Свобода людям, независимость нациям!

Müharibənin dəhşətli üzü - kütləvi aclıqdan necə xilas olmalı?

1197 25.05.2022 15:50 Колумнисты A A

Hələ sovet dövründə müəllimlərimiz deyirdi ki, bu gün dünyada bəşər əhlinin üçdə biri ac yatır.

Onlar belə deyəndə heç də ac yatan insanların artıq çəkidən xilas olmaq üçün pəhriz saxladıqlarını nəzərdə tutmurdular, açıq mətnlə deyirdilər ki, Yer üzündə qida, ərzaq çatışmazlığı var və milyonlarla insan yeməyə quru çörək tapmır.

O zamanlar da dünyada lokal müharibələr vardı, tez-tez planetin müxtəlif regionlarında ərazi münaqişələri, dövlət çevrilişləri olurdu, amma dünyada qaçqın-köçkünlərin sayı 10 milyona çatmırdı və ciddi humanitar fəlakət yox idi.

Bu gün BMT-nin açıqladığı son statistikaya görə, vətənindən, yer-yurdundan, ev-eşiyindən didərgin düşmüş insanların sayı 100 milyonu aşıb.

555.jpg (312 KB)

İndi dünyada müharibə ocaqları da çoxdur. Müharibə demək, təkcə ölüm-itim, dağıntı, qan-qada demək deyil. Müharibənin “aclıq”, “qıtlıq”, “səfillik”, “kütləvi dilənçilik” kimi sinonimləri də var. Müharibə bəşəri fəlakətdir, minlərlə, milyonlarla insanın iztirabı deməkdir.

Ən pisi odur ki, hazırkı müharibə lokal xarakterli deyil. İlk baxışdan elə görünsə də, savaşanlar arasında dünyanın böyük dövlətləri var. Yer üzünün ərazicə ən böyük dövlətinin - Rusiyanın başlatdığı müharibənin qarşı cəbhəsində Avropanın qüdrətli dövlətləri durur. Onlar bu və ya digər şəkildə müharibənin içindədirlər.

Belə bir vaxtda BMT də, digər ölkələrin siyasi və humanitar təşkilatları da dünyanı gözləyən aclıq fəlakətindən, görünməmiş qıtlıqdan, ərzaq çatışmazlığından bəhs edirlər və haqlıdırlar.

5500.jpg (143 KB)

Özümüzdən götürək, 28-30 il öncə Qarabağın geniş və münbit torpağa malik rayonlarının erməni işğalının altına düşməsi ölkəmizdə ərzaq böhranı yaratmışdı. Halbuki təkcə Qarabağ rayonlarında istehsal edilən taxıl və heyvandarlıq məhsulları bu ölkənin tən yarısını qida ilə təmin etməyə qadirdir.

İndi də Ukraynanın Avropa və Afrikanın bir yarısı üçün “taxıl anbarı” rolunu oynayan vilayətləri ya işğal altındadır, ya da döyüş meydanına çevrilib. İndi oralarda traktorlar, kombaynlar işləmir, tanklar, ZTR-lər manevr edir, torpağa günlərlə davam edən çiskin yağışlar yağmır, mərmilər dolu (“Qrad”) kimi tökülür.

Belə olan halda gözünü Ukraynanın bərəkətli torpağında yetişəsi sarı sünbüllərə digər ölkələrin halı necə olacaq? Böyük ehtimalla qıtlıq yaşayacaqlar. Təkcə Kanada və Qazaxıstan dünya əhalisini yedirdəcək potensiala malik deyil.

Dünyanın yarısını ərzaqla təmin edə biləcək bir ölkə də var - Rusiya. Fəqət bu ölkənin milyonlarla hektar əkinə, heyvandarlığa yararlı torpaqları boş qalıb, əkib-becərən yoxdur, bütöv rayonlar, vilayətlər tərk edilmiş durumdadırlar.

666.jpg (11 KB)

Bəzən belə bir yanlış fikir irəli sürülür ki, Rusiyanın relyefi, iqlimi kənd təsərrüfatı üçün yararsızdır. Elə deyil. Ərazisində 2 milyon 800 min irili-xırdalı çay axan Rusiyada taxıl əkmək üçün yararlı olan milyonlarla hektar torpaq var, sadəcə, torpaq yiyəsizdir.

Soyuq iqlimə qalsa, Kanada Rusiyaya nisbətən daha şimaldadır, amma taxıl ixracatında ilk yerlərdədir. Hollandiya və İsveç də şimal ölkəsidir, heç aqrar ölkə kimi də tanınmırlar, amma bu ölkələrin aqrar məsulları dünya brendinə çevrilib. İsrail dövləti daşdan, çınqıldan, kol-kosdan təmizlədiyi ərazilərdə, qurutduğu bataqlıqların torpağında, qumun üstündə geniş plantasiyalar salıb və nəinki özünü qida ilə təmin edir, hətta ətraf ölkələrə, uzaqdakı partnyorlarına kənd təsərrüfatı məhsulları satır. Dünyanın hər yerindən yəhudilərin təcrübəsini öyrənməyə gəlirlər (bu il bizdən də 50 tələbə bu məqsədlə İsrailə gedəcək).

Təəssüf ki, bu qlobal fəlakət Azərbaycandan da yan keçməyəcək, mütləq bizə də öz təsirini göstərəcək.

444.jpg (128 KB)

Düzdür, ötən əsrin 30-40-cı illərində SSRİ-ni taxılla təmin edən Ukrayna və Qazaxıstanda yaşanan kütləvi aclıq və aclıqdan ölüm fəlakəti Azərbaycanda təkrar olunmayıb, amma qıtlıq və ərzaq çatışmazlığı yaşanıb. İndi bu böhrandan minimal itkilərlə çıxmaq üçün bəri başdan tədbirlər görülməlidir, “Tütək səsi” filmində deyildiyi kimi, “bir çərək də şumlanmamış yer qalmamalıdır”.

İşğaldan azad olunmuş Zəngilanın, Cəbrayılın, Füzulinin və Ağdamın minasız əkin sahələrinin potensialından istifadə etmək lazımdır. Ermənilər uzun illər orada taxıl yetişdiriblər, hazır tarlalardır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости