Свобода людям, независимость нациям!

Naxçıvandan Zəngəzur XƏBƏRDARLIĞI - iki qüdrətli ölkənin qarşısında hansısa Ermənistan duruş gətirməyəcək

1049 27.09.2023 14:24 Колумнисты A A

Son günlər bir-birinin ardınca o qədər möhtəşəm hadisələr baş verir ki, bəzən sıralayıb incələməyə də kifayət qədər zaman bəs eləmir.

27 sentyabr 2020-ci ildə yenidən doğulan, iki əsrlik məğlubiyyətlər seriyasına son verib, şərəf tariximizin zəfərlərlə dolu səhifələrini yazan Azərbaycan xalqı müzəffər Ali Baş Komandanı, Sərkərdəsi ilə, şanlı Ordusu ilə fəxarət duyur. Bu müqəddəs yolda şəhidlərimiz oldu, amma onlar Azərbaycanın yenidən yaradılışına vəsilə olduqlarına görə əbədiyyət haqqı qazandılar, ölməzdirlər, daim yaşayacaqlar!

KOMANDAN.jpeg (201 KB)

Şükürlər olsun ki, bu tarixi dönəmdə tək olmadıq, ötən əsrin əvvəlki sınaqlarda olduğu kimi, bu dəfə də bizimlə çiyin-çiyinə qardaşımız var – Türkiyəmiz! Bu mənada Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü – özü də bu görüşün bir qərinədir blokada vəziyyətində olan Naxçıvanda baş tutmasının iqtisadi amillər bir yana, böyük tarixi əhəmiyyəti, həm də rəmzi mənası var. Naxçıvan nə qədər sınaqlara dözüb. Böyük Mustafa Kamal Atatürk zamanında qızıl pullarla Naxçıvana Mehridən, Araz çayının üzərindən 11 km enində dəhliz yolu almasaydı, kim bilir, nələr baş verərdi. Nicat yolu, xilas yolu oldu o yol.

NAXCEVAN.jpg (126 KB)

Və 21-ci əsrdə “Bir millət, iki dövlət”in iki böyük lideri növbəti dəfə bir arada, həm də Naxçıvanın inkişafı naminə növbəti iri layihələrin əsasını qoydular. İki qardaş ölkənin arasında körpüyə çevrilmiş Türk yurdunu, Qars Müqaviləsi ilə Osmanlı Türkiyəsi tərəfindən təhlükəsizlik təminatının verilməsi sayəsində qoparılması mümkünsüz olan məmləkətimizin ayrılmaz parçasında! Ən əsası, Naxçıvandan dost və düşmənə ismarıclar göndərildi, xüsusilə də torpaqlarımızda gözləri olanlara “gözünüzü oyarıq” - xəbərdarlığı idi bu, İrəvanın cəmi 40 km-liyindən!

Cəmi bir neçə gün əvvəl Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında “Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək” - bəyanatını verdi. Qürurlandıq, duyğulandıq, bir daha qardaşlığımızın əbədiliyinə əmin olduq! Heç bir şübhəmiz yoxdur ki, bundan sonra Azərbaycanın olmadığı ünvanlarda Türkiyə olacaqsa, bəsimizdir, demək biz də varıq! Həmçinin Azərbaycanın təmsil olunduğu məkanlardan həm də Türkiyənin səsi eşidiləcək, haqqı qorunacaq! Cənab Ərdoğan BMT tribunasından “Bir millət, iki dövlət” prinsipini dünyanın nəzərinə çatdırdı:

“Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik və Ermənistanın addımlarını şiddətlə qınayırıq” - deməklə həm işğalçıya, həm də onun havadarlarına xəbərdarlığını etdi. Dünyanın beşdən böyük olduğunu bir daha yadlarına saldı bəzi mərkəzlərin.

NAXCEVAN ESAS.jpg (106 KB)

Bütün bunlardan sonra Azərbaycandakı xoş qarşılanma, özü də 24 saatlıq antiterror tədbiri nəticəsində düşmənin Qarabağdakı tör-töküntülərinin məhvindən sonra baş tutan görüşdə bir başqa ovqat var idi. Təsadüfi deyil ki, Azərbaycan lideri Türkiyə prezidentinin qardaşlıq jestindən xüsusilə bəhs etdi, “Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verilməsi Türkiyənin növbəti qardaşlıq addımıdır” - söylədi. İlham Əliyev qürurla, məmnunluqla xatırlatdı ki, İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqı bizim yanımızda idi. Bildirdi ki, o zaman müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” kimi bəyanatın verilməsi bir çoxları üçün ciddi mesaj idi və dövlətimizin başçısı yaxşılığı heç zaman unutmayacağımızı növbəti dəfə bəyanladı. Bəli, hər birimiz xatırlayırıq, Tovuz döyüşləri başlayandan dərhal sonra R.T.Ərdoğan təkcə Ermənistana deyil, havadarlarına xəbərdarlıq etdi, bu hücumun Ermənistanın boyunu aşdığını söylədi və himayədarlara “müdaxilə etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz” - mesajını göndərdi. Bu, Azərbaycana bəs idi, çünki dövlətimizin rəhbəri dəfələrlə elan etmişdi ki, heç kəs qarışmasın, bizi Ermənistanla təkbətək buraxın, cavabını verək. Türkiyənin böyük güclərə xəbərdarlığı bu şansı yaratdı dövlətimizə, böyük zəfəri qazandıq.

Naxçıvandakı görüşdə Şuşa Bəyannaməsinə istinad edilməsi heç də təsadüfi deyildi. Axı, yenə də bölgədən əl çəkmək istəməyən, hansısa “missiya” yarlığı ilə Qarabağa soxulmaq istəyənlər var. Odur ki, Azərbaycan Prezidenti “Şuşa şəhərində imzalanmış müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizinçox fəal dövrünü yaşayırıq” - deməklə həmin mərkəzlərə, paytaxtlara xatırlatma etdi, “birdən çaşarsınız”, şəklində...

susa beyan.PNG (1.77 MB)

Naxçıvandan verilən bəyanatlar olduqca mühüm əhəmiyyətə malikdir. Bu gün Zəngəzurda konsulluq açmağa hazırlaşan Fransaya, bölgəyə missiya yollamaq istəyən ABŞ-a, Ermənistanla bağlı yenidən absurd iddialar səsləndirən cənub qonşumuza, həmçinin hərbçilərini daha uzun müddətə Qarabağda saxlamaq istəyən şimal qonşuya, ümumiyyətlə, hər kəsə “çata biləcək” mesajlar, prinsipial mövqelər var. Prezident İlham Əliyev qətiyyətlə bəyan etdi ki, Azərbaycan öz suverenliyini tam təmin edib, yəni bundan sonra kiminsə köməyinə, qətnaməsinə ehtiyac yoxdur, hər kəs işi ilə məşğul olsun. Sitat: “Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19-da isə suverenliyimizi tam bərpa etdik”. Bu, anlayan üçün kifayətdir. Yəni bitirin Laçın yolu söhbətini, qoyulan sərhəd qapısının açarı ev sahibindədir! Azərbaycan Ermənistan deyil ki, kadastr sənədi, kupçası olmasın, ciddi, sənəd-sübutlu dövlətdir!

19-20 sentyabr tarixli antiterror tədbirlərindən bəhs edərkən Prezident növbəti dəfə əminliklə məsələnin bitdiyini elan etdi: “24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir”. Tam aydın mətnlə bəyan olunan mövqedir, demoqogiyalara yer yoxdur artıq!

Qarabağdakı erməni əhalisinin taleyinə gəldikdə, sözünün, imzasının sahibi olan dövlət başçısı bildirdi ki, artıq Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməsinə başlanılıb. Yanacaq - neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardım edilir və bu, bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Eyni zamanda Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində - Naxçıvan zirvəsindən sonra Xocalıda növbəti görüş reallaşdı - görüş keçirilib. İlham Əliyev bəyan etdi: “Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcək”.

XOCALİ SON.jpg (304 KB)

Ermənilərdən “maşa” kimi yararlananlar daha nə istəyirlər? Azərbaycan dövləti Xankəndidəki yanğını söndürməkdən, erməni əhaliyə çörək, dərman aparmaqdan, yaralarını sarımaqdan tutmuş, hər cür humanitar dəstək verir. Əgər bu addımlar, belə insani münasibət ermənipərəstləri pərt eləyibsə, günahı özlərində axtarsınlar. Deməli, onlar Azərbaycan polisinin, ordusunun ermənilərin kütləvi qəbristanlığını salacağını gözləyirmişlər, yanıldılar! Türk tarixən kişi davranışları ilə seçilib, əliyalın adama silah çəkməyib, köməksizə yardım edib, Prezident Əliyevin rəhbərlik etdiyi Azərbaycan da bu kimi insanı addımları ilə şoka saldı düşməni və tərəfdarlarını!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı növbəti zəfərləri münasibətilə təbrik etməklə yanaşı, bildirdi ki, son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılıb. Sitat: “Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik”. Bu, 40 km-lik İrəvanda oturanlara növbəti şans pəncərəsidir! Uzaqdan eşitmədilərsə, iki Türk lideri lap yaxına gəldi, Naxçıvandan dedi ki, anlasınlar, fürsəti əldən verməsinlər, Kərkini, Qazaxın 7 kəndini işğaldan azad etsinlər, Zəngəzir dəhlizini özləri açsınlar! Yoxsa...

ZENGEZUR.jpg (68 KB)

Bax, Türkiyə və Azərbaycan ikinci yolu seçmək istəmir, dinc yolla çözülsün deyir. Necə ki, 3 il ərzində Qarabağdakı terrorçulara ağ bayraq qaldırın deyilirdi, eşitmirdilər. Bircə gün bəs elədi.

Naxçıvan Azərbaycanın əsas hissəsinə quru yolla birləşməlidir, bu, olmazsa, olmazdır!!! Prezident əbəs yerə xatırlatma etmədi: “Naxçıvan Azərbaycanın qədim diyarıdır. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir”.

İlham Əliyevin bu vaxtadək dediyi hansı söz icra olunmayıb, bəlkə ermənilər bilirlər? Sıra Zəngəzura çatdı. Özü də iki qüdrətli liderin birgə dediyi sözdür, üstəlik Turan yoludur, bu yolu bağlı saxlamağa hansısa Ermənistanın cürəti çatmaz!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости