Свобода людям, независимость нациям!

MƏĞLUBİYYƏTİN SON GÜNÜ...

4755 27.09.2021 11:24 Повестка дня A A

(Yazının ilk yayınlanma tarixi 26.09.2021, 19:50)

 

Bu, son gündür.

Bir də heç zaman deyə bilməyəcəyik: “Ötən il bu zaman yatsaq, yuxumuza girməzdi ki...”

‘’Ötən il bu zaman Şuşa bizdə deyildi...’’

‘’Ötən il bu zaman ermənilər Qarabağda özlərini yerin sahibi kimi aparırdı...’’

‘’Ötən il bu zaman Ağdam, Laçın, Qubadlı, Kəlbəcər...’’

‘’Ötən il bu zaman Paşinyan, Arutyunyan həyasızcasına Azərbaycanı yeni müharibə ilə hədələyir, Yevlaxa qədər gələcəklərini, Kür çayında çiməcəklərini bəyan edirdilər...’’

Bitdi!

**

Müqəddəs və möhtəşəm Vətən müharibəsinin ildönümü gəldi!

Xatırlayırsınızmı o günü və növbəti 44 günü?!

44 gündən sonrakı günləri?!

Orduya könüllü yazılanları?!

Cəbhəyə yollanan Ordunun, əsgər maşınlarının arxasınca qaçıb, mübarək döyüşçülərimizə ərzaq, siqaret, su, isti geyim verən camaatımızı?!

Prezidentin ilk tvitlərini?!

İlk azad olunan yerlərimiz haqqında məlumatlar...

Dronlarımızın Qarabağdakı itləri qovan, bombalayan videoları...

Bizə yaşatdıqların nə idi, Allahım?!

"Başımızda fətva verən ayətullah-filan da yox idi.

Amma hamımız bir millət-ümmət olaraq, cihada qalxmışdıq’’


**

Tovuz döyüşləri bizi müharibəyə hazırlamışdı.

Şəhidlərin generalı Polad Həşimov xalqı özünə qaytarmışdı...

Amma yenə də hər şey bambaşqa idi, yeni idi.

Özümüzü, gənclərimizi, qonşumuzu-qardaşımızı, cəmiyyətimizi… yenidən kəşf edirdik.

‘’Biz nə böyük xalq imişik’’, - deyə, özümüzə güzgüdə dönə-dönə baxırmış kimi idik...

**

Prezident gözümüzdə İstanbul fatehi qədər böyümüşdü...

Ali Baş Komandanımızı yenidən tanıyır, heyran qalırdıq...

‘’Başımızda nə güclü biri varmış…”

Hər zaman şikayətləndiyimiz, ‘’bunlarla Qarabağı almaq olmaz’’, - dediyimiz yeni nəslin təmsilçiləri, gənclərimiz Qarabağa, cəbhə xəttinə şəhid, ya da qazi olmağa yollananda hamımız dəyişmişdik artıq.

30 il məğlubiyyətdən bezən bir xalq səhnəyə çıxmışdı.

17 il müharibəyə hazırlaşan Ali Baş Komandan xalqını və ordunu Vətən müharibəsinə qoşmuşdu...

Dini fətva verəcək ayətullahımız-filanımız da yoxdur. Amma hamımız bir millət-ümmət olaraq cihada qalxmışdıq.

**

Poliqlot, praqmatik və təmkinli bir Prezidentimiz...

Alovlu bir natiq, böyük savaşcı, gözüqara bir lider, bacarıqlı hərbi komandan imiş...

Bircə müraciəti ilə ümummilli etimad-etibar qazandı.

Ritorikası, tərzi dəyişmişdi - xalqa müraciətləri, düşmənə mesajları bir ayrı aləm idi.

Bizə Twitteri sevdirdi, təkcə özünü yox...

Döyüş meydanında hərbi əməliyyatları, strategiyanı koordinasiya edirdi.

Az sonra diplomatik müstəvidə savaş başladı...

Makron, Merkel, xristian klubu, erməni yanlı ölkələr üstümüzə tökülüşdü.

Bunlarla paralel informasiya savaşı gedirdi.

Planetin ən böyük televiziya və qəzetlərini təmsil edən məşhur jurnalistlər döyüş səhnəsinə çıxdılar...

Sonradan biləcəkdik - 10 ölkənin 26 media quruluşu, qlobal tv-lər, qəzetlər...

Yaşadığımız Yer kürəsinin informasiya məkanı...

3 istiqamətə də özü rəhbərlik etdi.

3 istiqamətdə də uğur qazandı.

Dost-düşmən heyran qaldı.

Onun apardığı müharibə hərb tarixinə düşdü.

Hərb nəzəriyyələrini dəyişdirdi...

**

Əks-hücum Lələtəpədən, Füzulidən başladı...

Amma düşməni yanılda bildik.

Sanki paralel olaraq əsas gücü Şimal cəbhəsindən əks-hücuma vermişdik...

Ermənilərdəki məlumat da bu idi.

Oradan qarşılamağa hazırlaşmışdılar.

Ağdərə, Ağdam, Kəlbəcər istiqaməti...

Hətta Berd rayonundan, ya da Gədəbəy istiqamətindən – Qərb cəbhəsindən birbaşa Ermənistana girə biləcəyimiz barədə də dezinformasiya yayılmışdı.

Bu məlumatların daşıyıcıları da əksərən dövlət məmurları idilər.

Taktika belə idi.

Gerçək planı bildirməmək üçün düşünülmüşdü.

Ordunun içindəki şübhəli komandirlərə isə hücumu Şimal cəbhəsindən genişləndirmək tapşırığı verilibmiş.
Lakin Ali Baş Komandanın plan və strategiyası fərqli imiş.

Şimal cəbhəsində bir sıra yüksəklikləri tutduqdan sonra Cənub cəbhəsindən türk üsulu “Aypara” taktikalı hücum başladı və dərhal genişləndi...

Şübhəli komandanlar ev həbsinə alındı, idarəetmədən uzaqlaşdırıldı.

Qısa müddətdə İranla sərhəd məntəqələri bir-birinin ardınca geri qaytarıldı.

Xudafərinə çatanda Prezidentin Bakıdakı radikal opponentləri məsələnin çox ciddi olduğunu, müharibənin Azərbaycanın qələbəsi ilə bitəcəyini anladılar.

‘’Dədəm, gözün aydın’’, dedilər...

Dəyişən, böyüyən, döyüşən xalqa, orduya daha ürəklə qatıldılar.

Onunla Şuşaya qədər “getdilər…”

**

"O, yerdə qalan torpaqlarımızı da geri qaytaracaq.

Xocalı, Xocəvəndin düşməndə qalan qismi, Əskəran, Ağdərə...

Bəlkə də sabah..."


**

Bu da Şuşa!

Ermənilərin ordusunu dağıtmışdıq!

Belini də Şuşada qırdıq!

Şuşa fatehi İlham Əliyev bu xəbəri xalqa və dünyaya duyuranda bütün Azərbaycan ayaqda idi.

Bir daha düşmən qarşısında diz çökməmək şərti ilə!

Millət qəddini dikəltmişdi!

Qürurlu və sevincli idi...

200 illik geriləmə prosesi dayanmışdı!

Taleyimiz dəyişmişdi...

**

Şuşadan, qələbədən sonra görülən işlər...

Bu addımlar Azərbaycanın qarşıdakı 200 illik hədəfləri üçündür.

Bərpa prosesi, kommunikasiyalar, Şuşa Bəyannaməsi, Azərbaycan-Türkiyə-Pakistan ittifaqı...

Azərbaycan bölgədə və dünyada yeni gerçəkliklər yaratdı və onu idarə edir.

**

Tariximizdə bir ilkdir bu!

Anım günü!

Şəhidlərimizə, qazilərimizə minnətdar olaraq həmin günləri yenidən yaşayacağıq.

Onların sayəsində!

Xalqımızla qürur duyuruq.

Ali Baş Komandanla qürur duyur və güvənirik.

O, yerdə qalan torpaqlarımızı da geri qaytaracaq.

Xocalı, Xocəvəndin düşməndə qalan qismi, Əskəran, Ağdərə...

Daha sonra Xankəndi…

Daha sonra isə Zəngəzur...

Çox da çox qalmadı - çox az qaldı!

“Bəlkə, yarın, bəlkə, yarından da yaxın!!!”

Erməniyə verəcək, ona güzəşt edəcək bir qarış torpağımız da yoxdur!

**

Yadında, ötən il bu zaman...
Məğlubiyyətimizin son günü...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости