Свобода людям, независимость нациям!

Minsk Qrupunun sonuncu, “qara” yubileyinə təbrik əvəzi

2064 29.03.2022 18:13 Колумнисты A A

Dünyanın nəzəri iki aydır Ukraynaya dikildiyi vaxtda mənfur qonşularımız da öz bəd vərdişlərindın qalmırlar. Hələ də bölgəmizdəki reallığı, 44 günlük müharibənin yaratdığı yeni status-kvonu baş-ayaq oxuyurlar. Hər dəfə ağızlarəndan vurulsa da, az sonra təzədən üstümüzə xoruzlanırlar. Gözlərindəki çəhrayı eynəkləri çıxarıb onları faciələrə tuş eləmiş tək səbəbi görmək istəmirlər. Xaricdəki havadarlarının onlar üçün nəsə ciddi bir iş görəcəyinə sadəlövhcəsinə inanmağa davam edilər.

Amma ən azı son yüz ilin tarixi sübut edir ki, “erməni kartı” Qərbə də, Rusiyaya da sırf öz maraqlarını bölgədə saxlamaq və irəli aparmaq, Türk amilinə qarşı “bufer” yaratmaq üçün gərəkdir, nəinki ermənilərin sərsəm “miatsum” iddiasına nəfəs verməkdən ötrü. Əldə “birdəfəlik əlcək” olmaqdan isə erməni xalqı nə qazanıb, hər şey ortada. Bu dəqiqə Xankədinə gedən təbii qazın ventili də bizim əlimizdədir. Heç özlərinin onu təmir eləməyə cürətləri çatmadı...

Mənqtilə, Ermənistan hökiməti Qarabağdakı azsaylı soydalarının və öz vətəndaşlarının nəhayət, dinc-asudə, əmin-amanlıq və rahatlıq içində yaşamasına çalışırsa, dərhal Azərbaycanın ərazi bütöylüyünü tanıyıb bizmlə sülh müqaiviləsi imzalamalıdır. Onda Xankəndidəki dığalarından da nigarançılıq olmaz. Çünki qazları, suları, çörəkləri, iş yerləri daimi olar.

Amma Paşinyan iqtidarı yaxın keçmişin ağır və mənasız mirasından qurtula bilmir. Məsələn, Fərrux kəndi ətrafında yaşanan məlum kritik olaylar zamanı ATƏT-in Minsk Qrupunun (MQ) Qarabağ üzrə şəxsi nümayəndəsi Anji Kasprşik qəfilfən İrəvanda peyda oldu. Xarici işlər naziri Ararat Mirzəyanla görüşdü. Ondan cəmi iki gün sonra isə Mirzəyan MQ-nin Rusiyadan olan həmsədri (keçən il təyin edilib) İqor Xovayevlə bir araya gəldi.

Hər iki görüşdə “Dağlıq Qarabağdakı vəziyyət” müzakirə edilib. Ancaq ən diqqətçəkiçi məqam odur ki, nə Ksprşik, nə də Xovayev İərvandan Bakıya gəlmədilər. Əslinə qalsa, burda qəribəlik heç nə yox. Çünki Bakıda onları heç kim gözləmir - nə ATƏT-in Qarabağ üzrə xüsusi elçisini, nə də onun Minsk Qrupunun həmsədrlərini. Qapı onların üzünə hələ 2020-ci ilin dekabrında bağlanıb – Azərbaycana səfərdən sonra. Səbəbini özləri yaxşı bilir: həmsədərlərin 30 ildə çözə bilmədikləri konflikti Azərbaycan əsgəri cəmi 44 günə yoluna qoydu. MQ-lik bir şey qalmadı.

İndi bunun ardınca rusiyalı həmsədrin basa-basa İrəvana gəlməsini düzü, anlamaq olmur. İnsan özünə bunca sayğısız olmaz ki. Nə demək istəyirsiniz bununla? Bəlkə Azərbaycanı köhnə əyyamlardakı kimi hələ də zəif, arxa-dayaqsız hesab edirsiz? Nədən bədbəxt erməni xalqına yenə boş vədlər verir, onu yeganə doğru yola çıxmağa qoymursuz?..

Soz düşmüşkən, martın 24-də Minsk Qrupunun yaradılmasının 30 ili tamamlanıb. Heç “it dəftəri”ndə də bu tarixi qeyd eləmədilər, yada salmadılar. “Klinik ölüm” keçirən, danışa və hərəkət edə bilməyən MQ-nin 3-cü və sonuncu, “qara” yubuleyinə ən yaxşı təbrik də elə budur – yada salmamaq! Bircə erməni unuda, ağlından çıxara bilmir.

Misal üçün, erməni müxalifətinin təmsilçisi Ruben Akopyan bu gün iddia edib ki, bəs həmsədrlər Paşinyanı uzun müddət saymadıqları üçün neçə vaxtdır regionda görünmürlər. Sitat: “Paşinyan hakimiyyətə gələnədək Minsk Qrupu Ermənistan tərəfini çox konstruktiv hesab edirdi. Ancaq həmsədrləri müəyyən müddətdən sonra şəxsən əmin olublar ki, onların təmas qurduğu dar düşüncəli biridir. Anladılar ki, onunla heç bir əlaqəyə dəyməz. Məncə, MQ-nin hazırkı neytral mövqeyi onların günahı deyil. Bu hazırkı hakimiyyətə inamsızlıqdan irəli gəlir”.

Sən demə, Xocalı hərbi caniləri R. Köçəryan və S.Sərksiyan Paşinyandan dəhşətli dərəcədə ağllı, uzaqgörən imişlər. Guya iqtidarda Köçəryan, Sərkisyan, lap elə Akopyanın özü olsaydı, həsmdərlər az qala hər ay gəlib-gedəcək, bunların “status” dərdinə sərin su çiləyəcəkmişlər.

Sarsaq erməni. Hələ də göydən yerə enə bilmir. Elementar bir şeyi qavramağa dərrakələri çatmır ki, vasitəçilik üçün öncə hər iki tərəfin razılığı və etibarı lazımdır! Çatsaydı, iş-işdən keçəndən sonra tarixin zibilliyində eşələnməzdilər ki...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости