Свобода людям, независимость нациям!

MINALARA TOXUNUB, QURTULMAQ...

2357 29.01.2021 19:02 Колумнисты A A

Qarabağ bizimdi!

Xankəndinə niyə gedəmmirik sualını boş verin.

Uzağı, gələn il bu zaman oradayıq!

Ona qalsa, Paşinyan da Şuşaya gələmmir, hətta heç Xankəndinə də üzükmür...

Gedişatı izlədikcə, belə məlum olur ki, biz millət olaraq, daha böyük nəticələr istəyirik.

Bəzən mümkünsüzü...

Bəzən sabah əldə edəcəyimizi bu gün istəyirik.

Qalibik, qələbəmiz faktdır, müharibəmiz dərslik!

Amma ortada bir tərslik var!

Məsud olammırıq!

Çölümüzdən və içimizdən dayanmadan qapılarımız döyülür...

Bizi sanki Tanrı daha böyük hədəflər üçün kodlayıb.

Ya da şeytan bunca böyük nəticələri gözümüzdən salaraq, kiçildib!

Məğlub etdiyimiz ermənilərlə bəzilərimiz eyni başlıqlar atırıq; eyni məzmunlu statuslar yazırıq; onlar da etiraz edir, biz də...

Biz davam edirik, ermənilər davam gətirirlər....

Nəyə?

Bax, əsas məsələ də, əsas fərq də bu sualın ətrafında sadalaya biləcəyimiz durum təsbitlərindədir!

Bu həm də prosesdir: biz davam edirik: yeni bölgəsəl sistem və format qururuq; tranzit xətləri, dəhlizlər açırıq, kommunikasiyalar planlayırıq, şəhərlər salmaq üçün sıraya durmuş ölkələri seleksiya edirik; Xəzərin təki ilə bağlı türkmən qardaşlarla anlaşırıq, Avropanı qaz asılılığından qurtarırıq, Rusiyanı Avropaya uzatdığımız qaz borusuna gizli şərik edirik, İranla qucaqlaşır, İsraillə qardaşlaşır, Türkiyə ilə ...BİRCAN oluruq!

Milləti böyük qayıdışa hazırlayır, Şuşaya və böyük gələcəyə yol çəkir, islahatlara davam edir, daxildəki dönükləri ələyir, 44 günə boşaltdığımız ...səbr kasamızı təkrar dolmağa qoyuruq; içinə bəri başdan Nijdenin eşşək boyda heykəlini də atmışıq...

Ermənilərsə davam gətirirlər. Ağır və biabırçı məğlubiyyətlərinə, boşuna ölən minlərlə gəncin acılı ailələrinin üsyan və fəryadlarına; yoxsulluğa, mübhəm gələcəyə...

...Ötən il bu zaman "Qarabağdan bircə kəndi qaytaraydıq, dərdimiz olmazdı", deyən bir xalqıq; bu gün Şuşada çay içib, Xankəndinə sarı yumruq silkələyirik.

Və əsəbiləşirik ki, buranı da niyə almadıq, niyə durduq, niyə sazişə getdik...

Niyə erməninin kökünü kəsmədik... Millət son 30 ildə ilk dəfə özünü elə güclü saymağa başlayıb, ya da xüsusi emosional durumdandır ki, regiondakı nəhəng güclərlə hesablaşmaq belə istəmir...

Məğlubiyyətin bir milləti nə günə qoyduğunu bizdən yaxşı bilən olmaz...

Bəs, qələbə bir milləti necə dəyişdirər, bunu bildikmi?

Məncə hələ tam anlamamışıq.

Bir az özümüz, bir az da “haykırtı bəylər” imkan vermirlər onu yaşayaq, özümüzünküləşdirib, düşüncə motorumuza daxil edək...

“Bircə kənd…” deyirdik, indi 7 rayonla razılaşmırıq...

Şuşadan, Zəngilandan, Ağdamdan, Füzulidən, Qubadlıdan ...reportaj hazırladığımız, videolar, fotolar yaydığımız günləri yaşayırıq.

Şuşadan, Daşaltıdan reportaja gedə bilməyən iş yoldaşlarımızın depressiyaya düşdüyü ...xoşbəxt, bəxtəvər anların içindəyik...

Ötən il bu zaman onların birinə desəydim ki, gələn il səni Şuşaya reportaja yollayacam; gülər və həsrətlə köks ötürüb: “İnşallah, bəy, Allah ağzınızdan eşitsin”, deyərdi...

Duaların müstəcəb olduğu bu günlərdə baş verənlərin emosiyasını yaşamaq da, onun psixoloji yükünü daşımaq da sadə məsələ deyil.

Təkcə cəhbədən dönən əsgərlərə deyil, indi bir çoxumuza lazımdır psixoloji dəstək…

Vəziyyətdən narazı olanların, bəzən adekvat olmayan kəskin reaksiyalar sərgiləyənlərin çoxu əslində psixoloji şok keçirdir...

Millət olaraq, ermənilərin, ermənizm mərəzinin üzərində böyük zəfər qazanmışıq, 200 illik proseslərin axarını dəyişdurmişik, amma bir çoxumuz məğlub ermənilərlə eyni emosional sahədə ilişib qalmışıq.

Çıxammırıq, bəlkə də çıxmaq istəmirik. Sevinc hissini, qələbə hissini, üstünlük hissini yadırğamış kimiyik.

Bu hisslərə toxunmağı minaya toxunmaq sayır, bəzilərimiz.

Amma o minalara basmamız, tapdamamız, onları partladıb, qurtulmamız lazım...

“Haykırtı bəylər”ə çox da qulaq verməyək.

Dövlət Babaya baxaq.

Təmkinlə, ardıcıllıqla, regionun lokomotivi kimi irəli şığımaqda, vəziyyət diqtə etməkdə, formatlar yaratmaqda, Böyük Qayıdışı və Böyük Dirçəlişi təmin etməkdədir, Dövlət Baba...

Qatarımız irəli gedir…

Hamımız içindəyik, bayırda qalanlar bizdən deyil, heç narahat olmayın onlardan…

Rauf Arifoğlu "Yeni Müsavat" qəzetinin baş redaktoru vəzifəsindən istefa  verdi

Rauf Arifoğlu

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости