Свобода людям, независимость нациям!

O gün bu gündür! Yeni ilə Qarabağla gedirik!

1498 31.12.2020 09:55 Колумнисты A A

Həmrəy olduq, bir olduq, təqvimlərimizi taleyimizi yenidən yazdıq! 

Yeni təqvim ilinə ciddi və milli nəticələrlə gedirik!

Qarabağla gedirik!

Ötən ilin bu zamanı ilə müqayisədə, yeni bir Azərbaycandayıq.

2020-ci ildə dünya geriyə, biz irəliyə getdik, bunu millət -dövlət olaraq, bacardıq!

Şuşa, Ağoğlan, Xudafərin, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Kəlbəcər, Laçın azad olundu!

Onların getdiyi günləri əzbər bilirdik!

Bilməyənləri özümüzdən saymazdıq!

İndi onların azad olunan günlərini əzbərləməliyik!

Bilməyənlər də bizdəndi...

Yüzlərlə kənd, oba, yaylaq, dağ, meşə...azad edildi!

Xankəndi, Xocavənd, Ağdərə, Xocalı gələn ilki milli vəzifələrimiz oldu!

Ordumuzu və Bayrağımızı çox sevdik, bu il!

Bir də Şəhidlərimizi!

Bir də Türkiyəmizi!

Və Pakistanı!

Və Ali Baş Komandanımızı...

Özümüzü yenidən tanıdıq!

Qonşuluqdakı, yanıbaşımızdakı dəcəl, "tik-tok"çu uşaqlar əsgər oldular, qəhrəmanlıq dastanları yazdılar.

Çoxlu video çəkdilər.

Qazi və Şəhid oldular!

Vətən müharibəsinin səlnaməsini yaratdılar.

Biz Vətən müharibəsini onların ifasında çox sevdik, onların sayəsində həm də yaşadıq!

Şəhid Xudayar Yusifzadənin ifasını sevdiyimiz qədər sevdik!

Biz də Şəhidlərlə bərabər öldük, Qazilərlə bərabər dirilidik...

Şəhid Anaları ili oldu, 20-ci il.

Oğullarının qanı ilə yazdıqlarını onlar nəfəsləri və göz yaşları ilə Vətənə, Millətə halal buyurdular.

Düşmən dediyimizi darmadağın etdik.

Düz etdik, haqq etdik!

Az belə etdik!

"Nooldu, Paşinyan"...dedik və savaşa savaşa güldük.

Düşmənə çox güldük...

30 il idi bu günləri gözləyirdik.

Davamız, savaşımız yeni nəsillərə keçdi və onlar bizdən daha cəsur oldular.

200 illik gerisayım durdu!

...Bu gün ilin son günü!

Sabah yeni təqvim ilindəyik!

İddiamız gözləntimizdən böyükdür!

Qələbəni dadmışıq, bizi heç nə durdura bilməz!

Xankəndinə bayraq sancacağımız il xoş gəlir!

Qarabağı yenidən quracağımız, Şuşaya köçəcəyimiz il mübarək olsun!

Dünya Azərbaycanlılarının 1-ci və gerçək Həmrəylik Günü qutlu olsun!

Allah ordumuzu bayrağımız və dövlətimizi hər zaman ucalarda qərar versin

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости