır, özünü satışsa çıxarır?!

Azərbaycan ictimaiyyətinin Paşinyana dəstəyinə gəlincə, Ermənistana uzatdığımız kömək əli 3 ildir havada. Amma əbədi qalası da deyil. Zira, bizim köməyimiz ermənilərin arzuladığı hansısa ərazi güzəşti şəklində olmayacaq! Əlimizi uzadaq, qolumuzu da qoparsınlar – bir daha bu “lüksü” onlara tanımayacağıq! Bunu Nikol və komandası, bütövlükdə erməni toplumu və onun radikal-revanşist kəsimi, erməni kiləsi və erməni lobbisi qulağında gərək həmişəlik sırğa eləsin.

Yəqin ağılları yenə sovet dönəminə, Nəriman Nərimanov dövründə onlara edilən və hələ də altını çəkdiyimiz böyük torpaq hədiyyələrinə, bir də 100 il öncəki (2023, iyul) Qarabağ ermənilərinə əsassız şəkildə muxtariyyət statusu verməyimizə (DQMV) gedib.

Boşuna gözləntilərdir. Belə “tort” və “dadlı konfetlər” bir daha olmayacaq!..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости