Свобода людям, независимость нациям!

Meksika sərhədinə hasar çəkən ölkənin Vedant Patelinə dərman əvəzi məktub

2700 26.04.2023 14:42 Колумнисты A A

 

Yaxın oturun, dəyərli oxucularımız, tazə xanədən, təzə xəbər var. Əslində, çoxdanın “havası”dır, amma yaranmış yeni şəraitə uyğunlaşdırılıb. Yəqin “xaric” səs olduğunu dərhal bildiniz, sözün bütün mənalarında...

Deməli, belə. ABŞ Dövlət Departamenti Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılmasından “dərin narahat” imiş. Bunu ənənəvi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib. Yaxın olsaydı, adam yenə də bu, “narahat”ların təzyiqini ölçər, Volokardin həbi verər, bir az da təpinərdi ki, ser, özünü bu qədər gərginliyə salsanız, sizdə ürək qalmaz ki...Yəni bir az toxdaq olun, bir ovuc erməni separatçısına görə az özünüzə qəsd eləyin, a kişilər!

Amma kimə deyirsən? Həmin bu Patel davamında söyləyib ki, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurması “sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır və biz hesab edirik ki, Laçın dəhlizi ilə insanların və malların sərbəst və açıq hərəkəti olmalıdır”. Hələ onu da deyib ki, baş məsləhətçi Bono, katibin köməkçisi Hoqan, dövlət katibi daxil, biz bütün bu məsələlərlə məşğul olmaqda “davam edəcəyik”.

ABŞ rəsmilərinin danışıqlar zamanı belə bir hərəkətə hazırlıq getdiyini görüb-görməmələri ilə bağlı suala o, diplomatik qiymətləndirmələrin və ya yerində baş verən danışıqların təfərrüatlarını araşdırmaq fikrində olmadığını bildirib. Yəni özünü bilməzliyə vurub o boyda dövlətin sözçüsü... ABŞ-ın ərazisi Azərbaycanın mövcud ərazisi kimi, cəmi 86,6 min kv.km deyil e, 3,796,742 kv. Milyondur!!! Azərbaycanın bu başından o başına heç 500 km də deyil, deyirsiniz onun 100 km-i də erməni separatçı-terrorçuların üzünə açıq qalsın, at oynatsınlar, karvansaraydır bizim ölkə sizinçün?!  

Adama sual verərlər ki, cənab Patel, ABŞ-ın hansı istiqamətindəki sərhədindən qapını təpiklə vurub içəri daxil olmaq və azı 90 km ölkənin daxilinə sərbəst gəlmək olar? Patel, bir nümunə göstər, ardınca da Azərbaycanın Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsi qoymasının “səyləri sarsıtmasından” danış. Belə yerdə qocaların “səylərin qırılsın” deyimi nə yerinə düşür...

Bundan əvvəl də hansısa amerikanlı rəsminin “xaric” səsi gəlmişdi. Sonra Fransa xoruzlarının vaxtsız banı eşidildi. Dünən də Kanada...Nikol Paşinyan kiriyib, bilir ki, məsələ bitdi, Azərbaycan Prezidentinin təcrübəsində geri addım atmaq yoxdur, ona görə də kiriyib. Amma ermənini maşa əvəzi istifadə edənlər kirimir...Azərbaycanı Ermənistanla sərhədini nəzarət altına almaqda ittiham edən ABŞ və digərləri nədənsə Ermənistanı Azərbaycanın Naxçıvan yolunu açmağa çağırmırlar. Diqqət edirsinizmi? Yolun açıq olması yaxşıdırsa, onda niyə bu, ancaq erməniyə münasibətdə olmalıdır? Belə çıxır ki, erməniyə yaşıl işıq, azərbaycanlıya qırmızı?! Bu, birilərinin “qırmızı xətti” qədər qırmızılıq deyilmi?

ABŞ ərazisinə qeyri-leqal miqrant axınını dayandırmaq üçün Meksika ilə sərhəddə hündürlüyü 15 metr olan hasar tikir! Təkcə bu hasara 10-12 milyard dollar xərclənəcəyi açıqlanıb. Miqrantlara qarşı mübarizə adı altında təkcə son illərdə 8 mindən çox insan qətlə yetirilib sərhəddə! Dəhşətli rəqəmdir. Azərbaycan hələ ki, nə hasar tikir, nə ölkəmizə gəlmək istəyən mülki erməniləri qətlə yetirir...Hətta ac-yalavacların qarnını doyuzdurub yola salır, ya Ermənistana, ya üçüncü ölkəyə. İndi nə haqla Azərbaycanı ittiham edirsiniz?!

ABŞ, Fransa, Rusiya, Kanadadan erməni separatizminə, erməni revanşizminə dəstək mövqeləri gəldikcə, Ermənistanda da, Qarabağda da sərt ritorika yüksəlir. Budur, taleyi ilə barışan Ermənistanı növbəti dəfə savaşa təhrik edirlər və döyüşmək üçün kişi tapa bilməyən ölkədə ağçilərin hərbi xidmətə çağırışına start verilir. Ermənistanda savaş çağırışları yenidən artıb, “havaya giriblər” növbəti dəfə. Hələ da reallığı dərk edə bilməyənlər çoxluq təşkil edir. Üzük qaşının ortasında qalan Qarabağ separatçıları da bu dəfə Rusiyanı şantaj etmək üçün Qərbə üz çevirəcəklərini elan ediblər. Elə bil dünənədək Xankəndi küçələrində rus bayraqları ilə sülənənlər bunlar deyildi, indi Amerika, Fransa bayrağı axtarırlar. Və...Xankəndidə qızlara avtomat atmağı öyrədirlər! Nədir, bəlkə Vedant Patel bunu erməni qızların “ər evinə hazırlığı” ilə izah edir, desin, biz də bilək. Deyirlər yolu açıq saxlayın, ermənilər kefləri istədiyi vaxt gedib-gəlsinlər, nə istəsələr, gətirsinlər! Patel hansısa “mal” daşınmasından daşınır. Biz yaxşı bilirik o, nə “mal”dır. Hər halda mal-qara deyil, Qarabağda yetişdirilən “qara”dır-narkodikadır, Ermənistandan gətirilən mina, silah-sursat qarşılığında Laçın yolu ilə göndərilirdi.

Budur, ermənilər xəbər yayıblar ki, Xaç Komitəsinin müşayiəti ilə xəstələr Ermənistana aparılıb, həmçinin mülki sakinlərin sərbəst hərəkəti təmin edilib. Bəs, bu amerikan niyə narahat olub? Sizə nə lazımdır, ermənilərin rahat gediş-gəlişi, yoxsa, sərbəst silahlanması?! Hələ Konqresdə də tufan qaldırmağa cəhdlər var...O boyda dövləti oyuncağa çevirmək istəyirlər bir ovuc erməniyə görə...

888082f7-91e7-3db6-8dfe-5ecad5bb.jpg (153 KB)

Təkcə 44 günlük müharibədən sonra 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2700-dən çox mina aşkarlanıb Qarabağda!!! 400-ədək vətəndaşımız və hərbçimiz həlak olub, yaralanıb! Bu terrorun qarşılığında Azərbaycan dövləti Ermənistana bombalar yağdırmır, separatçılara qarşı əməliyyat keçirmir, sadəcə giriş qapısına nəzarət edir, çoxdurmu? ABŞ hər zaman şəffaflığa çağırış edən ölkə olub, elə isə niyə Azərbaycanın öz ərazilərinə nəzarəti ələ almasına qıcıqlı reaksiya verir? ABŞ-a, Fransaya, Kanadaya səfər etmək üçün Azərbaycan vətəndaşları hansı prosedurlardan keçməli, nə əziyyətlərə qatlaşmalı olurlar, yəqin Patel xəbərsiz deyil. Nədir, bizim ölkə sizinçün karvansaraydır?! Sizin yanaşmanıza görə, nəzarət-buraxılış məntəqəsi Azərbaycanın İran, Rusiya, Gürcüstanla sərhədində olmalıdır, amma Ermənistan sərhədində olmalı deyil?! Bu, nə məntiqdir? Ölkənin cənub, şimal sərhədindəki gömrük və sərhəd postlarımız indiyədək kimə problem yaradıb ki, qərb sərhədimizdəki postumuz erməni və dəstəkçilərin gözünə girir? Bu, nə məntiqdir? Açıq deyin, yoxsa Ermənistanın 30 illik işğalçı-terrorçu siyasətinin mükafatını vermək istəyirsiniz?! Nə gözükölgəli işiniz var bu, terrorçu-separatçı tayfanın yanında, bu qədər qorxaq, diligödəksiniz?!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости