Свобода людям, независимость нациям!

Müsavatın mitinqində Solovki fenomeni

5962 14.12.2014 19:25 Колумнисты A A



Müsavat, obrazlı desək, savaşda yaralanmış Aslan misallı, hələ sadəcə yalnız ayağa qalxdı. Varlığını və səsini duyurdu. Döyüşdən sağ çıxdığını, hələ yaşamaqda iddialı olduğunu göstərdi...Ağır və üzücü  bir mərhələ qapandı. Yenisi başlandı. Əsas olan budur. Əminəm ki, bu gün Meydana gələn müsavatçıların sayından daha çox adamın Müsavatdan gedəcəyini, bu təşkilatın param-parça olacağını gözləyirdi çoxları. İqtidar düşərgəsi də, elə AXCP qrupu da. Bugünkü mitinq bunun olmadığının, ən əsası isə, olmayacağının sübutu (kanıtı) idi. Nə fərqi var, yaralı Aslan -  Müsavat ayağa 500 nəfərləmi, 5000 nəfərləmi, yoxsa 5 nəfərləmi qalxır. Əsas olan budur -  qalxdı!

Belə tez olacağını dostlar qədər, düşmənlər də gözləmirmiş.  

Narazı, əsəbi müsavatçılara ikiqat təşəkkür düşür. Bütün olanlara rəğmən, təşkilata, ideyaya sədaqəti saxlamaq və düşmən sevindirməmək xidmətin ən böyüyüdür.  

Bütün şərtlərdə Müsavatda olan, Müsavatla olan dostlara isə hər iki dünyada 
Allahın lütfünü arzulayıram. Vallah, belə fenomenin anoloqunu tarixdə yalnız əski müsavatçılar göstəriblər ! Solovki düşərgələrində.  Ümidlərini və canlarını düşmənə qarşı son silah kimi işlədərək, ölümünə aclıq aksiyaları keçirib, şəhid olaraq.

Sizlərsə buradasınız, Bakıda. Ümid də var, Müsavat da, Vətən də, bir az Çörək də...Yanınızda da hər gün söydüyünüz qəzetiniz...

Üstəlik, proses də gedir...

Üstünə üstəlik... Bir gözəl başqanımız vardı... İndi ikisi birdən var. 

Şikayət edənə heç Solovki şəhadəti də nəsib olmasın....

P.S. Bu qeydləri elə mitinq meydanındaca çoxbilmiş telefonumla yazdım. Üzərində köşə yazaram dedim. Sonra qərara aldım ki, bundan da yaxşı köşəmi var...

Qeydlərin ortasında xeyli adamla danışdım... Adamların hamısı adamları sayırdı... Saydıqca da... Gördüm ki, bu boyda meydanda və bir "zon"luq adamın arasında məndən başqa sevinən yoxdu. 

İndi necə?

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости