Свобода людям, независимость нациям!

Moskva olaylarında sıra bizə də çatdı...

9736 16.10.2013 19:48 Колумнисты A A
Yazılarımıza gələn  şərhlər də demək olar ki, eyni reaksiyaları daşıyır. İnsanlar bir nəfərə, qız üstündə baş verən bir cinayətə görə soylarının bu dərəcədə aşağılanmasına etiraz edirlər. Bizə elektron yolla çatan reaksiya, saytımızın şərh bölümündəki vətəndaş mövqeləri həm də Azərbaycan dövlətini, səfirliyimizi, diasporu, indiyə qədər guruldayan, “Putinin dostuyam” deyən Söyün Sadıxovu, Abbas Abbasovu, Vahid Ələkbərovu, bizim dostumuz İlham Rəhimovu vəzifəyə çağırır. “Vətəndaşına, millətinə sahib çıx”, - deyə, tələb edir...
Bir sözlə,  ölkənin və insanlarımızın gündəmində indi ancaq bir məsələ var -  Orxan Zeynalovun törətdiyi cinayət əməlini bəhanə edib, bütün Rusiyanı azərbaycanlıların üzərinə necə qaldırırlar... Artıq seçki məsələsi, saxtakarlıqlarla bağlı iddialar, müxalifətin mitinq təyini, qarşıdan gələn müstəqillik günü və s mövzular arxa plana keçib.
Bu gün (16 oktyabrda) redaksiyaya gələn ölkənin tanınmış siyasətçilərindən biri bütün bunları söyləyəndən sonra  iddia etdi ki, bunlar Azərbaycan iqtidarının əlinə oynayır və onda məlumat var ki, Moskvadakı bu kampaniya rəsmi Bakının bilgisi və qismən qatqısı ilə aparılır. Təbii ki, biz “yox da, bu qədər də olmaz ...” kimi reaksiya verdik. Lakin bilgili olduğuna şübhə etmədiyimiz tanınmış partiya lideri israr etdi: “Rusiyadakı hadisələr indiki iqtidarla razılaşdırılmış texnologiyadır, hədəfi dəyişirlər, çətinə düşmüş Azərbaycan iqtidarını çəkib bu vəziyyətdən çıxarırlar; onun üstünə gələn Qərbin yanında Azərbaycanı yenə də məzlum və zərərçəkmiş, Rusiyanın basqısına, təcavüzünə uğramış kimi obraza salırlar. Elə bir vəziyyət yaradırlar ki, sanki bütün Rusiya Azərbaycanı bitirmək üçün ayağa qalxıb. İndi görəcəksiniz, seçkilərə görə rəsmi Bakını qınayan, hədəfə götürən Qərb paytaxtları və təşkilatları az sonra necə də Azərbaycanı “vəhşi Rus Ayısı”ndan himayə etməyə başlayacaqlar... ” Qonağımız dedi ki, bu əməliyyat həm də dekabr ayında Rusiyanın qurduğu Gömrük İttifaqına üzv olub-olmayacağı seçimi qarşısında dayanan Azərbaycanın işini “asanlaşdırmaq” üçündür. Bütün dünya görəcək ki, ona necə basqı var və rəsmi Bakının güzəştə getməkdən başqa yolu qalmayacaq. Bu zaman da Qərb, məcburi seçimi görüb, ona qarşı hər hansı sanksiya barədə qərar verə bilməyəcək...   
Təbii ki, heç  də bu cür deyil; yaxud tam olaraq belə deyil. Lakin bir Facebook dostumuzun, oxucularımızın olaya reaksiyasını yazdıqsa, nədən tanınmış bir partiya liderinin də mülahizələrini cəmiyyətə çatdırmayaq?
Başqa bir mülahizə də yazarımız və  musavat.com saytının rəhbəri Xalid Kazımlıdan gəlib. Özünün Facebook səhifəsində belə bir lakonik təsvir verib Xalid Kazımlı: “1933-45-ci illər arasında Almaniyada yəhudi olmaq nəydisə, bu saat Rusiyada azərbaycanlı olmaq odur. Cin şüşədən çıxıb. Kimin orda qohumu-qardaşı var, təcili tədbir görsün...”
O da haqlıdır. Böyük oyunlar olan yerdə adətən məzlumlar, kiçiklər ayaq altında qalırlar. Lakin “panika” salmaq və əl-ayağa düşmək də tezdir. Rusiyada 2 milyon azərbaycanlı var. Onların bütün sferalar üzrə nümayəndələri mövcuddur. O potensial, heç şübhəsiz, bu kritik anda hərəkətə gələcək və öz içindən bir çözüm çıxaracaq. Həm də basqıya məruz qalan təkcə azərbaycanlılar deyil. Moskvada və başqa şəhərlərdə diskriminasiyaya məruz qalan digər “qaralar” da var. Onları bir yerə yığıb, koordinasiya qursan, kimsə bu birliyə bata bilməz.
Həm də ortada bir çeçen nümunəsi var. Qroznı Moskva ilə müharibə aparıb, rus əsgərlərini qıranda cəmiyyət o zaman çeçenlərin üzərinə kükrəyirdi. Lakin çeçen xalqının Moskvada olan oğul və qızları da olduqları yeri səngər bildilər və geriyə addım atmadılar. Bu səbəbdən də Rusiyada qala bildilər. Bizimkilər də belə etməlidirlər.
“Milyarderlər ittifaqı” deyilən qurumun işi indi başlamalıdır. Azərbaycan əsilli oliqarxlarımız yekə-yekə bəyanatlar verirdilər. İndi bir yerə yığışıb, həmin bəyanatlardan dəfələrlə kiçik bəyanat vermələrinə əşhədü-ehtiyac var.
Yekunda oxucumu bir də Bakıya, Babək İsgəndərli adlı Facebook dostumuzun təklifinə qaytarmaq istəyirəm. Niyə də olmasın -  Gənclər təşkilatları, siyasi partiyalar, cəmiyyət özü etiraza niyə qalxmasın, Rusiya səfirliyinin önündə niyə aksiya keçirməsin?
Millətiksə, bizə  qarşı yapılan bu həqarətə, üstümüzə gələn bu dalğaya reaksiya vermək borcumuz və haqqımızdır.
Mən borcum və  haqqım olanı az da olsa, yerinə yetirdim. Sıra səndə.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости