Свобода людям, независимость нациям!

Mina xəritələri bilirsinizmi kimdədir: Onda!

3963 02.02.2024 16:00 Колумнисты A A

Azərbaycan Müdafiə Nazirliyinin son açıqlaması kifayət qədər həyəcan doğurur. Məlum olur ki, 44 günlük Vətən müharibəsindən sonra 480 km-ə qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. O cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi!

Nazirlik bildirib ki, Qarabağ iqtisadi rayonunda minalar əsasən yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə də magistral yolların üzərində basdırılıb. Hələ bu, son illərin basdırılanlarıdır...

MİNALAR.jpg (91 KB)

Azərbaycan Ordusunun mühəndis bölmələri işğaldan azad edilmiş ərazilərdə 36 min hektaradək ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyiblər. Və: 10 400 piyada əleyhinə mina, 3300 tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı aşkarlanıb!

Təsəvvür edin, bu minalar aşkarlanmasaydı, qurbanların sayı neçə olardı. Hələ aşkarlanmayan, öz “ov”unu gözləyən minalar hansı fəlakətlərə səbəb ola bilər, tədbirli davranmasaq...

MİNA.jpg (386 KB)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir müddət öncə “X” hesabında paylaşımında qeyd etmişdi ki, 1991-ci ildən indiki dövrə qədər Azərbaycanda 3415 nəfər mina qurbanı olub.

HİKMET SON.jpg (57 KB)

Onlar arasında 357 uşaq və yeniyetmə, 38 qadın var. Bu açıqlamadan sonra da mina qurbanı olanlarımız oldu. Dəhşətli rəqəmlərdir: bir orduya bərabər mina qurbanı! Təkcə 44 günlük müharibədən sonrakı mina qurbanlarının sayı 342 nəfərə çatıb. Özü də düşmən bu minaların bir çoxunu Azərbaycanın humanizmindən sui-istifadə edərək basdırıb. Elə bir günlük antiterror tədbirlərinin keçirilməsinə də səbəb Qarabağdakı cinayətkar rejimin mülki sakinlərimizə və polislərimizə qarşı mina terrorunu həyata keçirməsi oldu.

ANTİTERROR SON.jpg (60 KB)

Azərbaycan dövləti vətəndaşlarının minadan daha çox zərər çəkməməsi üçün azad olunmuş ərazilərə səfərləri məhdudiyyətlərlə həyata keçirir. Bəzən bu qərar birmənalı qəbul olunmur. Amma təkcə 2020-ci ilin 10 noyabrından sonra yaranmış “yeni təmas xətti” boyunca basdırılan minaların sayı dövlətimizin tamamilə doğru qərar verdiyini təsdiqləyir. Təsəvvür edin fəlakətin miqyasını: 480 km-ə qədər təmas xətti boyunca, 2 km dərinliyə qədər mina sahəsi! Bu ərazilərin təmizlənməsi üçün nə qədər vaxt, əziyyət, maliyyə lazımdır. Belə görünür ki, Ermənistanın basdırdığı minaların yeni rekord sayı yaranacaq, artıq 1 milyon+ şəklində. Dəhşətli rəqəmdir.

ASPA.jpg (129 KB)

Azərbaycana qarşı qərarlar qəbul edən Avropa Parlamenti, AŞPA kimi qurumlar, Avropa paytaxtlarının ayrı-ayrı qurumlarının kor gözlərinə soxmaq lazımdır bu rəqəmləri və elə çıxarılan minaları! “Ermənilərin təhlükəsiz qayıdışa həvəsləndirilməsi”ni tələb edən bu barədə ilk qətnaməsini elə Azərbaycan vətəndaşları kütləvi şəkildə minanın qurbanı olmasından üç həftə sonra qəbul edən AŞPA üzvləri niyə azərbaycanlıların mina qurbanına çevrilməsinə məhəl qoymur?! Frank Şvabenin gözləri görmürmü bu insanlıq fəlakətini, müharibə cinayətini? Bütün bunlardan sonra nə qədər həyasız olmaq lazımdır ki, Azərbaycana mina tələsini “hədiyyə” edib getmiş separatçılara qahmar durasan?

Bu həftə, sərhəd komissiyalarının görüşü ərəfəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yaydı ki, yaxın günlərdə Azərbaycana 8 yeni mina xəritəsi təhvil verəcək. Amma sərhəddəki nəticəsiz görüş başa çatar-çatmaz bu xəbəri təkzib etdilər. Görünür, yenə də hansısa saxta mina ilə alver etmək istəyirmişlər, ağızlarının üstündən vurub bizimkilər.

ANAMA.jpeg (173 KB)

Ermənilər ilkin olaraq hətta onu da qızıl-qırmızı demişdilər ki, Ermənistan tərəfi 2021-ci ilin 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində 972 mina sahəsi formulyarı Azərbaycan nümayəndələrinə təhvil verib. Ancaq o hissəsini əlavə etməmişdilər ki, hər xəritə partiyasına görə 15 əsirlərini geri alan Ermənistanın Azərbaycana verdiyi xəritələrin uzağı 25 faizi özünü doğrultdu. Əgər saxtakarlıqların miqyası 75 faizə çatmasaydı, o halda itkilər də bu sayda olmazdı... Azərbaycanın dəfələrlə beynəlxalq təşkilatlara etdiyi müraciətlərə baxmayaraq, Ermənistanı nə əsir və itkin düşmüş, girov götürülmüş 4 minədək azərbaycanlı ilə bağlı məlumatlar verməyə, nə də gerçək mina xəritələrini təqdim etməyə yönəlik addımlar atıldı. Əksinə, Azərbaycana qarşı təzyiqlərin ardı-arası kəsilmir.

Azərbaycan 44 günlük müharibədən sonra Ermənistana və Qarabağdakı separatçılara nəhayət, adam olmaq üçün fürsət yaratdı. Amma onlar Azərbaycanın qısa müddətə çəkdiyi Laçın yolundan silah-sursat, mina daşıdılar Qarabağa, “yeni təmas xətti” qurmaqdan ötrü. Həm də Rusiya hərbçilərinin – sülhməramlıların gözləri qarşısında, üstəlik, müşayiəti ilə! Bu mənada Ermənistanın hansısa “yeni” mina xəritəsini onun başına çırpmaq gərəkdir. Erməninin sözünə, imzasına, xəritəsinə etibar etməkmi olar? Biz bunlardan əsr yarımdır nələr çəkirik... İstisna deyil ki, mina xəritələri var, amma o xəritələr...

MİNA YENİ.jpg (273 KB)

Alen Simonyanın dediyi kimi, Ermənistanda, yaxud Qarabağ separatçılarının ağ bayraqla Laçın postundan keçən nümayəndələrində deyil. Onlar 19-20 sentyabr tədbirlərindən sonra canlarını qurtarmaq üçün çalışırdılar, mina xəritəsi yox e, heç “Böyük Ermənistan” xəritəsi də yadlarına düşmürdü. Bəzi oyuncaq “xəritələr” elə masaların üstündə qalmışdı, dovşan kimi qaçmışdılar. Eyni zamanda Xankəndidə çatdıqları ocaqda həmin mina xəritələrinin surəti də olmamış deyildi. Deməli, Ermənistan yenə də oyun oynayır, buna vaxt itirməyə dəyməz. Amma xəritələrin harada olduğunu mən təxmin edirəm: Rusiya hərbi komandanlığının bazasında, Xocalıda! Xatırlayırsınız yəqin, separatçılar son üç ildə təmas xətti boyunca səngər qazarkən, minalar basdırarkən onların başının üstündə rus əsgərləri dayanırdılar, müşayiət və müşahidə edirdilər. Şübhəsiz ki, 2021-22-ci il Ermənistan istehsalı olan minaların basdırılmasından sonra separatçılar xəritələrin əslini Rusiya hərbi kontingentinin komandanlığına təhvil verib. Ən azı Rusiya hərbçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu xəritələr onlardan alınıb. Deməli, mina xəritələrini Rusiyanın Azərbaycanın Qarabağ regionundakı müvəqqəti sülhməramlı kontingentinin komandirindən, 2023-cü il sentyabrın 3-dən etibarən missiyaya rəhbərlik edən general-mayor Kulakov Kirill Denisoviç yoldaşdan tələb etmək lazımdır.

KULAK.jpg (97 KB)

Deyək ki, minaların daşınması onun vaxtında baş verməyib, əvvəlki komandanların vicdanına yazılır, amma xəritələrin onda olduğu şübhəsizdir. Həm də vaxt azalır, təqribən 1 il sonra Azərbaycan rus hərbçilərinə “yığışın, gedin evinizə” deyəcək. Mina xəritələri onların nəyinə lazımdır ki, Ermənistanın istinad etdiyi 70-ci illər xəritələri kimi, Baş Qərargahda saxlasınlar?!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости