Свобода людям, независимость нациям!

Milli Şura şansını dəyərləndirdi... (operativ şərh və yeni fotolar)

4731 24.08.2013 09:38 Колумнисты A A
Bir yerdə durmalı idi və durdu da. Sessiyanın iclasından 3 saat əvvəl yazdığımız yazıdakı yaxşı və pis ssenarilərin hamısı özünü doğrultdu. Lakin yekunda, hələlik, yaxşı pisə qalib gəldi.

Dediyimiz kimi, Lalə Şövkətin və Rəsul Quliyevin firqəsi Cəmil Həsənlinin əleyhinə oldu -  lakin Rüstəm İbrahimbəyovun ortaya mövqe qoyması əleyhdarların imkanlarını məhdudlaşdırdı. Rəsul Quliyevin partiyası açıq əleyhinə olmaqla, sessiyada iştirak edən MŞ üzvləri professor Cəmil Həsənlini dəstəklədilər. Əslində həm də yuvarlanaraq, aşağı, məchulluğa gedən  Milli Şuranı durdurdular. 
Cəmil Həsənli Müsavat və AXCP-nin ortaq razılaşdığı fiqurdur. Belə çıxır, “EL” hərəkatı da , Rüstəm müəllimin mövqe qoyması ilə, ona dəstək verəcək. Bu gündən gərgin iş başlayır -  bir an belə gecikmədən imzalar toplanmalı, sənədləşdirmə aparmalı və digər prosedurlar həyata keçirilməlidir. Bunu da kimlər edəcək? Əlbəttə ki, Müsavat, AXCP strukturları. İndi bütün yük bu iki firqənin çiynində. Bu baxımdan təklif verdik ki, əslində Milli Şuradakı “sabotaj heyəti”nin yükünü və kaprizlərini, sürprizlərini çiyinlərində daşımaqdansa, bu iki təşkilat yeni bir blok yaratsın, C. Həsənlni də namizəd kimi irəli sürsün... 
Hər halda, tənqidlər, etirazlar, heyrətli reaksiyalar gec də olsa, öz nəticəsini verdi -  Milli Şuranın bir sıra rəhbərləri inadı buraxaraq, ehtiyat vahid namizəd prinsipinə razılaşdılar. “Bunu çoxdan etmək lazım idi!”, deməyə də artıq gərək yoxdu. Bəzi Şura yetkililəri əllərində çamur vedrəsi, boşaltmağa yer axtarırlar. İndi demokratik düşərgədə hamının tənqidə allergiyası var. 
Buna görə də, hələlik, onun dozasını azaldırıq. Üstümüzə gələn, tərbiyəsizlik edən olmayınca, işimiz yeni və layiqli namizədə informasiya dəstəyi vermək olacaq. Bunu tərəfimizdən elan edirik. Böyük bir yanlışı durdurduq -  bunda hesab edirəm ki, qəzetimizin, saytlarımızın da əməyi var; bundan beləsi səbrə və yapıcılığa qalmalıdır...

Əsas işlərdən biri də müxalifətin ehtiyat (əslində isə real) lideri statusuna yüksələn     professor Cəmil Həsənlini cəmiyyətə lazımınca təqdim etməkdir. 
Mediaya da iş düşür, bir az yəni...

Millətimiz, ölkəmiz və demokratiyamız üçün xeyirli olsun.
P.S. Yekunda bir müraciətimi də bu yazıya əlavə edirəm: 
Əziz "Yeni Müsavat"çılar, facebookdakı dostlar. Artıq gündəmdə Putinin yox, Azərbaycanın layihəsidir. Biz çalışdıq, risqə getdik, hər birimiz üçün təhlükəli olan bir projeni, daha sonra isə "sabotaj heyəti"nin təxribatlarını durdurduq. Bundan beləsi fərqli olmalıdır. Hər kəsi, professor Cəmil Həsənlin şəxsində ortaya çıxan şansa sayğılı davranmağa çağırıram. Unutmayın ki, başqan İsa Qəmbərin aylar öncə düşündüyü, təklif etdiyi, israr etdiyi bir xətt nəhayət qalib gəlib. İndi bu təklifi 3 həftə öncə rədd edən, aşağılayan bəzi ziyalı dostlarımız bizi çamurlasa da, səbrli olun. Maraqlı proses başlayır. Bu gün Azərbaycan siyasətinin dönüş günüdür!
     
23 avqust, 18.20

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости