Свобода людям, независимость нациям!

Nikol Bakıdan inciyib – Azərbaycan o “minanı” öz altına qoymayacaq!  

5479 22.04.2023 17:03 Колумнисты A A

Siyasi təlxəklərin parlaq nümayəndələrindən olan Nikol Paşinyan deyəsən özünü həm də qanmaz yerinə qoyub. Nə danışdığını daha fərq eləmir. Bir də sanki öz bədbəxt xalqı ilə məzələnməyə and içib.

Adamın vaxtaşırı “sülh damarı” necə tutursa, ağzından çıxanı qulağı duya bilmir. Yenə iddia edib ki, Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Amma hansı sülhə?

Nikolun dilindən eşidək: “Mən günü bu gün Azərbaycana göndərdiyimiz sənədi (sülh müqaviləsinin layihəsi – Z.S.) imzalamağa hazıram. Amma Azərbaycan yolladığımız kağızı (variantı – Z.S.) qəbul etmir”.

Erməni baş nazir bu gileyini parlamentdə dünənki çıxışı zamanı izhar edib.

“Ona görə də nə edəcəyimizə gərək qərar verək. Biz hesab edirik ki, Ermənistanın gələcəyi ilə bağlı qərarlar qəbul etmək üçün kifayət qədər legitimliyimiz və mandatımız var”, - Paşinyan əlavə edib.

Xatırladaq ki, söhbət Bakının irəli sürdüyü 5 məlum baza prinsipi əsasında sülh müqaviləsi variantına Ermənistan rəhbərliyinin elədiyi təxribatçı əlavələrdən gedir. Hansı əlavələr ki, həmin prinsipləri faktiki mənasız, sülh anlaşmasını isə mümkünsüz edir.

Nəticədə ortaya Niklolun haqqında söz elədiyi “erməni variantı” çıxıb – özünün “status özəllikləri” ilə birgə. Və Nikol Vovayeviç xəyal edir ki, biz belə bir “sülh variantı”nı qəbul edəcək, hələ ona ermənicə “sağ ol” da deyəcəyik...

Erməni həyasızlığı gerçəkdən əndazə tanımır. Görəsən, nə vaxtdan məğlub tərəf qalibə sülh diktə edir, şərt qoyur? Yanılmırıqsa, tərsinə olmalıdır axı. Hərçənd, qalib Azərbaycanın 5 prinsipi tamamən beynəlxalq hüquqla səsləşir, yəni onlara şərt də demək olmaz. Bu, olsa-olsa, beynəlxalq hüququn, BMT Nizamnaməsinin elementar tələbidir. Azərbaycan bununla “velosiped”-zad kəşf eləməyib.

Erməni xalqının Paşinyan və partiyasına verdiyi sülh mandatına gəlincə, doğru, onun müddəti bitməyib. Amma çifayda? Ermənistan iqtidarı ki, ondan 3 ildir gərəkəni eləmək üçün faydalanmır. Vaxt isə gedir, saat tıqqıldayır. Əgər N.Paşinyan və komandası ona verilən etimad mandatından ən əvvəl öz xalqını sülhə hazırlamaq üçün yararlanmasa, onda üçüncü müharibəyə hazır olsun. Çünki istənilən sülhün alternativi hərbdir.

Nə vaxt haylara bu bəsit həqiqət çatsa, onda bəlkə ağ günə çıxalar. Paşinyan “sülh təklifləri” adlandırıdığı o kağız parçasını da qoy aparıb evindəki tualetə qoysun. Bəlkə nəyəsə gərək ola. Yoxsa gerçəkdən zənn edir ki, Azərbaycan 1923-cü ilin iyulundakı səhvi təkrarlayıb öz altına təzədən “gec partlayan mina” qoyacaq?..

“ATƏT-in Minsk qrupunun həmsədrləri bir-biri ilə kəlmə kəsmir”.

Bunu da Paşinyan müxalif deputatların Minsk Qrupunun himayəsi altında danışıqlar getmədiyi ilə bağlı iradlarına cavab olaraq söyləyib.

“Minsk Qrupunun həmsədrləri bir-biri ilə küsülüdür. Mən onunla danışmayacağam, onunla bir masada oturmayacağam” deyirlər. O zaman siz bizə deyin, həmsədr ölkələri bir masa arxasında oturmağa necə vadar edək”, - deyə Nikol opponentlərinə əslində ritorik bir sual ünvanlayıb.

Heç cür. Buna lüzum da yox! Nə vaxt ölülər dirilsə, Minsk Qrupu da xortlayar.

Minsk Qrupunun “kitabı” isə yalnızca Ukrayna müharibəsinə görə bağlanmayıb ki. Səbəblərdən biri və birincisi onu tarixin arxivinə göndərən Azərbaycan dövlətinin prinsipial mövqeyidir. Hətta möcüzə baş versə və həmsədrlər təzədən bir araya gəlsə belə, heç nə dəyişəsi deyil. Çünki onları Bakıda kimsə gözləmir.

İkincisi, ermənipərəst həmsədrlər eyni masa ətrafında oturub da nədən danışacaqlar? “Gorbagor” olmuş statusdan, yoxsa separatçıların çəhrayı arzusundan - “öz müqəddəratını təyinetmə haqqı”ndan? Buna da Azərbaycan imkan verməyəcək. “Başına gələn başmaqçı olar”.

Odur ki, Nkol da daxil, bütün küsülülər, Bakıdan və bir-birindən giley-güzar edənlər arada gedib sərin su içsinlər...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости