Свобода людям, независимость нациям!

Mirzoyan o bombanı Putinin imzasına atdı...

6659 14.11.2021 11:35 Колумнисты A A

Yazının ilk yayınlanma saatı: 04.20

Əminəm, inanıram və bilirəm ki, terrorist Norayr Mirzoyan cəzasız qalmayacaq...

Xatırlayırsınızsa, ötən ilin noyabr ayının əvvəlində erməni bloger, Ermənistanda müxtəlif dövlətyönlü ictimai təşkilatların rəhbəri Gevorq

Sujyan öz adamları ilə birgə Kəlbəcərdə, İstisuda istirahət etdiyi barədə video çəkmişdi. Həmin videoda o, tezliklə Bakıya çatıb, Xəzərin sularında üzəcəyini bildirirdi və Azərbaycana qarşı təhqiramiz ifadələr işlədirdi.

Və bu videonu da sosial şəbəkələrdə paylaşmışdı.

ff.PNG (190 KB)

Gevorq Sujyanın İstisuda poz verib, Azərbaycanı təhqir etdiyi, sonradan sildiyi yayımın foto - kopyası.

Gevorq qəfildən yoxa çıxdı...

Bir müddət sonra bəlli oldu ki, doğrudan da, Bakıya "çatıb".

Amma Xəzərə yox, DTX-nın türməsinə düşüb...

Az sonra "Karabak Azirbayjan", deyə, üzrxahlıq videosu yayıldı.

O biri videonu da sildi...

...Azərbaycanın xüsusi xidməti bu işi də boşda buraxmayacaq!

Buraxmamalıdır!

Şuşadakı postumuza qumbara atan, hərbçimizi yaralayan Norayr Mirzoyanın efirə danışmaq şansı olmamalıdır.

Olmayacaq, inanıram.

Ondan ifadəni o biri tərəfdə cəhənnəm mələkləri alarlar.

Xüsusi xidmətimizin cavabını xüsusi səbrsizliklə ...gözləyək!

Olacaq!!!

Arxasınca da, üzü yaza doğru, Xankəndi də daxil olmaqla, erməni silahlılarının olduğu bütün bölgələrdə miqyaslı antiterror əməliyyatları başlayacaq...

***

SÖZARDI: Bölgədə atəşkəsi pozan və sülhə bomba atan terrorist Norayr Mirzoyanı Rusiya sülhməramlıları yerindəcə məhv etməli idilər.

Çünki o bölgəni rus ordusu qoruyurdu və onların məsuliyyət ərazisi idi.

O erməni terrorist bombanı Putinin 10 noyabr Bəyanatındakı imzasına atdı!

Amma terrorist Norayrı fiziki məhv etmədilər.

Əksinə, qorudular...

Rusiya sülhməramlıları vəzifələrinin öhdəsindən gələ bilmirlər!

Onları zamanından da tez geri göndərmək vacibat oldu.

Sülh yoxdusa, sülhməramlı niyə olsun ki?

Azərbaycan öz torpağında sülhü özü bərqərar edə bilər!

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости